Məhkəmə qərarları › İş №2(010)-491/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-491/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-491/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “Kondisioner” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında “*4*3” saylı torpaq sahəsinin ayrıldığı “X5” qeydinin texniki səhv hesab edilməsi, “X5” qeydinin “Ərizəçi” olaraq oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Bakı şəhər XDS İcraiyyə Komitəsinin *2.*0.*985-ci il tarixli, *6/358 saylı qərarı və “Kondisioner” baqçılıq yoldaşlığının *5.03.*99*ci il tarixli, 05 saylı protokoluna əsasən “*4*3” saylı, ümumi sahəsi 500 m2 olan torpaq sahəsi Ərizəçi ayrılmışdır və hal-hazırda mənim isifadəmdə və mülkiyyətimdədir. Göstərilənləri nəzərə alaraq qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişəm. Lakin cavabdeh orqan 25.*0.2022-ci il tarixli, ***********5 saylı imtina ilə aşağıdakıları bildirmişdir: “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “*4*3” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **22*47442 qeydiyyat nömrəli, 03.*0.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərdə idarənin arxiv məlumatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, idarəsinin arxivində saxlanılan “Kondisioner” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında “*4*3” saylı torpaq sahəsi X4 (sənəddə olduğu kimi) ayrılmışdır. Bundan əlavə tərəfinizdən təqdim edilən üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü 500 m2 göstərilsə də, faktiki ölçüsü 47*.3 m2 təşkil edir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2*86 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir”. Hesab edirəm ki, “Kondisioner” baçılıq-yoldaşlıq üzvlərinin siyahısında “*4*3” saylı torpaq sahəsinin ayrıldığı şəxsin adı və soyadı texniki səhv nəticəsində X* qeyd edilmişdir. Belə ki, mənim adım və ata adım “Qələndər Mahmud oğlu” deyil, “Qəzənfər Mahmudpaşa oğlu”dur. Əlavə olaraq bildirirəm ki, qeyd edilən faktın təsdiqi məhkəmə qaydasında mənzilə dair çıxarışın alınması üçün lazımdır”.

Ərizəçinin xahişinin dəqiqləşdirilməsi.

3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Kondisioner” bağçılıq yoldaşlıq üzvlərinin siyahısının “*4*3” saylı torpaq sahəsi üzrə ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, *990-cı ildə “Kondisioner” zavodunda fəhlə işləmiş, həmin vaxt ona torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda da istifadəsindədir. Torpaq sahəsi ona ev tikmək üçün verilsə də, imkanı olmadığı üçün ev tikə bilməmişdir. Lakin sahəni hasarlamışdır və öz istifadəsindədir. O, torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün əvvəlcə “ASAN xidmət”ə müraciət etmiş, bir ay xəbər çıxmadıqdan sonra gedib özü maraqlanmış, orada öyrənmişdir ki, onun müraciətindən imtina edilmişdir. Ona deyilmişdir ki, “Kondisioner” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında *4*3 saylı torpaq sahəsinin sahibi kimi X5 yazılmışdır. Onun adı isə Ərizəçidur. Bu uyğunsuzluğa görə də onun müraciətindən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, plan və ölçü Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, 500 m2 sahəsi olan, Bakı şəhəri XDS İK-nin *2.*0.*985-ci il tarixli, *6/358 saylı qərarı və “Kondisioner” b/y-nın *5.03.*99*-ci il tarixli, 05 saylı protokolu ilə *4*3 saylı bağ evinin tikintisi üçün verilmiş torpaq sahəsi ilə bağlı Ərizəçi adına tərtib edilmişdir.

7. “Kondisioner” bağçılıq birliyinin üzvlük kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, vəsiqə Ərizəçi adına verilmişdir. Vəsiqədə qeyd edilmişdir ki, Qəhrəmanov bağçılıq cəmiyyətinin *5.05.*99*-ci il tarixli, 05 nömrəli protokoluna əsasən “Kondisioner” bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Ünvan: Hövsan qəsəbəsi, “Kondisioner” bağçılıq birliyinin bağından sahəsi 500 m2 olan, *4*3 nömrəli bağ sahəsi *2.*0.*985-ci il tarixində qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün ayrılmışdır.

8. “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısının təsdiq edilmiş surətindən görünür ki, *4*3 nömrəsinin qarşısında X2 adı yazılmışdır.

İşin faktiki halları.

9. Ərizəçi “Kondisioner” bağçılıq birliyinin üzvü olmuşdur. Onun istifadəsinə birliyin üzvü kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, 500 m2 torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsi ayrılan birlik üzvlərinin siyahısında *4*3 nömrəli bağ sahəsinin qarşısında “X5” yazılmışdır. *0. Ərizəçi “Kondisioner” bağçılıq birliyinin üzvü kimi istifadəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq istədikdə aidiyyəti orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. Buna səbəb torpaq sahəsi ayrılan “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısında *4*3 nömrəli bağ sahəsinin ayrıldığı şəxslə (X5) Ərizəçi adı arasında uyğunsuzluq olması olmuşdur. Hazırda ərizəçi “Kondisioner” bağçılıq yoldaşlıq üzvlərinin siyahısının “*4*3” saylı torpaq sahəsi üzrə ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

**. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*2. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

*3. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi “Kondisioner” bağçılıq birliyinin üzvü olmuşdur və ona birlik üzvü kimi siyahıda *4*3 nömrə ilə qeyd edilmiş 500 m2 torpaq sahəsi ayrılmışdır. Müvafiq üzvlük vəsiqəsində və ayrılan torpaq sahəsinin plan və ölçü sənədində Ərizəçi adı qeyd edilmişdir. Lakin torpaq sahəsi ayrılan birlik üzvlərinin siyahısında *4*3 nömrəli bağ sahəsinin X4 ayrıldığı qeyd edilmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi sözügedən torpaq sahəsinin Birliyin üzvü kimi məhz Ərizəçi ayrılmış olması iş materiallarından aşkar görünür. Belə olan halda məhkəmə müvafiq siyahıda ərizəçinin adı və ata adının düzgün qeyd edilmədiyi nəticəsinə gəlir. *4. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. *5. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu siyahı hüquq müəyyən edən sənəddir. Belə ki, bu siyahı əsasında ərizəçi torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Hətta ərizəçi bunun üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, siyahıdakı bu ad uyğunsuzluğuna görə onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. *6. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

*7. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısının “*4*3” saylı torpaq sahəsi üzrə Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. *8. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısının “*4*3” saylı torpaq sahəsi üzrə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar