Məhkəmə qərarları › İş №2(010)-5059/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5059/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5059/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Suraxanı rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs2, 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisi və AR Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11.02.2010-cu il tarixdə Sabunçu rayon RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsində, Əmlak Məsələləri DÖvlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.04.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışda və 4 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21.01.2021-ci il tarixdə verilmiş AZ-İİ 148199 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən “X9” oğluna Sabunçu rayonu, VVADQİ tərfindən 27.05.2002-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin, həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 17.07.1996-cı il tarixdə verilmiş ÖM seriyalı, 076043 nömrəli qeydiyyat vəsiqəsinin məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə X6 ilə ailə qurmuş, nikahlarını 29.05.2002-ci il tarixdə rəsmiləşdirmişlər, nikah haqqında şəhadətnamədə yoldaşının adı X1 göstərildiyindən nikahdan snra ona Məmmədova soyadı verilmişdi. Həyat yoldaşı 01.01.2021-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra onun adına olan əmlakı vərəsəlik qaydasında qəbul etmək istəmiş, lakin 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisi ona cavab olaraq bildirmişdir ki, ölüm haqqında şəhadətnamədə qeyd edilən “Mamedov” soyadı ilə həmin şəxsə məxsus olan fərdi yaşayış evinə dair mülkiyəti təsdiq edən qeydiyyat vəsiqəsində “Məmmədov” soyadı uyğunsuzluq təşkil edir, buna görə də göstərilən faktın eyni şəxsə məxsus olması ilə bağlı məhkəməyə müraciət etməkləri tövsiyyə olunur. Hesab edir ki, Mamedov soyadı bəzi sənədlərdə Azərbaycan dilinə Məmmədov kimi tərcümə edildiyinə görö, uyğunsuzluq da onunla bağlıdır. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Suraxanı rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs2, 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisi və AR Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan: AZE-№06897825 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X6 12.03.1955-ci ildə Gürcüstanda anadan olmuşdur. İİ-AZ 016044 № li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X2 29 May 2002-ci ildə nikaha daxil olmuşlar. Seriya ÖM, 076043 № li Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 9 yanvar küçəsi 2 saylı evin 2 otaqlı, 1 saylı mənzili X3 məxsusdur. Seriya MA ******* № li Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 11, mənzil 22 X4 məxsusdur. AZ-İİ №148199 olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 01.01.2021-ci ildə vəfat etmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən Ərizəçiın müraciətinə verilmiş 30 mart 2021-ci il tarixli cavabdan görünür ki, ərizəçi tərəfindən təqdim edilmiş 01.01.2021-ci il tarixdə vəfat etmiş X4 məxsus olan AZ-№14199 seriya nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən “Mamedov” soyadı ilə həmin şəxsə məxsus olan ünvan 1 ünvanında “Məmmədov” soyadı uyğunsuzluq təşkil edir. Beləliklə, işin hallarına görə ərizəçi mərhumun həyat yoldaşıdır, mərhumun şəxsiyyət vəsiqəsində olan soyadı ilə digər sənədlərdə olan soyadı eyni deyildir. Ərizəçi bu halı tərcümə xətası ilə əlaqələndirir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; ... Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin ərizənin məzmunu ilə bağlı 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1.-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə hesab edir ki, ərizə yuxarıda qeyd edilənlər baxımından əsaslı deyildir və ona görə də təmin edilə bilməz. Hazırkı işdən görünür ki, ərizəçi ərizəsində qeyd etdiyi orqanlara düzəliş edilməsi ilə bağlı hər hansı bir müraciət etməmiş, yalnız, ölüm haqqında şəhadətnaməni vermiş orqana müraciət etməklə kifayətlənmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Suraxanı rayon Qeydiyyat Şöbəsi, Maraqlı şəxs2, 4 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi və AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar