Məhkəmə qərarları › İş №2(010)-4850/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4850/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4850/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs DƏDKR X*5 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs DƏDKR X*5 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Kirov küçəsi, ** a ünvanda yerləşən evə dair hüquqverici və hüquqmüəyyənedici sənədlərin (texniki pasport və s.) X9 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi Bakı şəhəri 9 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək *9.*2.*980-ci ildə vəfat etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni suraxanı qəsəbəsi. A.Şəfiyev (keçmiş Kirov) küç, ev ** ünvanda qeydiyyatda olmuş babam X*6 (X*7) oğlundan miras qalmış əmlaka (Bakı şəhəri, Suraxanı qəsəbəsi. Kirov küçəsi, ** a) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 9 saylı notariat Ofisi müvafiq məktubla imtina cavabı vermişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

İş materialları.

5. AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə anadan olmuşdur.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X*2 *6 aprel *938-ci il tarixdə anadan olmuşdur. X3, anası X2r.

7. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 ilə X6 03.**.*932-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra arvada Sultanova soyadı verilmişdir.

8. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Kirov küçəsi, ** a ünvanda yerləşən ev X7 adına qeydiyyata alınmışdır.

9. * saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 2*.02.2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluq müvcuddur. Belə ki, hüquq sahibinin ata adı notariusun məktubunda “Əbülfət” kimi göstərilsə də, texniki pasportda “Abulfas” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. *0. “Elektron Notariat” X* vasitəsilə “X8” AQİS-dən Çıxarışdan görünür ki, *2.09.*905-ci il təvəllüdlü X*0 *9.*2.*980-ci il tarixdə vəfat etmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* bildirdi ki, Bəxtiyar onun əmisi nəvəsidir. Babasının adı sənəddə səhv göstərilmişdir, onun adı Əbülfət olmuşdur. *2. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, Bəxtiyar onun əmisi nəvəsidir. Babamızın adı Əbülfət olmuşdur.

İşin faktiki halları.

*3. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi babasının adının X*0 olduğunu, lakin mərhum babasına məxsus olan fərdi yaşayış evinə dair pasportda babasının ata adının səhvliklə Abulfas kimi qeyd edildiyini bildirir. Hesab edir ki, məhkəmə qaydasında həmin fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədinin babası – X9 məxsus olması faktı müəyyən edilməlidir.

Tətbiq edilən hüquq.

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, X8nda yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X8nın dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

*6. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. *7. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi babasının ad soyad və ata adı təqdim edilmiş ona məxsus olan bütün sənədlərdə X4 qeyd edilmiş, lakin təkcə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportunda həmin şəxsin ata adı səhvliklə Abulfas olaraq qeyd edilmişdir. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilən şahidlər də bildirmişdir ki, mərhumun ata adı Əbülfət olmuşdur. *8. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan hesab edir ki, hazırki ərizənin təmin edilməməsi üçün hər hansı əsas mövcud deyil və ərizə təmin edilməklə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X9 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə ki, işə əlavə edilmiş digər sənədlərdən də görünür ki, barəsində ərizə verilmiş şəxsin ad soyad və ata adı X*0 olmuş, lakin yuxarıda qeyd edilən sənəddə səhvən ata adı Abulfas kimi qeyd edilmişdir.

Məhkəmə xərcləri

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi ev **A (əvvəlki adı Kirov küçəsi, **a) ünvanında yerləşən evə dair hüquqmüəyyənedici sənədin - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X9 məxsus olması faktı müəyyən edilməli və iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. 2*. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi ev **A (əvvəlki adı Kirov küçəsi, **a) ünvanında yerləşən evə dair hüquqmüəyyənedici sənədin - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X9 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar