Məhkəmə qərarları › İş №2(1-8)-620/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-620/2026

30.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-620/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, ünvan 1 ərazisində 19,8315 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı məhkəməyə müraciət edərək, ##.##.2023-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 19,8315 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən zəbt edilmiş 2 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması və cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş zərərə görə 2000 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində ünvan 1 ərazisində 19,8315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh ona məxsus qeyd olunan 19,8315 ha torpaq sahəsinin təxminən 2 ha hissəsini zəbt edərək 2023-cü ilin payızında özbaşına olaraq əkin əkmişdir. Hal-hazırda 2 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdehin qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ona dövlətləri tərəfindən verilən torpağın hüquqi sənədini saxta adlandırmaqdan belə çəkinməyərək dövlət orqanlarına böhtan atmaqdan çəkinmir. Cavabdeh zorakı yolla onun aldığı torpağa sahiblənmək istəyir. Bundan əlavə cavabdeh öz hərəkətləri ilə ona maddi zərər də vurmuşdur. Belə ki, o, cavabdeh tərəfindən zəbt olunmuş 2 ha torpaq sahəsində 2022-ci ildə buğda əkmişdir. 2023-cü ilin payızında buğda əksəydi 2 ha torpaq sahəsindən 4 ton buğda əldə edə bilərdi. 1 kq buğdanın qiymətini orta hesabla 50 qəpikdən hesablasaq, ona əldən çıxmış fayda olaraq 2000 manat zərər dəymişdir. 4000 kq.x0,50 manat=2000 manat. Cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

4. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, onlar kənd sakinləri İddiaçı onların kənddən əldə etdiyi torpaq sahəsinin qanunsuz əldə etməsini təsdiqləyərək ##.##.2024-cü il tarixdə akt tərtib etmişlər. Həmin aktda qeyd etmişlər ki, Şabran Rayon Çuxurəzəmi IƏD-nin Qızıl-qazma kəndində torpaq islahatı başlanğıcdan düzgün aparılmamışdır. İddiaçı uzun müddət onların nümayəndəliyinin rəhbəri olub və korrupsiya faktlarına görə vəzifəsindən uzaqlaşdırılmışdır. Kənddə torpaq islahatı aparılan vaxtı qanunsuz olaraq onlar kənd sakinlərin torpaqlarının 41 ha hissəsini qeyri-qanuni olaraq Qızılqazma kəndində yaşamayan və Quba rayonunun Rəngidar kənd sakini olmuş və halhazırda Siyəzən rayonunda yaşayan Nurəliyev Ramiz Babaşah oğluna satılmışdır. Həmin torpaq sahəsini hazırda İddiaçı əldə etmişdir. Onların bu qanunsuz hərəkətlərindən kənd sakinlərinə əkin yerləri demək olar ki, qalmamışdır. Əhali kənddən məcburi köç etmişdir. IƏD-də islahat düzgün aparılmamışdır. Ümumiyyətlə, onların kəndində "Torpaq islahatı haqqında" Qanunun tələbləri kobudcasına pozulmuşdur və bu faktlar araşdırılmalıdır. İddiaçı ondan 2000 manat pul tələbi əsasızdır, öz iddiasında 2022-ci ildə torpaq sahəsində buğda əkməsini, 2023-cü il tarixində əksəydi 2 ha torpaq sahəsindən 4 ton buğda götürəcəyini ehtimal edərək buğdanın kiloqramının qiymətinin 50 qəpikdən hesablanması və ona 2000 manat ziyan dəyməsi qeydi heç bir sübuta əsaslanmayan iddiaçının fikridir. Bu mülahizəsinə dair iddiaçı heç bir sübut təqdim etmədiyinə görə onun pul tələbi əsassızdır.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X1” Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli vətəndaş müraciətinə baxılması haqqında məktuba əsasən sözügedən rayonda buğdanın məhsuldarlığı mövsümün iqlim şəraitindən, yağıntının miqdarından və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq 20-27 sent/ha arasında dəyişə bilir. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin X2 Sisteminin məlumatlarına əsasən 2024-cü ildə Şabran rayonunda buğdanın orta sahədən satış qiyməti 0,35 azn/kq olmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinin mühəndisi Əşrəf Cəfərovun mütəxəssis rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 19,8315 ha torpaq sahəsinin 2,1224 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinin mühəndisi Əşrəf Cəfərovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh tərəfindən istifadə olunan 2,1224 ha torpaq sahəsi 19,8315 ha torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir.

7. Şabran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2023-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 19,8315 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən zəbt edilmiş 2 ha hissəsi cavabdehin qanunsuz sahibliyindən iddiaçı İddiaçı geri qaytarılması, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı vurulmuş zərərə görə 1610 (min altı yüz on) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir (hakim Könül Mirzəfərova).

8. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu səbəbdən İddiaçı dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyəti vardır. Bundan əlavə İddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh tərəf isə sözügedən torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 152.1, 157.2, 180.1, 180.2, 180.4, 239.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66.2, 67.3, 68, 111, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * nömrəli protokolunun 1-ci maddələrinə əsasən istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan mübahisənin yaranmasına səbəb olan kənddə torpaq islahatı aparılan vaxtı qanunsuz olaraq kənd sakinlərin torpaqlarının 41 ha hissəsini qeyri-qanuni olaraq Qızıl-qazma kəndində yaşamayan və Quba rayonunun Rəngidar kənd sakini olmuş və hal-hazırda Siyəzən rayonunda yaşayan Nurəliyev Ramiz Babaşah oğluna satılması və həmin torpaq sahəsini hazırda İddiaçı əldə etməsi faktların araşdırmamışdır. Bu faktlar iş mühüm əhəmiyyətli olan hallardır. Bundan əlavə iddiaçı 4000 kq buğdanın zərərin tələb etdiyi halda, həmin zərər məhkəmə qətnaməsində müəyyən edilmiş 0,35 manat ilə hesblandıqda 1400 manat olduğu halda, məhkəmə ona qarşı qərəzli surətdə qətnamədə 1610 manat zərərin ödənilməsini qət etməsi qanunsuz olduğundan ləğv edilməlidir. Onun ekspertizanın keçirilməsində iştirakını məhkəmə təmin etməyib, ekspertizanın keçirilmə vaxtı barədə ona məlumat verilməyib, o ekspertizanın keçirilməsində iştirak etmədiyi halda, ona məlum deyil ki, ekspert torpaq sahəsinin onun tərəfindən zəbt olma barədə rəyi hansı əsas ilə bildirmişdir. Ekspertin ona qarşı qərəzli şəkildə rəy vermiş, torpaq sahəsinə ekspertizada iştirak etməyinin təmin olunmaması, ekspertin qarşı tərəfin xeyrinə heç bir əsas olmadan rəy verməsi, sübut kimi qəbul edilməməlidir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim Səyyad Qafari sədrlik edən və məruzəçi, hakimlər Fuad Məmmədov və Almaz Süleymanova).

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə (iddianın təmin edilmiş hissəsində) işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 157.2, 1096.1, 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertizanın keçirilməsi zamanı onun iştirak hüququ təmin edilməmiş, ekspertizanın vaxtı və yeri barədə ona əvvəlcədən məlumat verilməmişdir. Bu səbəbdən o, ekspert rəyinin hansı əsaslarla verildiyini yoxlamaq və öz mövqeyini bildirmək imkanından məhrum olmuşdur. Nəticə etibarilə, onun iştirakı olmadan verilmiş ekspert rəyi qanunsuz və əsassız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi bu prosessual pozuntunu aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, onun iştirakı ilə təkrar və ya əlavə ekspertiza keçirilməsini təmin etməmişdir.

17. Qızıl-qazma kəndində torpaq islahatı zamanı 41 hektar torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satılması və sonradan digər şəxs tərəfindən əldə edilməsi faktları araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir.

18. Məhkəmə iddiaçının tələb etdiyi zərər məbləğini düzgün hesablamamışdır. Iddiaçı tərəfindən göstərilən 4000 kq buğdanın dəyəri 0,35 manatla hesablandıqda 1400 manat təşkil etdiyi halda, məhkəmə əsassız olaraq 1610 manat kimi nəzərə almışdır. Bu məbləğin hansı sübutlara əsaslandığı qətnamədə göstərilməmişdir.

19. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarının tam və obyektiv araşdırılması təmin edilməmişdir.

20. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Prosessual Məcəlləsinin 99, 218, 389-cu maddələrinə istinad olunmuşdur. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri:

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən ünvan 1 ərazisində 19,8315 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı adına rəsmiləşdirilməsi işin mübahisəsiz halıdır. Eyni zamanda cavabdehin iddiaçıya məxsus olan torpağın bir hissəsini öz sahibliyində saxlamaqla iddiaçının mülkiyyət hüququna maneçilik törətdiyi işdəki sübutlarla təsdiqlənmişdir. Belə olan halda iddianın göstərilən həcmdə təmin edilməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur.

33. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Cavabdeh kassasiya şikayətində ekspertizanın keçirilməsi zamanı onun iştirakının təmin edilmədiyini qeyd etsə də, birinci instansiya məhkəməsində ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında hakim tərəfindən ekspert rəyi elan olunmuş və cavabdehin bu barədə mövqeyi soruşulmuşdur. Həmin iclasda cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etdiyini etiraf etmiş, eyni zamanda ekspert rəyinə qarşı hər hansı etiraz bildirməmişdir.

36. Işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı).

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar