Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4910/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X2* qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş (*3.08.2004-cü il tarixli AZ-İ № *03*00 Ölüm haqqında şəhadətnamə) X5nun X2 övladı olması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, 27.08.*982-ci ildə X** ilə rəsmi nikaha (İİ-ЖГ №487904 Nikahın bağlanması haqqında şəhadətnamə) daxil olmuşdur. X5 xx.xx.2004-cü ildə Bakı şəhərində (AZ-İ № *03*00 Ölüm haqqında şəhadətnamə) vəfat edib və sonuncunun atası mərhum X* İsmayıllı rayonunda miras əmlak qalmışdır. Qeyd edilən miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı qanunvericilik qaydasında müəyyən sənədlərin toplanması zərurəti vardır və tələb olunan sənədlərdən biri mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsidir. Mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsinin əsli mövcud olmadığından o, Gəncə şəhəri Qeydiyyat şöbəsinə mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsinin təkrarının alınması ilə bağlı müraciət etmişdir. Müraciəti əsasında ona xx.xx.2022-ci il tarixli 05/Q-685/70 №-li arayış verilmişdir. Həmin arayışda mərhum həyat yoldaşının: X7 *6.05.*952-ci ildə Gəncə şəhərində anadan olduğu; atasının-X3; anasının-X4 qeyd edildiyi göstərilmişdir. Mərhum həyat yoldaşının: Şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, ölüm haqqında şəhadətnaməsində, övladlarının şəxsiyyət vəsiqələrində və s. sənədlərində mərhumun adı qrafası “ALİK“ kimi qeyd edilib. Beləliklə, mərhum həyat yoldaşının adının doğum haqqında şəhadətnaməsində “ƏLİ” kimi qeyd edilməsi ciddi problemlər, sənədlərdə uyğunsuzluqların olması miras əmlakın qəbulu ilə bağlı maneəçilik törədir. Yaranmış vəziyyətlə bağlı (mərhum həyat yoldaşının doğum haqqında akt - qeydində adının “Əli”dən “ALİK”ə dəyişiklik edilməsi barədə o, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə rəsmi müraciət etsə də, Qeydiyyat şöbəsi *5.07.2022-ci il tarixində müraciətindən imtina etmiş və məhkəməyə müraciət etməyini izah etmişdir. Ona görə də, xx.xx.2004-cü il tarixdə vəfat etmiş (*3.08.2004-cü il tarixli AZ-İ № *03*00 Ölüm haqqında şəhadətnamə) yoldaşı X6 X2 övladı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X*5 bildirdi ki, Ərizəçi onun qonşusudur. Onun (Ərizəçi) yoldaşı “Alik”i şəxsən tanıyıb. Hər kəs onu “Alik” kimi tanıyıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 ifadə verərək X*0 qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan, Lahıc İN tərəfindən verilmiş 27.08.*982-ci il tarixli İİ-ЖГ seriyalı 487904 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X** 27 avqust *982-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan 05/Q-685/70 №-li xx.xx.2022-ci il tarixli Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X*4 *6 may *952-ci ildə Gəncə şəhərində anadan olmuşdur və onun atası azərbaycanlı X3, anası isə azərbaycanlı X8r. İş materiallarından olan AZ-İ seriyalı *03*00 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** xx.xx.2004-cü il tarixdə ürək-damar çatmazlığı xəstəliyi səbəbindən Bakıda ölmüşdür. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin *5 iyul 2022-ci il tarixli 6*8-05/75 saylı məktubundan görünür ki, Ərizəçi həyat yoldaşının doğumu *0.06.*952-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində *375 saylı akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Doğum haqqında akt qeydində Xanımmö Eyni qızının həyat yoldaşının adı “Əli” göstərildiyi halda İsmayıllı rayon Lahıc İN-yi tərəfindən verilmiş *8 saylı 27.08.*982-ci il tarixli nikah haqqında şəhadətnamədə və Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 595 saylı *3.07.2004-cü il tarixli ölüm haqqında şəhadətnamədə adı “Alik” kimi göstərilmişdir. Buna görə də, sənədlərdə ziddiyyət olduğundan, doğum akt qeydində dəyişiklik edilməsi Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən imtina olunmuşur. İş materiallarında olan 09.*0.2022-ci il tarixli 48* nömrəli “Notariat əməliyyatının aparılmasından imtina edilməsi barədə” Qərardan görünür ki, ərizəçinin (Ərizəçi) ərinin adı Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında arayışda X*4 olduğu halda həm nikah haqqında şəhadətnamədə, həm də ölüm haqqında şəhadətnamədə adı X*6 kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən. məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə müəyyən olunur ki, ərizəçinin (Ərizəçi) həyat yoldaşının doğumu *0.06.*952-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində *375 saylı akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Doğum haqqında akt qeydində Xanımmö Eyni qızının həyat yoldaşının adı “Əli” göstərildiyi halda İsmayıllı rayon Lahıc İN-yi tərəfindən verilmiş *8 saylı 27.08.*982-ci il tarixli nikah haqqında şəhadətnamədə və Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 595 saylı *3.07.2004-cü il tarixli ölüm haqqında şəhadətnamədə adı “Alik” kimi göstərilmişdir. Buna görə də, sənədlərdə ziddiyyət yaranmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, *6 may *952-ci ildə anadan olmuş, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 atasının X3 olması faktı təsdiq olunduğundan, Ərizəçi ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. *6 may *952-ci ildə anadan olmuş, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 atasının X3 olması müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 atasının X3 olmasının qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-4910/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4910/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver