Məhkəmə qərarları › İş №2(010)-5115/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5115/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5115/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 03/14/0070 saylı, 01 oktyabr 2014-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 12695,08 manat, cərimə üzrə 2000,00 manat olmaqla, cəmi 14695.08 manat məbləğində borcun və 30 manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında 01 oktyabr 2014-cü il tarixdə 03/14/0070 saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Sonradan göstərilən müqavilə üzrə hüquq və öhdəliklər 03/14/0070/2-saylı, 1 noyabr 2017-ci il il tarixli Öhdəliklərin verilməsi haqqında müqaviləsinə əsasən Cavabdeh keçmişdir. Lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2012-ci il buraxılışı olan Liuqonq CLG 777A markalı ekskavator-yükləyicini (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 24.06.21 tarixinədək, lizinq ödənişləri üzrə 12695,08 manat, cərimə üzrə 49360,22 manat olmaqla, cəmi 62055,30 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Lizinq müqaviləsinin müddəti 01.11.2019-ci il tarixində bitib. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 01.10.2014-cü il tarixli 03/14/0070 saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 1 (bir) ədəd 2012-ci il buraxılışı olan Liuqonq CLG 777A markalı ekskavator-yükləyicini 36 ay müddətinə 39546.72 manata lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş Lizinq Obyektinin 04.10.2014-cü il tarixli təhviltəslim aktından görünür ki, İddiaçı MMC-nin adından X4 İddiaçı MMC-nin mülkiyyətində olan qeydiyyat №-si AZ 10 O-701, zavod №-si AK1200050, mühərrik №-si 75226.U olan 1 (bir) ədəd 2012-ci il buraxılışı olan Liuqonq CLG 777A markalı ekskavator-yükləyici, texniki pasport, 2 açar dəsti, nömrəli nişan nömrə altı lövhə sənəd və ləvazimatlatı X2 təhvil vermiş, X3 AZ 10 O-701 dövlət qeydiyyat nömrəli Liuqonq CLG 777A markalı ekskavatoryükləyicini, habelə ona aid sənəd və ləvazimatları qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş 03/14/0070/2-saylı, 01.11.2017- ci il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləsinə əsasən 01.10.2014-cü il tarixli 03/14/0070 saylı Daxili maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş öhdəliklər Cavabdeh keçmişdir. İş materiallarına əlavə olunmuş 03/14/0070 saylı 01 oktyabr 2014-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə dəyişikliklərin edilməsi barədə barədə olan 3 nömrəli razılaşmadan görünür ki, lizinq verən İddiaçı MMC, lizinq alan isə Cavabdeh müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Lizinq Obyektinin 01.11.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, 03/14/0070/2-saylı, 01.11.2017-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq X3 AZ 10 O-701 dövlət qeydiyyat nömrəli Liuqonq CLG 777A markalı ekskavator-yükləyicini, habelə ona aid sənəd və ləvazimatları Cavabdeh təhvil vermiş, Cavabdeh da həmin təhvil-təslim aktına aktına uyğun olaraq təhvil almışdır. İş materiallarında olan 24.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan müqavilə üzrə ödənişlər üzrə borc qalığı 12695,08 manat, cərimə üzrə 49360,22 manat olmaqla, cəmi 62055,30 manat təşkil edir. İş materiallarına əlavə olunmuş daxili daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə X3 arasında 01.10.2014-cü il tarixli 03/14/0070 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdehə mülkiyyətində olan 1 (bir) ədəd 2012ci il buraxılışı olan Liuqonq CLG 777A markalı ekskavator-yükləyicini 36 ay müddətinə 39546.72 manata lizinqə verilmişdir. 03/14/0070/2-saylı, 01.11.2017-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləsinə əsasən 01.10.2014-cü il tarixli 03/14/0070 saylı Daxili maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş öhdəliklər X1 Cavabdeh keçmişdir. 03/14/0070 saylı 01 oktyabr 2014-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə dəyişikliklərin edilməsi barədə olan 3 nömrəli razılaşmasına əsasən lizinq verən İddiaçı MMC, lizinq alan isə Cavabdeh müəyyən edilmişdir. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladığı müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində cavabdehin cəmiyyətə olan müqavilə üzrə lizinq predmeti 1 (bir) ədəd 2012-ci il buraxılışı olan. Liuqonq CLG 777A markalı ekskavator-yükləyicini olan “03/14/0070 saylı, 01 oktyabr 2014-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 12695,08 manat, cərimə üzrə 2000,00 manat olmaqla, cəmi 14695.08 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC-nin iddia tələbi üzrə 2000,00 manat məbləğində cərimə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı və cavabdehdən cərimə olaraq 200 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, “03/14/0070 saylı 01 oktyabr 2014-cü il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 12695,08 manat əsas borc, 200 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03/14/0070 saylı 01 oktyabr 2014cü il tarixli Daxili maliyyə lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 03/14/0070 saylı 01 oktyabr 2014-cü il tarixli Daxili maliyyə lizinq müqaviləsinə əsasən ödənilməmiş 12695.08 manat əsas borc, 200 manat cərimə, cəmi 12895.08 (on iki min səkkiz yüz doxsan beş manat, səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar