Məhkəmə qərarları › İş №2(010)-5185/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5185/2025

22.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5185/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 297.16 manat məbləğində kommunal xidmətə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. İddiaçı tərəfindən yol verilən prosessual pozuntular:

1. İddia ərizəsinin forması və məzmuna dair tələbləri müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsində digər məlumatlarla yanaşı, həmçinin cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (AR MPM 149.2.2). İddiaçı iddia ərizəsində tələbin yönəldiyi şəxsin ünvanını qeyd etsə də, bu ünvanında qeydiyyat və ya faktiki ünvan olması barədə dəqiq məlumatı göstərməmiş, həmin ünvanın qeydiyyat ünvanı olduğu fərz edildiyi təqdirdə (faktiki ünvan olduğu təqdirdə isə əksi) faktiki ünvana dair məlumat əks olunmamış, yəni ünvanların fərqləndirilməsi lazımı qaydada aparılmamışdır. İddia ərizəsində tələbin yönəldiyi şəxs qismində ümumi formada – Cavabdeh qeyd edilsə də, həmin şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar – fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriya və ya identifikasiya nömrəsi iddia ərizəsində göstərilməmiş, bununla da iddia ərizəsinin tərtibində qeyri-müəyyənliyə yol verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əlaqəli şəkildə araşdırılması zamanı iddia tələbinin yönəldiyi şəxsin yalnız kommunal ödənişlərini əks etdirən abonent saldosundan çıxarış məlumatları aşkar edilmişdir ki, bu məlumatlarda şəxsin ad və soyadından, eləcə də abonent kodundan savayı onun şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat aşkar edilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar aşkar edilməsə də, müvafiq araşdırma bununla da yekunlaşmamış, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia ərizəsində cavabdeh qismində qeyd edilən ad, soyad və ata adına uyğun şəxsin axtarışı aparılmış, lakin göstərilən ad, soyad və ata adına uyğun aktiv və passiv heç bir şəxsiyyət vəsiqəsi məlumatı əldə edilməmiş və bu istiqamətdə aparılmış hərtərəfli araşdırma bununla yekunlaşmışdır. Həmçinin, mülki mühakimə icraatı haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yol verilən prosessual pozuntuların hər biri iddia ərizəsinin geri qaytarılması üçün müstəqil əsas qismində çıxış edir, lakin iddia ərizəsinin geri qaytarılması pozuntuların aradan qaldırılaraq mülki prosessual qanunvericiliyin tələblərinə uyğun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Məhkəmə son olaraq nəzərə çatdırır ki, hazırkı qərardad iddiaçı tərəfindən yol verilmiş pozuntuları sonuncunun diqqətinə çatdıran məhkəmə aktı olmaqla, həmin pozuntuların qısa müddətdə aradan qaldırılaraq pozulmuş və ya barəsində mübahisə edilən hüquqların çevik və operativ müdafiəsi məqsədini daşıyır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar