Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-482/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun övladları 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X5 anadangəlmə psixi pozuntudan əziyyət çəkirlər. Mirmehdi və Kənana həkimlər tərəfindən “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Hər iki övladı tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Bu səbəbdən xəstə olan övladlarının əmək qabiliyyəti də yoxdur. Hər iki övladı 1-ci qrup əlildir. Hal-hazırda onların qanunla müəyyən edilmiş qəyyumu olmadığından o demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun isə başlıca səbəbi kifayət qədər əsas olmasına baxmayaraq hər iki övladı indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsidir. O, övladlarının üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin Suraxanı Rayonu İcra Hakimiyyəti S-118-099 saylı 15.11.2021-ci il tarixli cavabla bildirmişdir ki, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Övladları 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X5 fiziki və əqli pozuntu diaqnozu var. Onların şəxsi təmizliyinə və şəxsi gigiyenasına özü baxır. Eyni zamanda bildirirəm ki, onların daima nəzarətə və baxıma ehtiyacı var. Məhz bu səbəbdən 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X5 məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon VVAQ şöbəsi tərəfindən 23.İX.1999-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 29.07.1999-cu ildə doğulmuş və valideynləri X6 ilə Ərizəçidır. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 06.08.2003-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 18.07.2003-cü ildə doğulmuş və valideynləri X6 ilə Ərizəçidır. Suraxanı rayon İcra Hakimiyyətinin 15.11.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Arayışdan müəyyən olunur ki, 29.07.1999-cu il təvəllüdlü X4 müddətsiz birinci dərəcəli əlildir. Diaqnozu: Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Ağır dərəcəli əqli gerilik. Qavrama pozuntusu ilə. Aqressiv hərəkətlər. İntelektual mnestik funksiyaları yaş səviyyəsində çox aşağıdır Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, Kənar şəxslərin qulluğuna ehtiyacı var. Şəxsi gigiyenik qaydalara ana və atanın köməyilə əməl edir. Tibbi Sosial ekspert komissiyasının cavabı ilə müəyyən olunmuşdur ki, 18.07.2003cü il təvəllüdlü X5 1-ci qrup əlildir. Diaqnozu: Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməldə, Ağır dərəcəli əqli gerilik. Sidik qaçırtma halları qeyd olunur. Pambersdən istifadə edilir. Nitqi aydın deyil. Yalnız səslər çıxarda bilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.02.2022-ci il tarixli 267 saylı rəyindən görünür ki, X1 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) (F 72) qeyd olunur. Bunu mülki iş materiallarındakı tibbi sənədlər və anamneştik məlumatlar sübut edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafşsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X4 “Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Ağır dərəcəli əqli gerilik. Qavrama pozuntusu ilə. Aqressiv hərəkətlər. İntelektual mnestik funksiyaları yaş səviyyəsində çox aşağıdır. Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Şəxsi gigiyenik qaydalara ana və atanın köməyilə əməl edir” diaqnozu ilə İ qrup əlildir. 29.07.1999-cu il təvəllüdlü X1 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan və ya natamam yaranan anadangəlmə əqli inkişaf halıdır. 29.07.1999-cu il təvəllüdlü X1 ağır dərəcəli əqli gerilik müəyyən edilir. 29.07.1999-cu il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini başa düşmək, öz hərəkətlərini şüurlu idarə etmək və reaksiya vermək iqtidarında deyil. 29.07.1999-cu il təvəllüdlü X4 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.02.2022-ci il tarixli 268 saylı rəyindən görünür ki, X3 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) (F 72) qeyd olunur. Bunu mülki iş materiallarındakı tibbi sənədlər və anamneştik məlumatlar sübut edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafşsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X7 “Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Ağır dərəcəli əqli gerilik. Qavrama pozuntusu ilə. Aqressiv hərəkətlər. İntelektual amnestik funksiyaları yaş səviyyəsində çox aşağıdır. Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Şəxsi gigiyenik qaydalara ana və atanın köməyilə əməl edir” diaqnozu ilə İ qrup əlildir. 18.07.2003-cü il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan və ya natamam yaranan anadangəlmə əqli inkişaf halıdır. 18.07.2003-cü il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir. 18.07.2003-cü il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini başa düşmək, öz hərəkətlərini şüurlu idarə etmək və reaksiya vermək iqtidarında deyil. 18.07.2003-cü il təvəllüdlü X5 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003cü il təvəllüdlü X5 Ərizəçi oğullarıdır. Ərizəçinin uşaqları - 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. Həmin şəxslər öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.07.1999-cu il təvəllüdlü X4 və 18.07.2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-482/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-482/2022
05.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver