Məhkəmə qərarları › İş №2(010)-487/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-487/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-487/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarında “4. Ərizəçi - 1989” sözləri “4. Ərizəçi – 1985” kimi oxunmaqla, 020443 saylı, xx.xx.1991-ci il tarixli orderdə ailə tərkibi bölməsində “4. Ərizəçi - 1989” sözləri “4. Ərizəçi – 1985” kimi oxunmaqla, həmin xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarın və 020443 saylı, xx.xx.1991-ci il tarixli orderin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini belə əsaslandırmışdır ki, Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarına əsasən, X7 (ailə üzvləri nəzərə alınmaqla) ünvan 4 (indiki ünvan 1 ünvanında yerləşən mənzil verilmişdir. Eyni zamanda mənzilə dair Xətai rayon X9 tərəfindən xx.xx.1991-ci il tarixli 020443 №-li order verilmişdir. Mənzilə dair çıxarışın verilməsi məqsədilə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin xx.xx.2022-ci il tarixli **********12 saylı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə bunları bildirmişdir: “ünvan 3 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, ərizənizə əlavə etdiyiniz Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1985-ci il göstərilsə də, Xətai rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarında və qərara əsasən verilmiş 020443 saylı, xx.xx.1991-ci il tarixli orderdə Ərizəçi doğum tarixi 1989-cu il qeyd edilmişdir. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizə yenidən baxılacaq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” Hesab edir ki, Xətai rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarında və qərara əsasən verilmiş 020443 saylı, xx.xx.1991-ci il orderdə doğum tarixi 1989-cu il təvəllüdlü Ərizəçi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi da ilə eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilən faktın məhkəmə qaydasında mənzilə dair çıxarışın alınması üçün lazımdır. Hal-hazırda yaşayış yeri Suraxanı rayon ərazisində yerləşdiyindən ərizəni Suraxanı rayon məhkəməsinə müraciət edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Maraqlı şəxsin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan keçmiş Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarından görünür ki, X7, ailə tərkibi – 1. X10 – 1961 ər, 2. X2 – 1965 arvad, 3. X8 – 1984 oğul, 4. Ərizəçi – 1989 oğul olmaqla ünvan 4 ünvanında yerləşən mənzil verilmişdir. İş materiallarında olan Xətai rayon X9 tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 020443 №-li orderdən görünür ki, 1 X7, ailə tərkibi – 1. X10 – 1961 ər, 2. X2 – 1965 arvad,

3. X8 – 1984 oğul, 4. Ərizəçi – 1989 oğul olmaqla ünvan 4 ünvanında yerləşən mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş: AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli **********12 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərisinə baxılmışdır. Bununla əlaqədar bildirilmiş ki, ərizəsinə əlavə etdiyi Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1985-ci il göstərilsə də, Xətai rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarında və qərara əsasən verilmiş 020443 saylı, xx.xx.1991-ci il tarixli orderdə Ərizəçi doğum tarixi 1989-cu il qeyd edilmişdir. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizəsinə yenidən baxılacaq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Valideynləri, X11 və X1r. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, mərhum X11 xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş ərizəçinin atasıdır. ərizəçinin anası X1r. Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarı ilə ünvan 4 ünvanında yerləşən mənzil X6 verilmişdir. Sonra həmin qərar əsasında xx.xx.1991-ci il tarixli 020443 №-li order verilmiş, orderdə ailə üzvləri Cəfərli F.Z. (arvadı), Cəfərli N.N (oğlu), Ərizəçi (oğlu) kimi göstərilmişdir. Lakin Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarı və xx.xx.1991-ci il tarixli 020443 №-li orderində ərizəçinin doğum tarixi səhvən “1989” kimi qeyd olunduğundan və bu uyğunsuzluq ərizəçinin sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə səbəb olduğundan ərizəçi qeyd edilən qərar və orderin məhz onun atasına aid olmasının məhkəmə qaydasında müəyyən edilməsini istəmişdir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarında “4. Ərizəçi - 1989” sözləri “4. Ərizəçi – 1985” kimi oxunmaqla, 020443 saylı, xx.xx.1991-ci il tarixli orderdə ailə tərkibi bölməsində “4. Ərizəçi - 1989” sözləri “4. Ərizəçi – 1985” kimi oxunmaqla, həmin xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarın və 020443 saylı, xx.xx.1991ci il tarixli orderin ərizəçinin atası X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Xətai Rayon X3 xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarında “4. Ərizəçi - 1989” sözləri “4. Ərizəçi – 1985” kimi oxunmaqla, 020443 saylı, xx.xx.1991-ci il tarixli orderdə ailə tərkibi bölməsində “4. Ərizəçi - 1989” sözləri “4. Ərizəçi – 1985” kimi oxunmaqla, həmin xx.xx.1991-ci il tarixli 19/5.2 saylı qərarın və 020443 saylı, xx.xx.1991-ci il tarixli orderin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar