Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4886/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qanunsuz hesabladığı 2067,60 manat borcun və ondan qanunsuz olaraq tutulmuş 6 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
3. Qeyd edir ki, o, həmişə normal olaraq smart kart vasitəsi ilə ödəniş edib təbii qazdan istifadə etmişdir. Lakin, sonradan ona məlum oldu ki, smart karta etdiyi ödənişi sayğaca yükləkdikdə həmin məbləğin yarısı sayğaca köçürülmüş, digər yarısının köçürülmədiyinə görə Cavabdehnə yaxınlaşmış və bu məsələnin aydınlaşdırılmasını və həllində köməklik göstərilməsini onlardan xahiş etmişdir. Lakin onlar tərəfindən bildirilmişdir ki, guya sayğaca müdaxilə olunmuş və nəticə etibarı ilə ona 2073.60 AZN borc hesablanmış, habelə bununla bağlı tərtib edilmiş aktı və digər sənədlərin surəti ona təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi, ona guya qazdan qanunsuz istifadə etdiyinə görə 2073.60 manat borc hesablanmışdır. Bu səbəbdən də,kart ödədiyim məbləğdən qanunsuz olaraq 6 manat pul tutulmuşdur. Bildirir ki, Cavabdeh əməkdaşları yalandan və qabaqcadan düşünülmüş plan üzrə gəlib küçənin bütün sayğaclarını “yeni sayğaclarla təmin edilmə adı altında” dəyişdirdilər və nəticə etibarı ilə qeyri-qanuni üsulla onun kimi vətəndaşların üzərlərinə müxtəlif məbləğlərdə borclar yazdılar. Artıq bu kütləvi hala çevrilmişdir. Belə ki, Cavabdeh əməkdaşları küçədə quraşdırılmış qaz sayğaclarına özləri müdaxilə edirlər və akt tərtib etməklə üstündən 6-7 ay keçdikdən sonra smart kartları bloklamaqla və ya qanunsuz olaraq tutulmalar aparmaqla onun kimi sadə vətəndaşların hüquqlarını pozurlar.
Tərəflərin izahatları.
4. Cavabdeh nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
İş materialları.
6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış dövlət yoxlamasına əsasən, abonent tərəfindən sayğaca müdaxilə edildiyi, sayğaca sərfiyyat qeyd olunmadığı və sayğacın çıxış plastmas borusunda məftil aşkarlandığı qeyd olunmuşdur.
7. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz sayğacının zədələnməsi nəticəsində 17280 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.
8. Abonent saldosundan görünür ki, İddiaçı tərəfindən 2022-2023-cü illər daxil olmaqla mütəmadi olaraq istehlak olunan qazla bağlı ödənişlər olunmuşdur. Eyni zamanda o da müəyyən edilir ki, istehlakçı İddiaçı tərəfindən 2023-cü ilin sentyabr ayında smart kartla sayğaca edilmiş 6 manat ödəniş Cavabdeh İB tərəfindən hesablanan 2073.60 manat borc vəsaitindən çıxılmış və qalıq borc 2067.60 manat olaraq qeyd olunmuşdur.
İşin faktiki halları.
9. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmənin səbəbi sayğacın növbəti dövlət yoxlanışına göndərilməsi olmuşdur. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca məftil salmaqla müdaxilə etdiyini qeyd edərək qeyd olunan miqdarda cərimə borcu hesablamışdır. İddiaçı tərəfin öz tələbini əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir.
Tətbiq edilən hüquq.
10. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.
4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
12. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 2067.60 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun istehlakçı (iddiaçı) tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz. Bunun davamı olaraq məhkəmə onu qeyd edir ki, abonent saldosundan göründüyü kimi, İddiaçı tərəfindən 2023-cü ilin sentyabr ayında smart kartla sayğaca edilmiş 6 manat ödəniş Cavabdeh İB tərəfindən yuxarıda qeyd olunduğu kimi əsassız olaraq hesablanan 2073.60 manat borc vəsaitindən çıxıldığından həmin 6 manat pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
Məhkəmə xərcləri.
13. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Aydəmı̇ rov Saleh Mı̇ rzə oğlunun abonent hesabına hesablanmış 2067.60 manat borc vəsaiti silinməli və iddiaçı Aydəmı̇ rov Saleh Mı̇ rzə oğlundan "AZƏRİQAZ" İB tərəfindən cərimə məbləği olaraq tutulmuş 6 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır.
15. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Aydəmı̇ rov Saleh Mı̇ rzə oğlunun abonent hesabına hesablanmış 2067.60 manat borc silinsin və iddiaçı Aydəmı̇ rov Saleh Mı̇ rzə oğlundan "AZƏRİQAZ" İB tərəfindən cərimə məbləği olaraq tutulmuş 6 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya geri qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov