Məhkəmə qərarları › İş №2(010)-4974/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4974/2021

29.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4974/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Bəxtiyar qızının, onun vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bəxtiyar qızının Cavabdeh1 və 52 saylı Notariat Kontoruna qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bəxtiyar qızı Cavabdeh1 və 52 saylı Notariat Kontoruna qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən cavabdehə bağışlanmasına dair 52 saylı Dövlət Notariat Kontoru tərəfindən 01.02.2021-ci il tarixli 4e-100 nömrə ilə reyestr nömrəli bağışlama müqaviləsinin etibrsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Qəbələ rayon Əİ tərəfindən verilən 29.10.2007-ci il tarixli, ********* nömrəli qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 2ində 0.05 ha hissəsi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur.O, həmin ərazidə yerləşən yaşayış sahəsi 33.49 kv.m olan yardımçı sahəsi 8.67 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh1 01.02.2021-ci il tarixli, 4e-100 nömrə ilə reyestrdə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən bağışlamışdır. Lakin, hazırda hesab edir ki, tərəfindən verilmiş bağışlama müqaviləsi ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Bəxtiyar qızı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi və bildirdi ki, o, əvvəllər oğlu ilə bir evdə yaşayırdı, lakin oğlu öz hərəkətləri ilə onunla bir yerdə yaşamaq istəmədiyini göstərmiş, ona görə də, oğlunun bu hərəkətini nəzərə alaraq, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Bəxtiyar qızının vəkili Nümayəndə iddi tələbini müdafiə edərək, müqavilənin etibarsız hesab edilməsi üçün maddi əsasların olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, onun anasına qarşı hər hansı pis hərəkət etmədiyini, anasını hər bir zaman öz evində qəbul etməyə hazır olduğunu, həmçinin mübahisə predmeti olan əmlaka da anasının istədiyi vaxt gedə biləcəyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 52 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AN-İ ******* № li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Azəri X2 şəhəri, Mübariz İbrahimov küçəsi, 47 ünvanında yerləşən, ümumi sahəsi 110.7 kv/m, yaşayış sahəsi 49.8 kv.m, yardımçı sahəsi 60.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam) alıcı X1 mülkiyyətinə vermişdir. Satıcının əvəzinə müqaviləyə Cavabdeh1 imza etmişdir. Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyə edən İddiaçı Bəxtiyar qızı tam hissə ilə özünə məxsus olan ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh1 bağşlamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı cavabdehin anasıdır, o öz mülkiyyətində olan daşınmaz əmlakı cavabdehə notarial qaydada bağışlamışdır. İddia tələbinin əsasını o təşkil edir ki, iddiaçının bildirdiyinə görə, oğlu ona qarşı hörmətsizlik etmiş, öz hərəkətləri ilə onu öz evində görmək istəmədiyini nümayiş etdirmişdir. Cavabdeh tərəf isə bu halı təqzib edərək bildirir ki, onun anasına qarşı hər hansı pis niyyəti olmamış və indi də yoxdur, hər zaman anasını evində qəbul etməyə hazırdır, hazırkı iddianı qəbul etməməsinə baxmayaraq, mübahisəli əmlakdan anasının istifadə etməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Bu Məcəlləsinin 670.1-cı maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Şərh edilən normaları rəhbər tutan məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı işdə mübahisələndirilən müqavilə bağlanarkən qeyd edilən imperativ şərtlərə əməl edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Mülki Məcəllənin 673-cü maddəsində göstərilən hallardan hər hansı biri hazırkı mübahisədə mövcud deyildir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, əqdin anlayışından göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gercəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən cox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfləri əqdlər meydana gəlir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Azərı̇ Fı̇ ruzə Baxtı̇ yar qızının cavabdeh Xəlı̇ lov Azər Həmı̇ d oğluna və 52 sayli Notarı̇ at Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar