Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5112/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə Ərizəçi (maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) ərizə ilə müraciət edərək, 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsininin icarəyə verilməsinə dair müqavilənin və “Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi”nin inventarlaşma vərəqəsinin xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini belə əsaslandırmışdır ki, həyat yoldaşı X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və onun vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı onun tərəfindən Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət olunmuş və burada vərəsəliklə bağlı notariat işi açılaraq vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəfat etmiş X4 adına olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 23273 nömrəli, xx.xx.1991-ci il tarixli müqaviləyə əsasən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdehdən xahiş edilmişdir. Cavabdeh mərhum ərinə və sonra isə ona bundan imtina verərək bildirmişdir ki, 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilədə hüquq sahibinin adında düzəliş edilmiş və uyğunsuzluq mövcuddur. 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilədə ərinin soyadı Məmmədov, adı “Lətif”, atasının adı “Əli Heydər” yazılmışdır. Sənədlərin hər ikisi tərəflərin imzaları Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin müdiri və icarədar tərəfindən imza edilmiş, möhürlə təsdiq edilmiş və eyni zamanda arxiv arayışı təqdim edilmişdir. Hüquqmüəyyənedici sənədlərdən müqavilədə ərinin təvəllüdü 1955, həyat yoldaşı Zubeydə, oğlu Etibar və digər ailə üzvləri, hər iki sənəddə isə müqavilənin nömrəsi 23273, bağ nömrəsi 324a qeyd olunmuşdur. Hüquqi faktın müəyyən edilməsi məqsədi ona vərəsəlik işi ilə bağlı ölən şəxsin adına bağ sahəsi üzərində ölən şəxsin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə arayışın əldə edilməsi və öz adına vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın alınmasından ibarətdir. Ona görə də 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, “Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi”nin inventarlaşma vərəqəsinin xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, müdafiə etdiyi şəxs ölmüş X4 arvadıdır. Maraqlı şəxsə müraciət etmişlər, lakin imtina almışlar. Ölmüş adamın adının üstündən xətt çəkiblər. Ölmüş şəxsin adı Atifdir, lakin Lətif yazılıb. İmtina məktubunda imtinaya əsas ölmüş şəxsin adı ilə bağlıdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarının (rus dilində) məzmunundan görünür ki, Zirə qəsəbəsində yerləşən 324 saylı bağ sahəsinin hissəsinin X5 verilmişdir. 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsininin icarəyə verilməsinə dair müqavilədən və “Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi”nin inventarlaşma vərəqəsindən görünür ki, həmin müqavilə ilə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi (direktoru Allahverdiyev T.T. şəxsində) Zirə qəsəbəsində 0,10 hektarlıq bağ sahəsini icarəyə verir (Bakı şəhəri icraiyyə Komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı əsasında hərəkət edən), icarədar X6 həmin bağ sahəsini təhvil alır. Bağ sahəsi X3 və onun ailə üzvləri – Zibeydə, Rafail, Salam, Böyükxanım, Natavan, Şafaqat, Svetlana, Rəhilə, Etibar, Pərvanə, Əliheydər, Fəxrəddin, Zaur, Ayaz, Aynurla birlikdə icarəyə verilir. Bakı şəhəri, Orconikidze rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 13 oktyabr 1979cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədənin surətindən görünür ki, X7 ilə Ələkbərova Zibeydə bahadır qızı arasında nikah qeydi 13 oktyabr 1979-cu il tarixdə 443 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Məmmədov E"tibar Atıf oğlu xx.xx.1981-ci ildə doğulmuşdur və valideynləri X8 və Ərizəçidır. Bakı şəhəri, Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 216652 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən ölmüşdür. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 221 saylı məktubdan görünür ki, mərhum X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1000,0 kv.m olan 324a saylı bağ sahəsinə dair dövlət reyestrindən Çıxarış verilməsini xahiş etmişdir. DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli X5 ünvanlanmış imtina məktubundan görünür ki, bağ sahəsinin icarəyə verilməsinə dair 23273 nömrəli, xx.xx.1991-ci il tarixli müqavilədə hüquq sahibinin adında düzəliş edilmiş və uyğunsuzluq mövcuddur. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı və iş materiallarına əsasən müəyyən edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə Zirə qəsəbəsində yerləşən 324 saylı bağ sahəsinin hissəsi X5 verilmişdir. Sonra Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.1991-ci il tarixli icarə müqaviləsi əsasında 0.10 hektar torpaq sahəsi həmin şəxsə icarəyə verilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, Ərizəçi mərhum X4 arvadı olmuşdur. X12 adlı övladı var. Məhkəmə vurğulayır ki, sözügedən müqavilədə həmin bağ sahəsinin ailə üzvü olaraq Ərizəçi və onun oğlu Məmmədov Etibara da icarəyə verilməsi qeyd edilmişdir. Lakin Bağ sahəsininin icarəyə verilməsinə dair müqavilədə və “Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi”nin inventarlaşma vərəqəsində ərizəçinin xx.xx.2021-ci il tarixdə ölmüş ərinin adı “X6” kimi qeyd olunmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsininin icarəyə verilməsinə dair müqavilənin və “Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi”nin inventarlaşma vərəqəsinin xx.xx.2021-ci il tarixdə ölmüş X5 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23273 nömrəli, xx.xx.1991-ci il tarixli bağ sahəsininin icarəyə verilməsinə dair müqavilənin və “Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi”nin inventarlaşma vərəqəsinin xx.xx.2021-ci il tarixdə ölmüş X5 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5112/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5112/2022
27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver