Məhkəmə qərarları › İş №2(010)-490/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-490/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-490/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nəcəfli ElnurTofiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxx 2020-ci il tarixli MAS- 2259 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı KHAZAR LX” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630359 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 1.462,97 manat gecikdirilmiş əsas, 647,71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 127,76 manat dəbbə pulu, ümumilikdə 2.238,44 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nəcəfli ElnurTofiq oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli MAS-2259 №-li X3 əsasən Cavabdeh sifarişi ilə “KHAZAR LX” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630359 ban nömrəli, ağ rəngli avtomobil 10.800 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış ödəniş cədvəlinə əsasən o, illik 17 faiz hesablanmaqla, 36 ay müddətinə hər ay 385,05 manat, ümumilikdə isə 13.862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13.862 manatın 10.800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq Şirkətinə sonuncu ödəniş xx xxx 2020-ci il tarixdə 386 manat məbləğində olmuşdur. “Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 1.462,97 manat gecikdirilmiş əsas, 647,71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 127,76 manat dəbbə pulu, ümumilikdə 2.238,44 manat borcu yaranmışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilərək, Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 №li X5 müqaviləsi üzrə, Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 1.462,97 manat gecikdirilmiş əsas, 647,71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 127,76 manat dəbbə pulu, ümumilikdə 2.238,44 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməcinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli MAS-2259 №-li X2 müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən “KHAZAR LX” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 36 ay müddətinə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi oan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən,bu Lizinq müqaviləsinin əsas məbləği 10.800 manat təşkil edir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarından görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 №-li Daxili Lizinq müqaviləsi üzrə Lizinq Şirkətinə xx xxxxxxx 2020-ci il tarixə 1.462,97 manat gecikdirilmiş əsas, 647,71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 127,76 manat dəbbə pulu, ümumilikdə 2.238,44 manat borcu qalmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, lizinq alan Cavabdeh xx xxxx 2020-ci il il tarixli X5 müqaviləsi üzrə, öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi,lizinq obyekti olan 2020-ci il buraxılışlı KHAZAR LX” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630359 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 1.462,97 manat gecikdirilmiş əsas, 647,71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 127,76 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.238,44 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli MAS- 2259 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməli,lizinq obyekti olan 2020-ci il buraxılışlı KHAZAR LX” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630359 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1.462,97 manat gecikdirilmiş əsas, 647,71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 127,76 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.238,44 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli MAS-2259 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edil Cavabdeh 1.462,97 ( min dörd yüz altmış iki manat 97 qəpik) manat əsas borc, 647,71 (altı yüz qırx yeddi manat 71 qəpik) manat lizinq mükafatı, 127,76 (yüz iyirmi yeddi manat 76 qəpik ) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2.268,44 (iki min iki yüz altmış səkkiz manat 44 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh lizinq obyekti olan 2020-ci il buraxılışlı KHAZAR LX” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630359 ban nömrəli, ağ rəngli avtomobil alınaraq İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253cü maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar