Məhkəmə qərarları › İş №2(010)-493/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-493/2020

10.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-493/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1966-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X4 qardaşı Hüseynağa Hüseynov 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olandan sonra xəstəliyə düçar olmuşdur. Hazırda bacısı “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir və özünü idarəetmə qabiliyyətində deyildir. Bu səbəbdən də bacısı İ qrup müddətsiz əlillik dərəcəsi almışdır. Bacısı əmək qabiliyyətsizdir və kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var. Evdə o, atası və bacısı yaşayır. Anası vəfat etmiş, atası isə 1934-cü il təvəllüdlüdür. Bu səbəbdən də, bacısına o, baxır, qayğısını çəkir və gündəlik qulluq edir. Bacısı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmir və müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Bacısı İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 bildirdi ki, mülki iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması göstərilmişdir. Buna görə də, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məlumat vərəqəsindən görünür ki, X4 «Paranoid şizofreniya qüsur halı” diaqnozu ilə birinci dərəcəli əlildir. - “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası X9, anası X3r. - “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X9, anası X3r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməPsixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasınınxx xxxxxx 2020-ciil tarixli 1590 saylı rəyindən görünür ki, X2 şizofreniya paranoid forma, dərin psixi qüsur halı, xroniki psixi xəstəlik halı aşkar olunur. Belə nəticəyə gəlinir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə, tərəflərin izahatları ilə müəyyən edilir ki, X4 uşağlığında keçirdiyi xəstəlik səbəbi ilə fəaliyyət qabiliyyətini itirmişdir və ona hüquq və mənafelərinin müdafiəsi üçün qəyyum təyin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan xx xxxx 1966-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar