Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4916/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 13.01.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki: “X2 13.01.2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda qızım (anadangəlmə) uzun müddətdir ki, həm fiziki, həm də psixi pozuntudan əziyyət çəkir. Ona həkimlər tərəfindən “Əsas diaqnoz F72.1. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ=23 ağırlaşma F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var. Ağırlaşma Z74.3 Daimi müşahidəyə ehtiyac. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var. Ağırlaşma F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları. Kobud nitq pozuntuları” diaqnozu qoyulmuşdur. Hal-hazırda qızım tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Bu səbəbdən xəstə olan qızımın əmək qabiliyyəti yoxdur. İddiama əlavə etdiyim AR ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasının müayinəsi ilə bağlı müayinə olunan şəxs üzrə məlumat arayışından da əlilliyi görünür. Yetkinlik yaşına çatanadək qanuni nümayəndəsi kimi onu valideyni olaraq mən təmsil etmiş və lazımi sənədlərin arxasınca gedib almışam. Lakin qızımın artıq 18 yaşı tamam olmuş və o, yetkinlik yaşına çatmışdır. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o, demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun isə başlıca səbəbi kifayət qədər əsas olmasına baxmayaraq, qızımın indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsidir. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırıram ki, X2 üzərində qəyyum təyin edilməyimlə bağlı Suraxanı rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişəm. Lakin Suraxanı rayon İcra Hakimiyyəti D-12099 saylı, 23.06.2021-ci il tarixli cavabla bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317 və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyim məqsədəuyğundur. Göründüyü kimi X2nın əqli pozuntu diaqnozu var. Onun şəxsi təmizliyinə və şəxsi gigiyeniyasına mən baxıram. Eyni zamanda, bildirirəm ki, onun daima nəzarətə və baxıma ehtiyacı var. Məhz bu səbəbdən X2 məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır”. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş 23.06.2021-ci il tarixli məktubdan görünür ki, X6 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş 22.10.2021-ci il tarixli, 2451 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qızı 13.01.2003-cü il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, X4 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında mülki iş onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş prixiatrik ekspertiza nəticəsində X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsinin mümkünlüyünə dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 13.01.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.01.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4916/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4916/2021
09.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver