Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4882/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X7 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 10.12.1988-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 10.12.1988-ci il tarixdə doğulmuş, hazırda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi, ev 7 ünvanında onunla birlikdə yaşayan X5 onun oğludur. X5 “Paranoid Şizofreniya. Şizofreniya Paranoid foma” diaqnozu ilə ikinci qrup əlildir və müxtəlif vaxtlarda müalicə olunsa da nəticəsi olmamışdır. Oğluna əlillik müddətsiz təyin edilmişdir. Oğluna özü baxır, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, evdən küçəyə çıxa bilmir. Belə ki, özünü idarə edə bilmir və hərəkətlərinə cavabdeh deyildir, hərəkətlərinin nəticəsini və mənasını anlamır. Oğluna ondan başqa baxan yoxdur. Ərizəçinin həyat yoldaşı Əfqanıstan müharibəsində iştirak etmiş və əsəb xəstəsidir, onun özünə baxan lazımdır. Digər oğlu isə onurğa nahiyəsindən əməliyyat olunduğuna görə özünü güclə idarə edir. Oğlunun üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti özünün Q-114-099 nömrəli, 29.07.2021-ci il tarixli məktubu ilə oğlunun “fəaliyyət qabiiyyəti olmayan sayılması ilə bağlı” məhkəməyə müraciət etməli olduğunu ərizəçiyə bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadı ilə iş ona əlavə olunmuş materiallarla birlikdə rəy verilməsi üçün “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 göndərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: XİV-ЖГ № 261092 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 10.12.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 saylı BŞX-nin çıxarışının surətindən görünür ki, X5 psixiatriya kabinetində qeydiyyatdadır və diaqnozu Şizofreniya.Paranoid forma. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının diaqnozundan görünür ki, X5 ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 3559 saylı rəyindən görünür ki, X3 X4 müəyyən edilir. Bunu anamnestik məlumatlar- 2010-cu ildən psixi xəstəlikdən əziyyət çəkməsi, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olunması, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, eşitmə hallüsinasiyaları haqqında məlumat verməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Belə nəticəyə gəlinir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ekspertiza rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılmasına səbəb görmür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, X5 İİ dərəcəli əlildir və xəstəliyi ilə əlaqədar ona qoyulan diaqnoz X4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 10.12.1988-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 10.12.1988-ci il təvəllüdlü X9 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4882/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4882/2021
08.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver