Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-482/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçınun etibarnamə üzrə nümayəndəsi (vəkili) X17, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh və X6 qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, həmin nəqliyyat vasitəsinin alınması üçün cavabdehlərə ödənilmiş pul vəsaitinin və ödənilmiş pul vəsaiti olan məbləğinə hesablanmış əldən çıxmış faydanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı pul vəsaitinin və əldən çıxmış faydanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən aldığı DAF FTX 105.460T yük avtomobilinin cavabdehə geri qaytarılması, DAF FTX 105.460T yük avtomobilinin və “SCHMİT” markalı yarımqoşqu soyuducusunun alınması üçün cavabdehə ödənilmiş 55.000 (əlli beş min) manat pul vasitəsinin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi və cavabdehin qanunsuz olaraq ona məxsus pul vəsaitini özündə saxlayaraq gəlirdən məhrum edildiyi üçün əldən çıxmış faydaya görə isə 11.000 (on bir min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Cavabdeh və X6 qarşı iddia ərizəsinə əlavə verərək cavabdehlərdən aldığı “99SC385” dövlət qeydiyyat nişanlı DAF FTX 105.46C YÜK avtomobilinə dair İddiaçı adına 25.12.2018-ci il tarixdə verilmiş AD420222 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin” dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilərək, DAF FTX 105.460T YÜK avtomobilinin cavabdehə geri qaytarılması, DAF FTX 105.460T YÜK avtomobilinin və “SCHMİT” markalı yarımqoşqu soyuducusunun alınması üçün cavabdehlərə ödənilmiş 55.000 (əlli beş min manat) pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehlərin qanunsuz olaraq pul vəsaitini özündə saxlayaraq gəlirdən məhrum edildiyi üçün əldən çıxmış faydaya görə isə 11.000 (on bir min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək İddiaçı ona qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, həmin nəqliyyat vasitəsinin alınması üçün cavabdehə ödənilmiş pul vəsaitinin və ödənilmiş pul vəsaiti olan məbləğinə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” ilk iddiasının tam rədd edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı DAF FTX 105 460T YÜK avtomobilinə görə ona borclu qaldığı 8000 (səkkiz min manat) məbləğində pul vəsaitinin və əldən çıxmış faydaya görə 10000 (on min) manat məbləğində pul vəsaitinin, cəmi 18000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçınun etibarnamə üzrə nümayəndəsi (vəkili) X28 iddia ərizəsinə uyğun izahat verərək və qarşılıqlı iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçının Səbail rayonunda olan fərdi yaşayış evi plana düşmüş və söküntü zamanı ona 90000 (doxsan min) manat pul vəsaiti verilmişdir. Həmin pul vəsaiti ilə o gəlir əldə edərək özünü və övladını dolandırmaq niyyətində olmuşdur. O bununla bağlı böyük X1na yük avtomobili alıb icarəyə verərək pul qazanmaq niyyətində olmasını bildirmiş və ona bu barədə maraqlanmasını xahiş etmişdir. X1 2018-ci ilin dekabr ayında ona zəng edərək Xocasən qəsəbəsində yerləşən dayanacaqda “SCHMİT” markalı qoşqu-soyuducu DAT FTX 105 460T YÜK avtomobili gördüyünü bildirmişdir. O isə həmin avtomobllə əlaqədar sahibi ilə maraqlanmağını bildirmişdir. X22 isə həmin avtomobillə maraqlandığını və avtomobilinin yanında özünü sahibi kimi qələmə verən Cavabdeh ilə hər iki nəqliyyat vasitəsinin qiymətini 55.000 manata razılaşdığını bildirdi. Daha sonra o X22a 55000 manat pulu vermiş və birlikdə digər qardaşı olan Ümid İmanovla avtomobili almağa getmişdir. Vüqar İmanov avtomobilinin dəyərinin 45.000 min manatını əvvəlcədən vermiş və yerdə qalan 10.000 manatını isə sonra vermişdir. Cavabdeh olan Cavabdeh yarımqoşqunun tanışının olduğunu və satılması üçün etibarnamə verildiyini bildirmişdir və həmin anda yarımqoşqunun sahibi olan X10 ilə əlaqə saxlayıb qiymətində razılaşdıqlarını bildirmişdir. Hətta həmin avtomobil yoxlanarkən nasaz olduğu müəyyən olunmuş və bunun üçün 12.700 manat ustalara pul vermişdir. Bundan sonra X15 Cavabdehla birləşərək formal olaraq cavabdeh kimi ona qarşı iddia qaldıraraq “SCHMİT” markalı qoşqu-soyuducunun qanunsuz əldə etdiyini və geri qaytarılması tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı isə onlara qarşı satdıqları nəqliyyat vasitələrinə görə sonradan çəkilən təmir xərclərinin və mənəvi ziyanın ödənilməsi tələbi ilə qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1914/19 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya dair İddiaçı adına verilmiş 25.12.2018-ci il tarixli, AD4200221 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin yarımqoşqunun cavabdeh İddiaçı adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, “**-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdeh İddiaçı alınaraq iddiaçı X7 qaytarılması hissəsində ilkin iddia təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Qarşılıqlı iddia isə tamamilə rədd edilmişdir. Bundan narazı qalan hər iki iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı qətnaməsi ilə hər iki apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Eyni zamanda cavabdeh hər iki məhkəmədə və cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda özü etiraf etmişdir ki, iddiaçı onlara cəmi 54000 pul vermişdir və hazırda da pul vəsaiti özündədir. Cavabdeh ödənilən pul vəsaitini X7 ödəməmiş və aralarında yaranan mübahisədən sonra iddia qaldıraraq cavabdehin qanunsuz olaraq ona satdığı cavabdehə aid olan yarımqoşqunu geri almasını tələb edir və iddiası təmin edilmişdir. Yarımqoşqu olmazsa cavabdeh tərəfindən ona satılan DAF FTX 105 460T YÜK avtomobilindən istifadə olunması mümkünsüzdür. Bundan başqa cavabdehin oğlunun adına olan DAF FTX 105 460T YÜK avtomobili digər satılmış avtomobil kimi satılmışdır və oğlunun adına qeydiyyatdan keçirmədən birbaşa onun adına qeydiyyatdan keçirmişdir. Hesab edir ki, artıq cavabdeh tərəfindən ona satılmış yarımqoşqunun satılması qanunauyğun şəkildə satılmadığından, DAF FTX 105 460T YÜK avtomobili da birbaşa onun adına qeydiyyata alınması qanunsuzdur və avtomobil geri qaytarılmalıdır. Bütün bu səbəbdən də hesab edir ki, cavabdehə hər iki avtomobil üçün ödənilmiş 55000 pul vəsaiti ona geri qaytarmalıdır. Hətta cavabdehin bu əməli nəticəsində bütün məhkəmə dövründə ödəniş edib aldığı avtomobillərə həbs qoyulduğu üçün gəlir əldə edə bilməmişdir. Buna görə də cavabdeh özündə saxladığı və gəlirdən azad olduğu dövrlər üçün ödənilən məbləğdən əldən çıxmış fayda üçün 11.000 (on bir min) manat pul vəsaitini cavabdeh tərəfindən ona ödənilməlidir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını və qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh ilkin iddia ərizəsini qəbul etməyərək və qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Vüqar və Ümid İmanovlar onunla oğluna məxsus DAF FTX 105 460T YÜK avtomobilinın və X7 məxsus “SCHMİT” markalı yarımqoşqusoyuducusunun alqı-satqısı barədə söhbət edərkən, onlar həmin yük avtomobilinın və yarımqoşqunun məhz bacıları İddiaçı adına almaq istədikləri barədə hər hansı bir məlumat verməmişlər. Onlar həmin yük avtomobilinı və yarımqoşqunu məhz Vüqar üçün almaq istədiklərini bildirmişlər. O oğluna məxsus yük avtomobilinın məhz Vüqarın adına alqısatqısı barədə danışıqlar aparmışdır. O Şəhanəni tanımamış və sonradan ona məlum olmuşdur ki, yük avtomobili və yarımqoşqu onun adına qeydiyyata alınmışdır. Onunla avtomobil və yarımqoşqu barədə heç bir razılaşma aparmamışdır. Vüqar onu aldatmaq və razılaşdıqları pul məbləğini ona ödəməkdən yayınmaq üçün bütün sənədləşməni bacısı Şəhanənin adına rəsmiləşdirmişdir. O satmaq üçün Almaniya Federativ Respublikasından öz oğlu X4 adına “YƏHƏRLİ DARTİCİ DAF FTX 105T” markalı nəqliyyat vasitəsi gətirmişdir. 25.12.2018-ci il tarixdə X14 ona zəng edərək həmin nəqliyyat vasitəsini almaq istədiyini bildirmişdir. O Vüqarla Xocasəndə görüşüb 38000 (otuz səkkiz min) manata satmaq istədiyi həmin nəqliyyat vasitəsini nağd şəkildə 34000 (otuz dörd min) manata satılması barədə Vüqarla razılığa gəlmişdir. Lakin nağd şəkildə verməsə Vüqar ona 38000 (otuz səkkiz min) manat pul verməli idi. Bununla bərabər, Vüqar oğluna məxsus nəqliyyat vasitəsinin arxasında X7 məxsus olan “SCHMİTZ” markalı “SOYUDUCU TİPLİ YARİMYEDƏK” yarımqoşqunu da almaq istədiyini bildirmişdir. O Vüqara həmin yarımqoşqunun X7 məxsus olduğunu və onunla razılaşmalı olduğunu bildirmişdir. 25.12.2018-ci il tarixdə özünü Yasamal rayon X24 əməkdaşı kimi təqdim edən X2 Əkbərova ilə əlaqə saxlayıb həmin yarımqoşqunu satın almaq istədiyini bildirmişdir. X19 həmin yarımqoşqunun satış qiymətinin 32000 manat olduğunu bildirmişdir. X18 həmin yarımqoşqunun qiyməti barədə müəyyən müddət müzakirə apardıqdan sonra Vüqara həmin pulu nağd ödəyəcəyi halda həmin yarımqoşqunun yekun olaraq satış qiymətinin 28000 manat olması barədə razılığa gəlmişdir. Yarımqoşqunun dəyəri nağd şəkildə ödənilməli olmasa X25 32000 (otuz iki min) manat pul verməli idi. Vüqar nəqliyyat vasitəsini, həm də Niyar Əkbərovaya məxsus yarımqoşqunu qaraja kompüterdə yoxlatdırmaq üçün aparmışdır. Kompüterdə yoxlandıqdan sonra nəqliyyat vasitəsində və yarımqoşquda heç bir problem olmadığı müəyyən edilmiş və bununla bağlı olaraq Vüqarla bərabər Lökbatan ərazisində yerləşən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün orqana müraciət etmişlər. Niyar Əkbərova və onun oğlu Elçin Əkbərov tərəddüd etmədən özünü polis işçisi kimi təqdim edən Vüqara inanaraq sənədlərin və yarımqoşqunun onda qalmasına etiraz etməmişdir. Lakin, bu məsələ çox uzandığından Niyar Əkbərova yarımqoşqunu və ona dair sənədləri Vüqardan tələb etdikdə Vüqar ona “nə sənəd, nə yarımqoşqu” deyərək həmin yarımqoşqunu ondan xəbərsiz, onun iştirakı və razılığı olmadan qanunsuz yollarla öz bacısı İddiaçı adına rəsmiləşdirərək həmin yarımqoşquya “** ZD ***” dövlət qeydiyyat nişanı aldığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Vüqar qanunuz olaraq həmin nəqliyyat vasitəsini və yarımqoşqunu öz bacısı İddiaçı adına dövlət qeydiyyatından keçirmiş və dövlət qeydiyyatı üzrə uçota almış və İddiaçı adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018-ci il tarixli, AD420222 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. Göründüyü kimi, o və X26 İmanov ilə yük avtomobilinın və yarımqoşqunun birlikdə yekun qiymətinin 55000 manat olması barədə deyil, hər ikisinə görə pul birdəfəyə tam məbləğdə və nağd verildiyi halda 62000 manat (altmış iki min: DAF FTX 105 460T YÜK avtomobili-34000 (otuz dörd min) manat; “SCHMİT” markalı yarımqoşqu-soyuducu-28000 (iyirmi səkkiz min) manat; 34000 AZN+28000AZN=62000 AZN) olması; əgər hər ikisinə görə pul pul birdəfəyə tam məbləğdə və nağd verilmədiyi halda isə 70000 manat (yetmiş min: DAF FTX 105 460T YÜK avtomobili-38000 (otuz səkkiz min) manat; “SCHMİT” markalı yarımqoşqu-soyuducu- 32000 (otuz iki min) manat; 38000AZN+32000AZN=70000 AZN) olması barədə razılığa gəlmişdir. Vüqar yük avtomobilinə və yarımqoşquya dair sənədləşməni başa çatdırdıqdan sonra ona 44000 (qırx dörd min) manat pulu verərkən ona etirazını bildirmiş və 62000 (altmış iki min) manat məbləğində pulun birdəfəyə ödənilməsini tələb etmişdir. Lakin o borclu qaldığı 18000 (on səkkiz min) manat pulu həmin an verməyə imkanının olmadığnı və 10-15 gün müddətində həmin borcu tam olaraq ödəyəcəyini bildirmişdir. Vüqar təxminən 1 ay keçdikdən sonra ona 10000 (on min) manat pul vermişdir və 8000 (səkkiz min) manatı bir müddət keçdikdən sonra verəcəyəni vəd etsə də, sonrada həmin pulu verməkdən qəti olaraq imtina etmişdir. Bundan əlavə iddiaçı ondan 11000 manat əldən çıxmış fayda tələb edir və bunu onunla əsaslandırır ki, guya yarımqoşqu üzərinə həbs qoyulduğundan gəlirdən məhrum olmuşdur. Lakin Gömrük Komitəsindən verilmiş cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, həmin avtomobil və yarımqoşqu dəfələrlə ölkə sərhədlərindən kənara çıxmış, fasiləsiz yük daşıması ilə məşğul olmuş və külli miqdarda qazanc əldə etmişdir. Buna görə də iddiaçının həmin tələbi tamamilə qanunsuz və əsassız bir tələbdir. Qarşılıqlı iddia bağlı qeyd edir ki, cavabdehin 25 dekabr 2018-ci il tarixindən bu günə kimi ona ödənilməmiş olan 8000 manat məbləğində borcu vardır. Belə ki, o həmin tarixdə yük avtomobilinə görə 34000 (otuz dörd min) manat, X7 məxsus olan yarımqoşquya görə isə 28000 (iyirmi səkkiz min) manat məbləğində olan pulu ona birdəfəyə, tam olaraq nağd qaydada ödəməli olduğu halda ödəməmişdir. Vüqarın ona iki dəfəyə verdiyi 54000 (əlli dörd min) manat pulun 30000 (otuz min) manatı oğluna məxsus yük avtomobilinə görə ödənilmiş pul kimi, 24000 (iyirmi dörd min) manatı isə X7 məxsus olan yarımqoşquya görə ödənilmiş pul kimi qəbul edilmiş, həm yük avtomobilinə, həm də yarımqoşquya görə tam və vaxtında ödənilməmiş 8000 manat borc qalmışdır. Buna görə o Vüqarla olan ilkin razılaşmaya əsasən yük avtomobilinə görə 34000 manat məbləğində pulu tam və vaxtında ala bilmədiyinə görə həmin yük avtomobilinın dəyərini 38000 manat, X7 məxsus olan yarımqoşquya görə 28000 manat məbləğində pulu tam və vaxtında ala bilmədiyinə görə həmin yarımqoşqunun dəyərini isə 32000 manat qiymətləndirir. Şəhanə ona borclu qaldığı 8000 manat məbləğində pulu qanunsuz olaraq özündə saxlamış və onun təxminən 2 il müddətində həmin pula görə adi mülki dövriyyə şəraitində əldə edəcəyi 10000 (on min) manat məbləğində gəlirdən (əldən çıxmış faydadan) məhrum etmişdir. Hesab edir ki, cavabdehin ona borclu olduğu 8000 manat məbləğində pul vəsaiti və əldən çıxmış faydaya görə 10000 manat məbləğində pul vəsaiti, cəmi 18000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Odur ki, ilkin iddia tələbinin rədd olunmasını və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil cavabdehin izahatına uyğun eyni məzmunlu izahat verərək ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin), cavabdehin və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş üzrə şahid X14 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh Bakının Xocahəsən kəndində avtomobil alveri ilə məşğul olur. O internet vasitəsilə həmin mübahisəli avtomobili tapmış və bundan sonra bacısı Şəhanə ilə birlikdə gələrək avtomobilə baxaraq onu bəyənmişlər. Avtomobili 27000 manata, yarımqoşqunu isə 28000 manata razılşamışlar. Cavabdeh ilə avtomobilin və yarımqoşqunun alınması üçün razılığa gəlmişlər və 45000 manat məbləğində pulu ona vermişdir. Bir-iki gün keçdikdən sonra yerdə qalan 10000 manat məbləğində pulu cavabdehə çatdırmışdır. Avtomobilin rəsmiləşdirilməsi üçün müraciət edərkən bacısı İddiaçı da avtomobildə olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X5 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, İddiaçı, X8 və Cavabdeh qarşı “əmlakın qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair ilkin, İddiaçı cavabdehlər X7, Cavabdeh və X6 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə iddiaları qismən təmin edilərək 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarırnqoşquya dair cavabdeh İddiaçı adına verilmiş 25.12.2018-ci il tarixli, AD420221 nömrəli "Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi" ləğv edilsin və həmin yarımqoşqu cavabdeh İddiaçı adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz" markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqu cavabdeh İddiaçı alınaraq X7 qaytarılması və qarşılıqlı idda üzrə isə İddiaçı cavabdehlər X10, Cavabdeh və X6 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2751/2021 saylı, 27.05.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X10 və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddia üzrə vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması barədə tələblərinin təmin olunmadığı və qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2751/2021 saylı, 27.05.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı, 24.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və iddiaçı X10 və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 603427 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqədən görünür ki, "Schmitz" markalı soyuducu tipli yarımyedək X5 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 603428 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqədən görünür ki, Yəhərli dartıcı DAF XF 105 markalı yük avtomobili X4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 25.12.2018-ci il tarixli, 776785 saylı arayış-hesabdan görünür ki, DAF markalı yük avtomobilinin X27 qeydiyyatdan keçirilməsi barədə arayış verilmişdir. İş materiallarına əlavə olunmuş 05.05.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, X5 və Cavabdeh müraciətləri əsasında toplanılmış HK-535 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 18.09.2021-ci il tarixli məktubdan görünür ki, 2008-ci il buraxılışlı “DAF FTXF 105.460T” yük markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına rəsmiləşdirilmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən 15.08.2018-ci il tarixdə təsdiq olunmuş X11 tərəfindən Cavabdeh verdiyi etibarnamədən görünür ki, X11 tərəfindən verilən səlahiyyətlər; Almaniya Federativ Respublikasından onun adına öz şərti mülahizələri əsasında istənilən markalı avtomobilləri; minik, yük, xüsusi texnikanı almaq, sərəncam vermək, alqı-satqı müqaviləsini bağlamaq, müqavilə üzrə pulları ödəmək, avtomobili Azərbaycan Respublikasına sürüb gətirmək, Azərbaycan Respublikasının DİN BDYP RİŞ-də qeydiyyata salmaq, onun adına qeydiyyatdan keçmiş sənədləri və dövlət nömrə nişanını almaq, satmaq buna görə də ona Azərbaycan və istənilən xarici ölkənin bütün orqanlarında, təşkilatlarında, gömrük məntəqələrində qeydiyyata salmaq, dövlət rüsumunu vermək, onun adından hər cür ərizələri təqdim etmək, arayışları və digər sənədləri almaq və vermək, onun əvəzindən imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Kömrük Komitəsinin məlumat bazasına əsasən “DAF FTXF 105.460T” yük markalı, ** SC *** dövlət qeydiyyat nişanlı dartıcının 01.01.2019-cu il tarixdən 01.07.2021ci il tarixə kimi olan dövr ərzində dövlət sərhəddini keçməsi haqqında məlumatı və həmin sərhəd keçmələri vaxtə daşıdığı yüklər barədə gömrük orqanlarına təqdim olunmuş sənədlərin surətləri təqdim olunur. Həmçinin məlumat üçün bildirilir ki, “SCHMİTZ” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı qoşqunun 01.01.2020-ci il tarixdən 01.07.2021-ci il tarixədək olan dövr ərzində dövlət sərhədini keçməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasına hər hansı qeyd olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 30.09.2021-ci il tarixli 33/3340 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sərhədindən buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid vahid orqanının səlahiyyətləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunduğundan **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu barədə sorğuda qeyd olunan suallara ətraflı və tam məlumatların verilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilməsi bildirilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin 08.07.2021-ci il tarixli MB 14/0863 saylı Qiymətləndirmə Hesabatının rəyindən görünür ki, 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə ölkə daxilində və xarici ölkələrə daşınmada qoşqudan və yanmqoşqudan istifadə etməklə təyinatı (yük daşınması) üzrə orta aylıq gəlir məbləği 12,895.32 AZN müəyyən edilmişdir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yehərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə hər ay üzrə orta hesabla aylıq icarə haqqının məbləği 5,000 AZN təşkil edir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105,460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə təyinatı üzrə istifadə edilməklə ölkə daxilində və xarici ölkələrə təyinatı yük daşınması zamanı hər 1 (bir) kilometr üzrə daşınma xərcinin orta məbləği 1.17 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.1. bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri")* onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar. 1.3. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin yaxud haqların ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. [6] Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, cavabdeh Əkbərov X9 Federativ Respublikasından öz oğlu X4 adına “YƏHƏRLİ DARTİCİ DAF FTX 105T” markalı nəqliyyat vasitəsi gətirmişdir. 25.12.2018-ci il tarixdə X14 ona zəng edərək həmin nəqliyyat vasitəsini almaq istədiyini bildirmişdir. Əkbərov X13 Xocasəndə görüşüb nəqliyyat vasitəsinin satılması barədə razılığa gəlmişlər. Bununla bərabər X7 məxsus olan “SCHMİTZ” markalı “SOYUDUCU TİPLİ YARİMYEDƏK” yarımqoşqunu da almaq barədə razılşmışlar. Sonradan razılığa gələrək nəqliyyat vasitəsi və yarımqoşqu verilmiş etibarnamə əsasında birbaşa İddiaçı adına dövlət qeydiyyatından keçirilmiş və dövlət qeydiyyatı üzrə uçota alınmış və İddiaçı adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018-ci il tarixli, AD420222 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. Bundan sonra X10 Cavabdeh qarşı iddia qaldıraraq “SCHMİT” markalı qoşqusoyuducunun qanunsuz əldə etdiyini və geri qaytarılması tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı isə onlara qarşı satdıqları nəqliyyat vasitələrinə görə sonradan çəkilən təmir xərclərinin və mənəvi ziyanın ödənilməsi tələbi ilə qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1914/19 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dair İddiaçı adına verilmiş 25.12.2018-ci il tarixli, AD4200221 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin yarımqoşqunun cavabdeh İddiaçı adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, “**-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdeh İddiaçı alınaraq iddiaçı X7 qaytarılması hissəsində ilkin iddia təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Qarşılıqlı iddia isə tamamilə rədd edilmişdir. Bundan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı qətnaməsi ilə hər iki şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iddia edir ki, həmin avtomobilə görə 29000 manat və yarımqoşquya görə 26000 manat, cəmi 55000 manat ödənilmişdir, cavabdeh tərəf isə avtomobilə görə 30000 manat, yarımqoşquya görə 24000 manat, cəmi 54000 manat ödənilməsini etiraf etmişdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı sahibi X4 adına qeydiyyata alınmalı olduğu halda, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı bir başa İddiaçı adına qeydiyyata alınmış və 15.08.2018-ci il tarixdə X11 tərəfindən Cavabdeh verilmiş etibarnamədə həmin avtomobilin bir başa digər şəxsin adına rəşmiləşdirilməsi ilə bağlı səlahiyyətlər göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTX 105.460T yük avtomobili markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv olunmalı, İddiaçı Novruz qızının adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTX 105.460T yük avtomobili markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq X6 geri qaytarılmalı, İddiaçı tərəfindən ödənilmiş 54000 (DAF FTX 105.460T yük avtomobilinə görə 30000 (otuz min) manat və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 (iyirmi dörd min)) manat Cavabdeh və X3 birgə qaydada tutularaq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə ilkin iddia tələbinin əldən çıxmış faydaya görə isə 11.000 (on bir min) manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə isə hesab edir ki, bu hissədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə avtomobilə görə borclu olduğu 8000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı qanunverciliyə uyğun olaraq həyata keçirilmədiyindən və hazırkı qətnamə ilə nəqliyyat vasitəsinin sahibinə geri qaytarıldığından təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia mülkiyyətçi tərəfindən deyil, etibarnamə üzrə səlahiyyət verilmiş şəxs tərəfindən qaldırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia bütünlüklə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv olunsun. İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi X6 geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 54000 (DAF FTXF 105.460T yük avtomobilinə görə 30000 (otuz min) manat və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 (iyirmi dörd min)) manat Cavabdeh və X3 birgə qaydada tutularaq İddiaçı geri qaytarılsın. İddia qalan hissədə təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçı qarşı pul vəsaitinin və əldən çıxmış faydanın İddiaçı tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-482/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-482/2021
25.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver