Məhkəmə qərarları › İş №2(010)-4828/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4828/2025

11.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № 2(010)-4828/2025 11.03.2026 BAKI ŞӘHӘRI SURAXANI RAYON MӘHKӘMӘSI Hakim Talıbova Leyla Oruc qızının sәdrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Әrizәçi Әrizәçi, Maraqlı şәxs Bakı şәhәri Suraxanı rayonu İcra Hakimiyyәtinin etibarnamә üzrә nümayәndәsi Nümayәndә iştirakları ilә, Әrizәçi Әrizәçi (maraqlı şәxs Suraxanı rayon İcra Hakimiyyәti) “şәxsin fәaliyyәt qabiliyyәtli olmayan hesab edilmәsi” tәlәbinә dair әrizәsi üzrә mülki işә açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDİ: Әrizәçi Әrizәçi әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, әrizәnin tәmin edilәrәk, ##.##.2007ci il tәvәllüdlü Fәaliyyәt qabiliyyәti olmayan şәxs psixi vәziyyәtinә görә öz hәrәkәtlәrinin mәnasını başa düşmәdiyi vә öz hәrәkәtlәrinә rәhbәrlik edә bilmәdiyi üçün fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Әrizәçi Әrizәçi mәhkәmә iclasında әrizәni müdafiә edәrәk bildirmişdir ki, ##.##.2007-ci il tәvәllüdlü Fәaliyyәt qabiliyyәti olmayan şәxs onun oğludur. Oğlu İlә birlikdә ünvan 1 ünvanında yaşayırlar. Oğlum uzun müddәtdir ki, uşaq autizmi xәstәliyindәn әziyyәt çәkir, onun kәnar şәxsin qulluğuna vә idarәsinә ehtiyacı vardır. Oğlu hal-hazırda İ qrup әlilidir vә buna görә pensiya alır. Müәyyәn hüquqi sәnәdlәşdirmә işlәri aparmaq üçün, yәni pensiya kartını almaq vә gәlәcәkdә lazım olacaq digәr sәnәdlәşmә işlәri aparmaq mәqsәdi ilә ona oğlunun qәyyumu tәyin edilmәyi vacibdir. O hәr dәfә sәnәd işlәri vә ya pensiya kartını almaq lazım olduqda çox çәtinliklә oğlunu lazım olan qurumlara aparır. Odur ki, ona qәyyum tәyin edilib sәnәd işlәri ilә özü mәşğul olmaq istәyir. Oğlu psixi vәziyyәtinә görә öz hәrәkәtlәrinin mәnasını başa düşmәdiyi vә öz hәrәkәtlәrinә rәhbәrlik edә bilmәdiyindәn onun üzәrindә qәyyum tәyin olunmağı mәqsәdi ilә Suraxanı Rayon İcra Başçısı yanında Qәyyumluq vә Himayәçiik Komissiyasına müraciәt etmişdir. Lakin ona mәhkәmә qaydasında oğlunun fәaliyyәt qabiliyyәti olmayan kimi hesab olunmasının zәruri olduğunu bildirdilәr. Odur ki, oğlu ##.##.2007-ci il tәvәllüdlü Fәaliyyәt qabiliyyәti olmayan şәxs fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab edilmәsi mәhkәmә tәrәfindәn müәyyәn olunmaqla vә onun üzәrindә qәyyum tәyin olunmağı zәrurәti yaranmışdır. Qeyd olunanların nәzәrә alınmasını vә әrizәsinin tәmin olunmasını xahiş etmişdir. Maraqlı şәxs Bakı şәhәri Suraxanı rayonu İcra Hakimiyyәtinin etibarnamә üzrә nümayәndәsi Nümayәndә izahat verәrәk bildirmişdir ki, әrizәçi Suraxanı Rayon İcra Hakimiyyәtinә müraciәt etmiş, lakin ona mәhkәmәyә müraciәt etmәsi tövsiyyә edilmişdir. Ekspertiza rәyinә әsasәn Fәaliyyәt qabiliyyәti olmayan şәxs fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab olunması üçün әsaslar vardır vә şәxsin fәaliyyәt qabiliyyәtli olmayan hesab edilmәsi ilә bağlı qәrarı mәhkәmәnin mülahizәsinә buraxdığını bildirir. Mәhkәmә әrizәni vә işin faktiki hallarını araşdıraraq, әrizәçinin nümayәndәsinin vә maraqlı şәxsin nümayәndәsinin izahatlarını dinlәyәrәk, işdә olan sәnәdlәri tәdqiq edәrәk vә sübutları qiymәtlәndirәrәk hesab edir ki, әrizә tәmin edilmәlidir. Azәrbaycan Respublikası MPM-nin 106.1-ci maddәsinә әsasәn, işdә iştirak edәn şәxslәrin iş üçün әhәmiyyәtli olan vә onlara mәlum olan faktlar barәdә izahatları iş üzrә toplanmış digәr sübutlarla yanaşı yoxlanılmalı vә qiymәtlәndirilmәlidir. İş materiallarına әlavә edilmiş Bakı şәhәr Suraxanı rayon VVAQ şöbәsi tәrәfindәn veriImiş doğum haqqında şәhadәtnamәnin surәtindәn görünür ki, Fәaliyyәt qabiliyyәti olmayan şәxs ##.##.2007-ci ildә doğulmuşdur, anası Әrizәçi vә atası X1r. İş materiallarına әlavә edilmiş Bakı şәhәri Suraxanı rayon İcra Hakimiyyәtinin 08.08. 2025-ci il tarixli Әrizәçi ünvanlanmış mәktubundan müәyyәn olunur ki, Azәrbaycan Respublikasının Mülki-Prosessual Mәcәllәsinin 317-ci vә 321-ci maddәlәrinә әsasәn psixi qüsurlarına görә şәxsin fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi haqqında mәhkәmә qәtnamәsi olduqdan sonra tәyin edilir. Qeyd edilәnlәri nәzәrә alaraq, aidiyyәti üzrә mәhkәmәyә müraciәt edilmәyi mәqsәdәuyğun hesab edilir. İş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi Tibbi-Sosial Komissiyasında sonuncu müayinәyә dair mәlumatın verilmәsi barәdә elektron çıxarışdan müәyyәn olunur ki, ##.##.2007-ci il tәvәllüdlü Fәaliyyәt qabiliyyәti olmayan şәxs, Müddәtsiz birinci dәrәcәli әlildir. Diaqnoz: Qulluq vә müalicә tәlәb edәn ciddi davranış pozuntusu. Yüngül Kәmağıllıq. İq-56.X2 sindromu. İş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Mәhkәmә Psixiatrik Ekspertiza Mәrkәzi Publik Hüquqi Şәxsi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli *** saylı Rәyin yekun hissәsindәn müәyyәn olunur ki, 1-ci, 2-ci vә 3-cü suallara cavab: Fәaliyyәt qabiliyyәti olmayan şәxs X2 sindromu orta dәrәcәli әqli geriliklә müәyyәn edilir. Fәaliyyәt qabiliyyәti olmayan şәxs öz hәrәkәtlәrinin mәnasını anlaya vә öz hәrәkәtlәrini idarә etmәk iqtidarında deyildir. Buna görә dә Fәaliyyәt qabiliyyәti olmayan şәxs tam fәaliyyәt qabiliyyәti olmayan şәxs kimi hesab edilmәlidir. Fәaliyyәt qabiliyyәti olmayan şәxs öz hәrәkәtlәrinin mәnasını anlaya vә öz hәrәkәtlәrini idarә etmәk iqtidarında deyildir. Buna görә dә Fәaliyyәt qabiliyyәti olmayan şәxs tam fәaliyyәt qabiliyyәti olmayan şәxs kimi hesab edilmәlidir. Fәaliyyәt qabiliyyәti olmayan şәxs müәyyәn edilәn X2 sindromu orta dәrәcәli әqli geriliklә әlaqәdar sәhhәti mülki işә mәhkәmә baxışında iştirakına yol-vermir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 14.2-ci maddәsinә әsasәn, mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir. Hәmin Mәcәllәnin 77.1-ci maddәsinә әsasәn, hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Hәmin Mәcәlәsinin 88-ci maddәsinә әsasәn mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Hәmin Mәcәlәsinin 89.1-ci maddәsinә әsasәn, yazılı sübutlar-iş üçün әhәmiyyәtli hallar barәdә mәlumat verәn notariat qaydasında tәsdiq olunmuş sәnәdlәr, aktlar, müqavilәlәr, arayışlar, işgüzar yazışmalar vә sair sәnәd vә materiallardır. Bu Mәcәllәnin 217.4-cü maddәsinә әsasәn mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır. Azәrbaycan Respublikası MPM-nin 305.1.3-cü maddәsinә әsasәn mәhkәmә xüsusi icraat qaydasında şәxsin fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi haqqında işlәrә baxır. Hәmin Mәcәllәnin 317.2-ci maddәsinә әsasәn mәhkәmәdә psixi qüsurlarına görә şәxsin fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi haqqında iş, ailә üzvlәrinin birgә yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlәrin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyәti orqanının, psixiatriya (psixonevroloji) müәssisәsinin әrizәsi üzrә qaldırıla bilәr. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 28.8-ci maddәsinә әsasәn ağıl zәifliyi vә ya ruhi xәstәlik nәticәsindә öz hәrәkәtlәrinin mәnasını başa düşmәyәn vә ya öz hәrәkәtlәrinә rәhbәrlik edә bilmәyәn şәxslәr dә mәhkәmә tәrәfındәn fәaliyyәt qabiliyyәti olmayan sayıla bilәr. Onlar üzәrindә qәyyumluq müәyyәnlәşdirilir. Mәhkәmә iş üzrә sübutlara Mülki Prosessual Mәcәllәnin 88-ci maddәsinin tәlәblәrinә uyğun olaraq obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt vermiş, iddia әrizәsindә qoyulmuş tәlәb üzrә nәticәyә gәlәrkәn isә Mülki Prosessual Mәcәllәnin 217.4-cü maddәsindә tәsbit edilmiş bilavasitәlilik prinsipinә uyğun olaraq yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlara әsaslanmışdır. Normanın mәzmunundan müәyyәn olunur ki, şәxsin fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi haqqında iş ailә üzvlәrindәn yaxın qohumların valideynlәrin, uşaqların, qardaşbacıların әrizәsi üzrә qaldırıla bilәr. Bundan başqa normadan müәyyәn olunur ki, hәmin әrizә müvafiq icra hakimiyyәti orqanının vә psixiatriya (psixonevroloji) müәssisәsinin әrizәsi üzrә dә qaldırıla bilәr. Belәliklә, iş materiallarından müәyyәn edildi ki, әrizәçi Әrizәçi ##.##.2007-ci il tәvәllüdlü Fәaliyyәt qabiliyyәti olmayan şәxs üzәrindә qәyyum tәyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyәtinә müraciәt etmişdir. Suraxanı rayon İcra Hakimiyyәtinin mәktubu ilә әrizәçiyә bildirilmişdir ki, mәhkәmәnin qәrarı olduqdan sonra o üzәrindә qәyyum tәyin oluna bilәr. Belә ki, Fәaliyyәt qabiliyyәti olmayan şәxs öz hәrәkәtlәri üzәrindә nәzarәti hәyata keçirә bilmir. Buna görә dә onun üzәrindә qәyyum tәyin olunması zәruridir. Odur ki, әrizәçi Fәaliyyәt qabiliyyәti olmayan şәxs fәaliyyәt qabiliyyәti olmayan hesab edilmәsi üçün rayon mәhkәmәsinә müraciәt etmәk mәcburiyyәtindә qalmışdır. Mәhkәmә tәrәfindәn tәyin edilmiş mәhkәmә-psixiatrik ekspertizasının rәyi ilә Fәaliyyәt qabiliyyәti olmayan şәxs tam fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab edilmәsi nәticәsinә gәlmişdir. Odur ki, mәhkәmә hesab edir ki, әrizә tәmin edilmәlidir. Azәrbaycan Respublikası MPM-nin 217.4-cü maddәsinә әsasәn, mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır. Azәrbaycan Respublikası MPM-nin 218.3-cü maddәsinә әsasәn, hakim işdә iştirak edәn şәxslәrin verdiyi tәlәblәr üzrә qәtnamә çıxarır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә QƏT ETDİ: Әrizәçi Әrizәçi “şәxsin fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab edilmәsi” tәlәbinә dair әrizәsi tәmin edilsin. ##.##.2007-ci il tәvәllüdlü Fәaliyyәt qabiliyyәti olmayan şәxs fәaliyyәt qabiliyyәti olmayan şәxs hesab edilsin. Qәtnamәdәn, mәhkәmә qәtnamәsi işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 1 (bir) ay müddәtindә “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsi vasitәsilә Bakı Apellyasiya Mәhkәmәsinә apellyasiya şikayәti verilә bilәr. Sәdrlik edәn Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar