Məhkəmə qərarları › İş №2(010)-4862/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4862/2021

13.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4862/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 X2ndan miras qalmış əmlakın – Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2138 nömrəli, 0.0936 ha torpaq sahəsində yerləşən bağ evinin X10 düşən 1/2 hissəsinə vərəsəlik hüququndan məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X15 ilə Cavabdeh1 04.06.2011-ci ildə rəsmi nikaha girmişlər. Onların övladları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, atası 06.10.2018-ci ildə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsi atasının cavabehə qarşı nikahın pozulmasına dair iddiasını təmin etmiş, cavabdehin 14.03.2018-ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 28.02.2019-cu il tarixli qərardadı ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, nikahın pozulmasına dair həmin işin icraatına xitam verilmişdir. Atasının mülkiyyətində Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2138 nömrəli bağ evi olmuşdur. Cavabdeh1 atasının ruhi xəstə olmasından istifadə edərək atasının olub-qalan əmlakını ələ keçirmək məqsədilə onların xəbərləri olmadan özünə etibarnamə verilməsini təşkil etmiş, 2014-cü ildə etibarnamə aldıqdan iki ay sonra həmin etibarnamə əsasında yaşadıqları bağ evini bacısı X3 bağışlamış, sonuncu isə sözügedən müqavilə əsasında bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən öz adına qeydiyyat tarixi 23.05.2014-cü il olan Çıxarış almışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi onların, yəni bacısı Gülnar və qardaşı Anarın əleyhinə iddianın təmin edilməməsi barədə 27.05.2016-cı ildə qətnamə çıxarsa da bacısı Gülnar və qardaşı Anarın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07.12.2016-cı il tarixli qətnaməsinə əsasən atasının 18.03.2014-cü il tarixdə Cavabdeh1 verdiyi və Bakı şəhəri 30-cü notariat kontoru tərəfindən təsdiq edilərək reyetsrdə 7E-4906 nömrə ilə qeyd edilmiş etibarnamə etibarsız sayılmışdır. Həmçinin, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdehiin bacısı X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilmişdir. Hazırda bağ evi tam mülkiyyət hüququ əsasında 12.12.2017-ci ildə atasının adına qeydiyyata alınmış və dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.08.2018-ci il tarixli qətnaməsinə uyğun olaraq cavabdeh qanuni vərəsə kimi 0.0936 ha torpaq sahəsində yerləşən bağ evinin 1/2 hissəsini bölgü apararaq öz adına keçirmişdir. Qalan 1/2 hissəsi ilə atasına verilmişdir. Ümumi götürdükdə, atasının payı onlara, yəni dörd övlad kimi mərhumun uşaqlarına qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verilsə də Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Bağ evi 2001-ci ildə atası tərəfindən inşa edilmişdir. Tikintisində heç bir rolu və iştirakı olmayan, gözü doymayan cavabdeh atası ilə nikahı pozulandan sonra bu iş üzrə digər cavabdeh olan Bakı şəhəri Suraxanı rayonu 37 saylı notariat ofisinə müraciət edərək qalan paydan da 1/5 hissə pay götürmək istəyir. Belə ki, 37 saylı notariat ofisinin xüsusi notariusu 13.03.2021-ci il tarixli məktubla onları (dörd bacı-qardaşı) və cavabdehi pay bölgüsü ilə bağlı notariat ofisinə çağırmışdır. Cavabdeh1 gözü doymayan bu hərəkəti onlara olduqca pis təsir etmişdir. Onun məqsədi bağ evinə tam mülkiyyət hüququ əsasında yiyə durmaqdır. Cavabdeh1 vərəsə kimi bağ evinin hamısına, ən azından atasının (iddiaçını atasının) da payına sahib olmaq istəyir. Halbuki, o, atası ilə yaşadığı 7 il müddətində atasına ömür-gün yoldaşı olmamış, ona baxmamışdır. Xəstə olan atasına vəfat edən günə kimi onlar baxmışlar. Atası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.10.2015-cü il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra bacısı ona rəsmi olaraq qəyyum təyin edilmişdir. Cavabdehin məqsədi yalnız əmlaklara sahib çıxmaqdır. Bağ evinin yarısını götürən Cavabdeh1 boşanandan sonra indi onlardan nə istəyir? O, ikinci qrup, bacısı Aytən isə birinci qrup əlildir. İmkansız, kasıb insandırlar. Cavabdeh ataları ilə nikahda olmağından yararlanmaq istəyir. Hesab edir ki, başqalarını düşünməyən Cavabdeh1 ləyaqətsiz vərəsədir və vərəsəlik hüququndan məhrum edilməlidir. Onun bağ evindən yenə də pay tələb etməsi mənəviyyata, haqqa-ədalətə sığan bir iş deyil. Bəs xəstə övladlar harada yaşamalı, nə ilə dolanmalıdır? Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 onun xəstə atası ilə evlənmiş, lakin ona heç vaxt baxmamış, onun qayğısına qalmamışdır. Atasının beyni ilə bağlı xəstəliyi olmuş, cavabdeh də bundan istifadə etmişdir. Atası hələ ölümündən qabaq nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin cavabdeh onun ölümündən sonra apellyasiya şikayəti verərək qətnaməni ləğv etdirmişdir. Cavabdeh1 mərhum atasının vərəsəsi olmağa heç bir mənəvi haqqı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı noariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(060)-1240/2018 saylı qətnaməsinin surətindən görünür ki, X17 və X4 arasında 04.06.2011-ci il tarixli, 722 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.10.2015-ci il tarixli, 2(010)-6054/2015 saylı qətnaməsinin surətindən görünür ki, 15.04.1956-cı ildə Saatlı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.02.2019-cu il tarixli, 2(105)-1290/2019 saylı qərardadının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(060)-1240/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2018-ci il tarixli, 2(060)- 1240/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X8 qəyyumu X5 Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2(103)-6390/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X11 və X12 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.05.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X11 və X12 cavabdehlər Cavabdeh1, X7 və Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələblər barədə” iddiası qismən təmin edilmiş, X8 18.03.2014-cü il tarixdə Cavabdeh1 verdiyi və Bakı şəhəri 30-cu notariat kontoru tərəfindən təsdiq edilərək reyestrdə 7E-4906 nömrə ilə qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Novxanı bağı massivində yerləşən 2138 nömrəli bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X8 18.03.2014-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnamə etibarsız hesab edildiyindən X8 mülkiyyətində olan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2138 nömrəli bağ evinin cavabdeh X3 bağışlanmasına dair Sumqayıt “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1796 nömrə ilə qeyd edilmiş, 13.05.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının Cavabdeh1 aid edilməsi, bu məqsədlə ondan 15 manat məbləğində pulun tutularaq iddiaçılar X11 və X14 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. Ona “irsi retinal distrofiyalar, pqmentli tapeto-distrofiya. Şüşəyəbənzər cismin digər bulanmaları. Göz dibi gsd-solgün, hüdudları aydındır, tor qişada piqment ocaqları qeyd olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı atası X2nun arvadı olmuşdur. Belə ki, iddiaçının atası və cavabdeh 04.06.2011-ci il tarixdə nikaha daxil olmuşlar. X15 2015-ci ildə məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Tərəflər arasında olan nikah X8 qəyyumu tərəfindən qaldırılan iddia əsasında birinci instansiya məhkəməsi tərəfindən pozulsa da X15 06.10.2018-ci il tarixdə vəfat etdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmişdir. İddiaçının atası və cavabdehin nikahları dövründə ünvan 1 ünvanında yerləşən 108.2 m2 ümumi sahəsi olan bağ evi və torpaq sahəsi iddiaçının atasının (X8) adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş bağ evinin və onun yerləşdiyi torpaq sahəsinin ümumi əmlak kimi paylara bölünməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi əsasında onun bu əmlakın 1/2 hissəsinə payı tanınmışdır. X8 ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik işi açılmışdır. X2 mübahisəli bağ evinin 1/2 hissədə mülkiyyətçisi olduğundan məhz həmin pay da vərəsələrə miras qalmışdır. Lakin İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək həmin bağ sahəsinin mərhum atasına düşən 1/2 hissəsinə vərəsəlik hüququndan mərhumun arvadı olmuş Cavabdeh1 məhrum edilməsini xahiş etmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında bununla bağlı mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh xəstə atasına baxmadığına görə ləyaqətsiz vərəsədir və onun mərhumdan qalan mirasa vərəsə olmağa mənəvi haqqı yoxdur. Eyni zamanda o, bu bağ sahəsinin 1/2 hissəsinə mülkiyyəti əri ilə nikah dövründə əldə edilmiş əmlak kimi əldə etmişdir. Hazırda ərindən qalan 1/2 hissəyə də vərəsəlik hüququnun olması ədalətli deyil. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ləyaqətsiz vərəsə hesab edilməsinin, eləcə də vərəsəlik hüququndan məhrum edilmənin konkret əsasları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Hazırkı işdə isə Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsinə, bununla da vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən heç bir hal müəyyən edilməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Lakin hazırkı işin fərqləndirici əlaməti ondan ibarətdir ki, X2nun qəyyumu X11 hələ mərhum atasının sağlığında X8 Cavabdeh1 ilə olan nikahının pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, lakin bundan bir neçə ay sonra X15 öldüyündən Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək, iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən X8 Cavabdeh1 ilə olan nikahının pozulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış, X15 öldüyü vaxt Cavabdeh1 onun arvadı statusunda olmuş, onlar arasında olan nikaha yalnız X8 ölümü ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, məhz bu tipli mübahisələr - nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi – ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 01.05.2019-cu il tarixli Qərarı mövcuddur. Həmin Qərarda qeyd edilir ki: “Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə uyğun olaraq, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılması üsullarından biridir. Beləliklə, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir. Göründüyü kimi, nikaha xitam verilməsi üçün iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması barədə məhkəmədə iddianın qaldırılması ər-arvadın bir-birini vərəsəlik hüququndan məhrum etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçı iddiadan imtina edə bilər, tərəflər barışa bilər və s. hallar baş verə bilər. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə miras qoyanın bu və ya digər vərəsəni vərəsəlik hüququndan məhrum etməsi üçün xüsusi imkanlar nəzərdə tutulmuşdur. Bunlara vəsiyyətnamə qoymaq, məcburi paydan məhrum etmək üçün məhkəmədə iddia qaldırmaq və s. aiddir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Bəzi hallarda isə ər-arvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur ... ... Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir”. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qərarında belə nəticəyə gəlmişdir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Həmin qərarda xüsusi qeyd edilmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olubolmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Qeyd edilən mövqeni hazırkı işə tətbiq etdikdə isə görünür ki, hazırkı işdə Cavabdeh1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən vərəsəlikdən məhrum edilməsi istisna edilməlidir. Belə ki, Cavabdeh1 məhz həmin maddədə göstərilən əsasla vərəsəlik hüququndan məhrum edilə bilməsi üçün Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında da nəzərdə tutulduğu kimi üç əsas şərtin mövcudluğu məhkəmə tərəfindən təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Hazırkı işə əlavə edilmiş sübutlardan isə bu hal müəyyə edilmir. Belə ki, miras qoyan X15 06.10.2018-ci il tarixdə ölmüşdür. Yəni miras məhz həmin tarixdən açılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə olan halda Cavabdeh1 mərhum əri X8 mirasından məhrum edilə bilməsi üçün onların ailə münasibətlərinə ən azından 2015-ci ilin oktyabr ayından etibarən faktiki xitam verilməli, onlar bir-birindən ayrı yaşamalı və ən əsası bu hallar məhkəmə araşdırması nəticəsində konkret sübutlarla təsdiq edilməlidir. Hazırkı işdə isə bu halları təsdiq edəcək hər hansı sübut yoxdur. İş materiallarına yalnız mərhumun övladları və Cavabdeh1 arasında 2016-2019-cu illər arasında bir sıra məhkəmə mübahisələrinin olduğunu göstərən qətnamələr əlavə edilmişdir. Məhkəmə hesab edir ki, mərhumun övladları və cavabdeh arasında bir sıra əmlak mübahisələrinin olması hələ o demək deyil ki, X2 və Cavabdeh1 həmin dövrdə faktiki olaraq ayrı yaşayırdı və ailə münasibətlərinə faktiki xitam verilmişdi. İş materiallarında olan məhkəmə qətnamələrində də Cavabdeh1 X2 ilə olan ailə münasibətlərinə xitam verildiyinə istinad edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, X2 hələ ölümündən üç il qabaq – 2015-ci ildə məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, 2016-cı ildə üzərində qəyyum təyin edilmişdir. Buna baxmayaraq, X8 adından qəyyumu tərəfindən onun Cavabdeh1 ilə olan nikahının pozulması tələbinə dair iddia ilə məhkəməyə 2018-ci il tarixdə müraciət edilmiş, həmin iddia ərizəsində də tərəflərin hansısa müddətdə faktiki ayrı yaşadıqlarına istinad edilməmiş, məhkəmə araşdırması nəticəsində də belə bir hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 mərhum əri X6 miras qalmış əmlaka vərəsəlik hüququndan məhrum edilməsinə səbəb ola biləcək hər hansı əsas (cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verəcək, yaxud cavabdehin mərhumla olan faktiki ailə münasibətlərinə onun ölümündən üç il əvvəl faktiki xitam verildiyi nəticəsinə gəlməyə imkan verəcək hansısa əsas) yoxdur. Bu baxımdan iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar