Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5051/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş JN-175F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 28.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının sıx olması səbəbindən mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, o, X4 ilə X1 nikahından xx.xx.1954-cü ildə doğulmuşdur. Əsilləri İsmayıllı rayonundandır, İsmayıllı rayonunun Tircan kəndində babasının evi olmuşdur. Həmin ev onun tərəfindən 1990-cı illərdə sökülmüş, yerində onun tərəfindən 3 otaqlı ev tikilmiş, ora qaz, işıq çəkilmişdir, həmin qaz və işıq da hazırda onun adınadır. Qeyd edilən evin həyətyanı torpaq sahəsi torpaq islahatı həyata keçirilən zaman onun tərəfindən əldə edilmişdir və buna dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-175F nömrəli (kod ********) şəhadətnamə verilmişdir. Lakin atasının adı Şirməmməd oğlu olduğu halda həmin şəhadətnamədə “Şirin” kimi yazılmışdır. Atasının əsl adı Şirməmməddir, lakin hər kəs tərəfindən “Şirin” deyə çağırıldığı üçün torpaq haqqında şəhadətnamədə də elə yazılmışdır. O, Bələdiyyədən arayış aldığı vaxt da atasının adı “Şirin” olaraq yazılmışdır. Sonra təcili kəndə qayıtdığı üçün sənədi oxumamış getmiş və kənddə də ona torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazır olduğunu bildirmişlər. O gedib orda baxanda sənəddə atasının adının “Şirin” yazıldığını bilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, doğulduğu vaxtdan Şirməmməd Piriyev ilə qonşu olmuşdur və təxminən 60 ildir ki onu tanıyır. Onu uşaqlıqdan tanıyıb, hamı onu “Şirin əmi” deyə çağırıb, lakin əsl adı Şirməmməd olmuşdur. O, İsmayıllıya onlara qonaq getdiyi zaman da onu hər kəsin “Şirin əmi” deyə çağırdığının şahidi olmuşdur. Hətta bir dəfə Kənd Sovetindən arayış almalı idi və Şirməmmədin şəxsiyyət vəsiqəsi onda idi və orada adının “Şirməmməd” yazıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Piriyev Şirməmməd onun qonşusu olub. Onların ailələri təxminən 80 il olar ki, qonşuluq münasibətindədirlər və həmişə qonşular arasında onu “Şirin” deyə çağırmışlar, lakin onun əsl adı “Şirməmməd” olmuşdur. O, uşaq vaxtı təsadüfən Şirməmmədin şəxsiyyət vəsiqəsini görmüş və orada “Şirməmməd” yazıldığınn şahidi olmuşdur. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən 13.10.2004-cü il tarixdə verilmiş JN-175F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, torpağın mülkiyyətçisi Ərizəçi Şirin oğludur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 23.06.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də ad və soyad səhvlərinin dəyişdirilərək daşınmaz dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi araşdırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq miiəyyənedici sənədlər əsasında aparır. Torpaq sahələrinə dair hüquq miiəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə uyğun olaraq, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktına məlikəmə tərəfindən baxılır. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 07.05.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 01.05.2019-cu il tarixdə ölmüşdür. İsmayıllı RİH Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 13.08.2021ci il tarixdə verilmiş 130 №-li arayışdan görünür ki, vətəndaş X4 el arasında Şirin olaraq çağrılmışdır. Düzü isə X2r. Beləliklə, ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən 13.10.2004-cü il tarixdə verilmiş JN-175F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpağın mülkiyyətçisi Ərizəçi Şirimməd oğlu olduğu halda Ərizəçi Şirin oğlu kimi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, İsmayıllı RİH Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 13.08.2021-ci il tarixdə verilmiş 130 №-li arayışa əsasən vətəndaş X4 el arasında Şirin olaraq çağırıldığından, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən 13.10.2004-cü il tarixdə verilmiş JN-175F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən 13.10.2004-cü il tarixdə verilmiş JN-175F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5051/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5051/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver