Məhkəmə qərarları › İş №2(010)-5140/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5140/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5140/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tamamlanmamış tikintiyə görə 4650 manat, smetadan kənar çıxmaqla ucuz təmirə görə 2000 manat, müqavilə şərtlərindən kənara çıxmaqla mənzilin 6 ay sonra təhvil verdiyinə görə hər ay üçün 350 manat olmaqla, 3150 manat, ümumilikdə 9800 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində 0,016 ha torpaq sahəsinin üzərində mənzil tikintisi ilə bağlı Cavabdeh ilə podrat müqaviləsi bağlamışdır. 30.12.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh 36 kv.m ölçüsü olan mənzili 19.400 manat məbləğində tikib təhvil verməli idi. Lakin, cavabdeh tikintinin sahəsini genişləndirərək 23.01.2018-ci il tarixdə ikinci podrat müqaviləsi bağladı. Həmin müqaviləyə əsasən cavabdeh 43.56 kv.m sahəsi olan mənzili 26.500 manat məbləğ qarşılığında tikib təhvil verməli idi. 23.01.2018-ci il tarixdə 3-cü müqavilə bağlandı və həmin müqaviləyə əsasən ümumi sahəsi 52.8 kv.m olan mənzili 32 300 manat məbləğində tikib təhvil verməli idi. Həmin məbləğdən 7360 manat ödənilməmiş qalmışdır. Bununla bağlı məhkəmə çəkişməsi olmuş və Suraxanı Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin iddiası təmin edilərək 7360 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin, iş üzrə cavabdeh tikilmiş mənzilin müqaviləyə əsasən 52.8 kv.m deyil, 38.08 kv.m olması iddiaçıya sonradan məlum olmuşdur. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümaynədəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları təşkil edən: -30 dekabr 2017-ci il tarixli, podratçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.016 ha torpaq sahəsində ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. Tikintinin 30.09.2019-cu il tarixində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci bəndinə görə, xidmət haqqı kimi sifarişçinin podratçıya 19400 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. -23 yanvar 2018-ci il tarixli, podratçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.016 ha torpaq sahəsində ümumi sahəsi 43.56 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. Tikintinin 30.03.2020-ci il tarixində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci bəndinə görə, xidmət haqqı kimi sifarişçinin podratçıya 26500 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. -23 yanvar 2018-ci il tarixli, podratçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.016 ha torpaq sahəsində ümumi sahəsi 52.80 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. Tikintinin 30.03.2020-ci il tarixində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci bəndinə görə, xidmət haqqı kimi sifarişçinin podratçıya 32300 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. 21.12.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Sifarişçi İddiaçı ilə Podratçı Cavabdeh arasında bağlanmış 23.01.2018-ci il tarixli podrat müqaviləsi əsasında ödəniş cədvəlindən ümumi məbləğdən 7360 manat Sifarişçi İddiaçı tərəfindən Podratçı Cavabdeh ödəniləcək, tikintidə görülən işlər Akt da qeyd olunan şəkildə İddiaçı təhvil verilir, Sifarişçi İddiaçı qeyd olunan işləri tam təhvil alır, görülən işlərin tikinti normativlərinə, verdiyi lahiyəyə uyğun olduğuna və keyfiyyətinə tam razıdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(010)- 4672/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 7360 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında fərdi yaşaış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmış və müqavilə bir neçə dəfə yenilənmişdir. Tikintisi şərtləşdirilən yaşayış evi təhvil-təslim aktına əsasən iddiaçıya təhvil verilmiş, sonra tərəflər arasında həmin podrat müqaviləsindən yaranan məhkəmə mübahisəsi olmuş, məhkəmə qətnaməsi ilə podrat müqaviləsi əsasında icra edilən işə görə 7360 manat məbləğində pul İddiaçı Cavabdeh xeyrinə tutulmuşdur. Hazırkı tələbi iddiaçı onunla əsaslandırır ki, ona təhvil verilən tikinti sonuncu podrat müqaviləsində şərtləşdirilmiş ölçülərə uyğun olmamışdır və bu halı o sonradan aşkar edib. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, lakin yazılı etiraz göndərməklə iddia tələbinə qarşı çıxmış və tələbin rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 770-ci maddəsinə görə əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə podrat müqaviləsi iddiaçı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edilmişdir. Bundan başqa, iş materialarında olan məhkəmə qətnaməsindən də görünür ki, tərəflər arasında podrat müqaviləsi əsasında görülmüş işlərin əvəzi olaraq Cavabdeh İddiaçı qarşı pul tələbi barədə məhkəmə mübahisəsi olmuş və İddiaçı məhkəməyə ərizə göndərərək iddianı qismən qəbul etmiş və onun Cavabdeh 7360 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi “X1rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X1rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıyaaid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Babayeva Amalı̇ ya Qurban qızının cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar