Məhkəmə qərarları › İş №2(010)-5098/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5098/2023

26.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5098/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi

1. İddiаçı İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X6 tərəfindən çıxarılmış təbii X8nın pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən, **********00100 saylı abonent X2 qanunsuz olaraq hesablanmış 1555 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ X6 əməkdaşları heç bir rəsmi xəbərdarlıq etmədən və iştirakını təmin etmədən yaşadığı, hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş evə quraşdırılmış, mərhum anası X1 abonent olduğu qaz sayğacını sökmüş və yerinə yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Bu azmış kimi cərimə edildiyi və 1555 manat borcunun olduğu bildirilmişdir. Eyni zamanda təbii X8nın pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın qeyd hissəsində 17/04.23-cü il tarixli dövlət yoxlamasına əsasən **********1 saylı sayğacın hesablama mexanizmin zavod plastmas plombunun üzərində əzik-cızıq işləri var. Sayğac istismara yararsızdır. Baxmayaraq ki, indiyədək qaz sayğacını səliqəli işlətmiş, qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmişdir və edilməsi də məntiqsiz olmaqla yanaşı gülüncdür. Barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız olduğunu bildirir. Belə ki, ARDNŞ X5 əməkdaşları köhnə sayğacı söküb yerinə yeni sayğacı quraşdıran zaman ilk növbədə onun iştirakını təmin etməli idilər. Həmin əməkdaşların sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacın plombunda əzilmənin, cızılmanın yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilər. Ən azından belə hal olsaydı bu barədə o, dərhal məlumatlandırılmalı idi. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac sökülən zaman sayğacı sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir ?! Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Onun yaşadığı ünvana qaz təminatının dayandırılması qanunla qorunan hüquqlarını pozur. Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Onun evində təbii qazla işləyən və böyük hərcdə sərfiyyat aparan avadanlıq işləmir. Təbii qazdan da böyük həcmdə istifadə edilmir. İddiasına əlavə etdiyi abonentin saldosu da buna sübutdur.

Tərəflərin izahatları

3. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddiasını müdafiə etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, abonent müqaviləsi anası ilə cavabdeh arasında bağlanmışdır, onunla cavabdeh arasında müqavilə yoxdur. O, müqavilənin adına keçirilməsi üçün cavabdehə müraciət etmiş, lakin ona bildirmişdir ki, borc ödəniləndən sonra müqavilə adına dəyişəcək. O, sayğaca əl vurmaya-vurmaya borc yazılıb. Hazırda sayğaca nə vurursa borca çıxılır.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdehin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz ünvanlamış və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********001 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********1685 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir.Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3- 5-1456-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vuralan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X8nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. İddia ərizəsi verilən şəxs abonent kodunu öz adına keçirilməsini və qarşılıqlı öhdəklərini yaranması üçün Cavabdeh İB ilə heç bir müqavilə bağlanmamışdır. Bu səbəbdən də hesab edir ki, başqa istehlaçının adında olan borcun silinməsi kimi tələbin irəli sürülməsində heç bir subyektiv hüququ yoxdur. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir.İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00100 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olduğundan abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar

6. X1 barəsində olan Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən sayğaca dair verilən abonent kodu **********00100-dir. Həmin saldodan müəyyən olunur ki, 04.2023-cü il tarixinə cavabdehə qalıq və akt üzrə yazılan borc 1555.20 manat təşkil edir.

7. Cavabdeh qaz sayğacının yoxlanması barədə MSK- 14-2-2/3-5-1459-1 nömrəli aktına əsasən, xx.xx.2023-cü il tarixdə G-4 markalı ********** nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri müəyyən olunmuş, sayğac istismara yararsız hesab edilmişdir.

8. xx.xx.2023-cü il tarixli təbii X8nın pozulması haqqında ******* nömrəli aktdan müəyyən olunur ki, sayğacın zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri müəyyən olunmuş, sayğac istismara yararsız hesab edilmişdir.

9. 2 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 991371 nömrəli şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

10. ******* nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki xx.xx.1971ci il təvəllüdlü İddiaçı anası X3r.

11. 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki,hesablanmış dəymiş ziyanın həcmi 6x24x90=12960m3 – dir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X8” Maddə 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi və gəldiyi nəticə

17. Məhkəmə iddia ərizəsini, tərəfin izahatını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X8”na əsasən, istehlakçı dedikdə alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs başa düşülür.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının hazırki mübahisə üzrə subyektiv hüququ olmadığından iddia tələbi təmin edilməməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar