Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-490/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi və Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 3*.07.*970 -ci il təvəllüdlü bacısı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mən və X2 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi *3-də birlikdə yaşayırıq. X2 (3*.07.*970-ci il təvəllüdlü) ümumi xəstəliklə ikinci dərəcəli əlildir. *990-ci il 20 yanvar hadisələri baş verən zaman Azərbaycan Tarix Muzeyinin yanında arxivdə işləyərkən hadisələrin birbaşa şahidi olmuş, dərin qorxu və stres nəticəsində xəstələnmişdir, şizofreniya xəstəliyindən əziyyət çəkir, qulağına müxtəlif səslər gəlir, gözünə qarabasmalar görünür, aqressivdir, bu səbəblərdən əlillik müddətsiz verilmişdir. Bacıma mən baxıram, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymuram. Bacım öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onun yaddaşı yoxdur, öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, evdən tək buraxmaq mümkün deyildir, belə ki, itə bilər. Ümumiyyətlə, özü-özünü idarə etmək qabiliyyətinə malik deyildir. Mən bacımın üzərində qəyyum təyin olunmaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdim. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Ş-37/2-099 nömrəli, 05.**.2022-ci il tarixli məktubu ilə bacımın “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı” məhkəməyə müraciət etməli olduğumu bildirdi. Yuxarıda göstərilənlərə əsasən də bacımın məhkəmə qətnaməsinə əsasən “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” və onun üzərində qəyyum təyin edilməyim barədə məhkəməyə müraciət edirəm”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, bacısı 3*.07.*970-ci il təvəllüdlü X6 *990-cı ildə xəstəliyə tutulana qədər Azərbaycan Tarix Muzeyinin arxivində işləmişdir. 20 yanvar *990-cı ildə işə gedərkən 20 yanvar hadisələrinin birbaşa şahidi olmuş, şizofreniya xəstəliyinə tutulmuşdur. Həmin vaxtdan özünü idarə edə bilmir və ona özü baxır. Bu səbəbdən üzərində qəyyum təyin edilmək istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X8 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirərək, ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayonu VVADQ Şöbəsi tərəfindən *7.07.20*4-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 358020 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 3*.07.*970-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *2.08.*970-ci il tarixdə 924 nömrə ilə qeyd edilmişdir.
6. Suraxanı ƏSMM tərəfindən verilmiş 22 08.2005-ci il tarixli, 999777 nömrəli vəsiqənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 ikinci dərəcəli ümumi əlillik müəyyən edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş 05.**.2022-ci il tarixli məktubdan görünür ki, X6 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*2 tərəfindən verilmiş 26.0*.2023-cü il tarixli, *74 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, 3*.07.*970-ci il təvəllüdlü X4 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi qeyd olunur. X6 onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməsinə əsas vardır.
İşin faktiki halları.
9. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin bacısı X6 hər hansı psixi xəstəliyinin olubolmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*2 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, 3*.07.*970-ci il təvəllüdlü X4 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi qeyd olunur. X6 onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməsinə əsas vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi isə ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Tətbiq edilən hüquq.
*0. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
**. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 3*7. Ərizənin verilməsi. 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 3*7.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi. 32*.*. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*2. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun bacının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş prixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
*3. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, 3*.07.*970-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *4. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 3*.07.*970-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva