Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-500/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra mətndə “Azəriqaz” İB) qarşı “borcun silinməsi və ona məxsus kartın blokdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanan 9288 kub metrx0.2=1875 manat qanunsuz borcun silinməsi və kartın blokdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona hesablanan 1857,60 manat məbləğində qanunsuz borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onlar Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi Göyüşov 3370 ünvanında qeydiyyatdadırlar, lakin hazırda orada yerləşən mənzildə yaşamırlar. Qonşuları öz hasarında divara daş döşətdirən zaman ehtimal ki, həmin vaxt onların qaz sayğacının yeri dəyişdirilmiş və həmin zaman sayğac qırılmış, lakin bütün bunlardan xəbərsiz olmuşlar. Daha sonra sayğaclar dəyişən zaman onların da sayğacı laboratoriyaya aparılmış və bundan sonra onlara sayğaca müdaxilə olunduğu bildirilmişdir. Bu səbəbdən həmin sayğaca 1875,60 manat məbləğində qanunsuz borc pul hesablanmışdır. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ona 1875 manat məbləğində qanunsuz borc yazıldığını iddia edir. Lakin onlarda olan 13.06.2018-ci il tarixli akta əsasən iddiaçı tərəfindən sayğaca zərər verilmiş və sayğacın plastmast borusunda deşik əmələ gəlmişdir. Bu hal isə sayğaca baxış keçiriləndən sonra sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Sayğacda olan deşik nəticəsində qaz itkisi yaranmışdır və iddiaçının 1857,60 manat məbləğində borcu yaranmışdır. Dediklərim öz əksini abonentin saldosunda tapır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Göyüşov 3370 ünvanına dair tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” ******* saylı 29.06.2018-ci il tarixli aktından görünür ki, 13.06.2018-ci il tarixli laboratoriyanın 29/1710- 00417 MSK-ya əsasən G-4 1002AQ********** №-li sayğacın plastmas borusunda deşik aşkar olundu. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Göyüşov 3370 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. Abonent saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Göyüşov 3370 ünvanına (abonent kodu: **********00000) 1857,60 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməli, “Azəriqaz” İB-nin “Təbii X1nın pozulması haqqında” ******* saylı 29.06.2018-ci il tarixli aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Göyüşov 3370 ünvanına hesablanmış 1857,60 manat məbləğində borc ləğv olunmalıdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 38,58 manat (30+(857,60 x 1):100) təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 38,58 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii X1nın pozulması haqqında” ******* saylı 29.06.2018-ci il tarixli aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Göyüşov 3370 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1857,60 (bir min səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 38,58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-500/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-500/2022
16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver