Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5257/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi) “JN-228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özünə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi) “JN-228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özünə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, JN-228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özünə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, o, faktiki olaraq Qax rayonu, Qum kəndində yaşayır. Qax rayon Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli 20 saylı qərarına əsasən ona 0.09 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Verilmiş torpaq sahəsinə dair çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət etmiş, lakin Qax rayon şöbəsində şəhadətnamədə onun ata soyadı Ərizəçi olaraq səhv yazıldığı müəyyən olunmuşdur. JN- 228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki ad ilə şəxsiyyət vəsiqəsindəki adın uzlaşmaması səbəbindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi əməliyyat etməkdən imtina etmişdir. Belə ki, JN- 228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı qeyd edilmiş Ərizəçi ilə Ərizəçi eyni şəxslərdir. Belə olduğu halda o, bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş mareiallarına əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair JN- 228F saylı şəhadətnaməsindən görünür ki, Qax rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 28 dekabr 20 nömrəli qərarı ilə verilmiş 0.09 hektar torpaq sahəsi “Ərizəçi”ın mülkiyyətiinə verilmişdir. İş materiallarında olan Qax rayonu Qum İƏD üzrə nümayəndəliyinin 28.07.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15 m.78-də daimi qeydiyyatdadır. Hal-hazırda müvəqqəti Qax rayonu Qum kəndində yaşayır. İş materiallarında olan Qax rayonu Qum İƏD üzrə nümayəndəliyinin 28.07.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi adına verilmiş JN-228F torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi və Ərizəçi eyni adamdır. İş materiallarında olan Qax rayonu Qum kəndi İƏD üzrə nümayəndəliyinin 13.08.2021-ci il tarixli arayışından görünür ki, X2 23.11.1995-ci ildə vəfat edib. Aşağıdakı ailə üzvləri qalıb: Ərizəçi. İş materiallarında olan Qax rayonu Qum İƏD üzrə nümayəndəliyinin 19.10.2021-ci il tarixli arayışından görünür ki, Qax rayonu Qum kəndi ərazisində JN-228F (kod 4********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.09 ha torpaq sahəsi 23.11.1995-ci ilədək Bakı şəhərində qeydiyyatda olan Qax rayonu Qum kənd sakini Ərizəçi mərhum anası X1 istifadəsində olmuşdur. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Qax rayonu Aqrar İslahat Komissiyasının 28.12.1997-ci il tarixli qərarı ilə 0.09 hektar torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. Bunun əsasında JN-228F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və həmin şəhadətnamədə ərizəçinin adı, soyadı “Ərizəçi” kimi qeyd olunmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-228F KOD 40312018 saylı şəhadətnamənin xx.xx.1952-ci il tarixdə Qax rayonunun Qum kəndində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5257/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5257/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver