Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5163/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN LED markalı televizor, PLAYSTATİON-4 SONY 2TB PRO markalı oyun konsulu üçün 2079 (iki min yetmiş doqquz) manat ödənilməmiş hissə, 450 (dörd yüz əlli) manat dəbbə; 25.05.2019-cu il tarixli müqaviləsinə əsasən, TOSHİBA RAS markalı kondisioner üçün 351 (üç yüz əlli bir) ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbbə; 25.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Nitro markalı kompüter üçün 1724 (min yeddi yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə olmaqla ümumilikdə, 5246 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 02.05.2019-cu il, 25.05.2019-cu il, 25.05.2019-cu il tarixli müqavilələrə əsasən, HOFFMANN LED markalı televizor, PLAYSTATİON-4 SONY 2TB PRO markalı oyun konsulu, TOSHİBA RAS markalı kondisioner və Acer Nitro markalı kompüter almış və nəticədə 5246 (beş min iki yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2704 (iki min yeddi yüz dörd) manat (18 ay x 150 manat + 4 manat ilkin ödəniş) olan HOFFMANN LED markalı televizor, PLAYSTATİON- 4 SONY 2TB PRO markalı oyun konsulu üçün ümumilikdə, 2529 (iki min beş yüz iyirmi doqquz) olmaqla ondan, 2079 (iki min yetmiş doqquz) manat ödənilməmiş hissə, 450 (dörd yüz əlli) manat dəbbə; 25.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 {min yeddi yüz altmış dörd) (18 ay x 98 manat + 0 manat ilkin ödəniş) TOSHİBA RAS markalı kondisioner üçün ümumilikdə, 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ondan 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbbə; 25.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100 (iki min yüz) manat (12 ay x 175 manat + 0 manat ilkin ödəniş) Acer Nitro markalı kompüter üçün ümumilikdə, 2249 (iki min iki yüz qırx doqquz) manat olmaqla ondan, 1724 (min yeddi yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2414 manat təşkil edir. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün iddiaçıya heç bir ödəniş edə bilməmişdir. İddiaçının ondan tələb etdiyi cərimə məbləği yüksək məbləğdir. Odur ki, məhkəmədən tələb olunan cərimə məbləğinin miqdarının azaldılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC HOFFMANN LED markalı televizor, PLAYSTATİON- 4 SONY 2TB PRO markalı oyun konsulu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 150 manat ödəməyi öhdəsinə götürmüşdür. 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC TOSHİBA RAS markalı kondisioneri Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 98 manat ödəməyi öhdəsinə götürmüşdür. 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Acer Nitro markalı kompüteri Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 175 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2079 manat məbləğində əsas borc, 450 manat məbləğində cərimə, 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 351 manat məbləğində əsas borc, 117 manat məbləğində cərimə və 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1724 manat məbləğində əsas borc, 525 manat məbləğində cərimə olmaqla ümumilikdə 5246 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2704 manat olan özünə məxsus HOFFMANN LED markalı televizor, PLAYSTATİON- 4 SONY 2TB PRO markalı oyun konsulu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1764 manat olan özünə məxsus TOSHİBA RAS markalı kondisioneri cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2100 manat olan özünə məxsus Acer Nitro markalı kompüteri cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 175 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin hər üç müqavilə üzrə cəmi 4154 manat məbləğində əsas borc, 1092 manat məbləğində cərimə borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satql müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 02.05.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 50 (iyirmi) manat, 25.05.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 25 (iyirmi beş) manat və 25.05.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 50 (iyirmi) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2079 (iki min yetmiş doqquz) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu, 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 351 (üç yüz əlli bir) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu və 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1724 (bir min yeddi yüz iyirmi dörd) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 4 279 (dörd min iki yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2079 (iki min yetmiş doqquz) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu, 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 351 (üç yüz əlli bir) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu və 25.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1724 (bir min yeddi yüz iyirmi dörd) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 4 279 (dörd min iki yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5163/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5163/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver