Məhkəmə qərarları › İş №2(1-8)-1127/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1127/2026

04.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1127/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Iş materiallarından müəyyən edilir ki, iddiaçı iddiaçı2 cavabdeh cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərər” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, Səməd Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30.000 (otuz min) manat olan iddiaçı1 MMCnin balansında olan əyləncə attraksionunun cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2023-cü il tarixli qərardadı ilə iddiaçı1 MMC-nin mülki iş üzrə iddiaçı qismində, cavabdeh1 mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri, birinci mikrorayon, Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü ümumi dəyəri 30.000 manat olan) iddiaçı1 MMC-nin balansında olan əyləncə attraksionu cavabdeh cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçı iddiaçı1 MMCyə geri qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh1 alınaraq iddiaçı iddiaçı1 MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ilqar Dəmirov və Fuad Məmmədov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən iddiaçı iddiaçı2 tərəfindən kassasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti isə ##.##.2025ci il tarixli qərardadla geri qaytarılmışdır. iddiaçı2 bu qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. iddiaçı1 MMC ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiaçı1 MMC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti ona aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti ona aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar