Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4794/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən, **********00310 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 2600 ( iki min altı yüz) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. ARDNŞ X2 əməkdaşları ona heç bir rəsmi xəbərdarlıq etmədən və iştirakını təmin etmədən yaşadığı evə quraşdırılmış qaz sayğacını sökmüş və yerinə yeni sayğac quraşdırmışdır. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab olunmuşdur. Bu azmış kimi cərimə edildiyi və 2600 (iki min altı yüz) manat borcunun olduğu bildirilmişdir. Eyni zamanda təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın qeyd hissəsində 22.04.23-ci il tarixli dövlət yoxlamasına əsasən, 28254483 saylı sayğacın hesablama mexanizmin qapağı yan tərəfdən əzilib, sayğac istismara yararsızdır” qeyd edilmişdir. Baxmayaraq ki, indiyədək qaz sayğacını səliqəli işlətmiş, qaz sayğacına heç bir müdaxilə etməmiş və edilməsi də məntiqsiz olmaqla yanaşı gülüncdür. Barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız oduğunu bildirmişdir. Belə ki, ARDNŞ X1 əməkdaşları köhnə sayğacı söküb yerinə yeni sayğacı quraşdıran zaman ilk növbədə onun iştirakını təmin etməli idilər. Həmin əməkdaşların sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacda əzilmənin yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilər. Ən azından belə hal olsaydı, bu barədə o, dərhal məlumatlandırılmalı idi. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac sökülən zaman onla sayğacı sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir. Eyni zamanda, vaxtı-vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan suiistifadədir. Onun yaşadığı ünvana qaz təminatının dayandırılması qanunla qorunan hüquqlarını pozur. Eyni zamanda, vaxtı-vaxtında işlədilən qazın pulunun ödənilməsi, də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. O, evində təbii qazla işləyən və böyük dərəcədə sərfiyyat aparan avadanlıq işlətmir. Təbii qazdan da böyük həcmdə istifadə edilmir və ərizəyə əlavə etdiyi abonentin saldosu da buna sübutdur.
Tərəflərin izahatları.
3. Cavabdeh nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanında C-6 markalı, 28254483 nömrəli qaz sayğacı çıxarılmış və Zenner tipli, C-6 markalı, **********0 nömrəli digər sayğac quraşdırılmışdır. Sayğacın quraşdırılma səbəbi əvəzləmə olmuşdur.
6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən, 28254483 saylı sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və sayğacın istismara yararsız olması müəyyən edilmişdir.
7. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 21600 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.
8. Abonent saldosundan görünür ki, İddiaçı tərəfindən 2022-2023-cü illər daxil olmaqla mütəmadi olaraq ödənişlər olunmuşdur. Abonent saldosundan, həmçinin o da müəyyən edilir ki, 2023-cü ilin aprel ayında iddiaçının hesabına 2600 manat cərimə yazılmışdır.
İşin faktiki halları.
9. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmənin səbəbi sayğacın növbəti dövlət yoxlanışına göndərilməsi olmuşdur. İş materiallarından həmçinin o da məlum olur ki, yoxlanılan sayğacda xətaların aşkar olunma səbəbi müəyyən edilməmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq mübahisələndirilən cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır.
Tətbiq edilən hüquq.
10. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı. 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
12. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 2600 manat məbləğində borc silinməlidir. Bunun davamı olaraq məhkəmə cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun istehlakçı (iddiaçı) tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz.
Məhkəmə xərcləri.
13. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00310 saylı abonent İddiaçı dəymiş ziyanın əvəzi olaraq hesablanmış 2600 manat borc silinməlidir.
15. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh "zaq̇ ırəzA" İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı Faı̇ q qızının **********00310 saylı abonent hesabına hesablanmış 2600 (iki min altı yüz) manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.