Məhkəmə qərarları › İş №2(010)-5210/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5210/2022

31.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5210/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, Ərizəçi X* “qəyyum təyin edlmə faktının müəyyən edilməsi” ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X3 “qəyyum təyin edlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək himayəsində olan oğlu X4 üzərində qəyyum təyin olunması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.*.-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 34.2.-ci maddəsinə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Qanunvericilik normanın məzmunundan göründüyü kimi, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilməsi qəyyumluğa ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən və yalnız fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən sonra mümkündür. Ərizənin məzmunundan isə görünür ki, belə bir məhkəmə qərarı mövcüd deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53.2 və *53.2.*-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçiyə izah olunmalıdır ki, o, himayəsində olan övladının fəaliyyət qabiliyyəti olmaması barədə ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü fəsli ilə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *49-*53-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi X* “qəyyum təyin edlmə faktının müəyyən edilməsi” dair tələbi barədə ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi X2 övladının fəaliyyət qabiliyyəti olmaması barədə ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü fəsli ilə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar