Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5263/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən ona (abonent kodu) **********000) əsassız hesablanmış 257,03 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayında Azərsu ASC tərəfindən ona məxsus olan ünvan 1 ünvanında onun üçün su xətti quraşdırılmışdır. Həmin vaxtı onun üçün su sayğacı quraşdırılmışdır və sudan istifadəyə başladığı andan suyun haqqı sayğac vasitəsi ilə ödənilmişdir. Hazırda, o suyun pulunu ödəmək istəyir, lakin cavabdeh təşkilat ona bildirir ki, köhnə borcunu ödəməsə istifadə etdiyi suyun haqqını hesablamayacaqlar. Məsələni araşdıranda ona məlum oldu ki, onun cavabdehə 257.03 manat məbləğində köhnə borcu vardır. Bu barədə hesab-faktura da təqdim edilmişdir. Ona su xətti verildiyi tarixdən yalnız quraşdırılmış sayğac vasitəsi ilə sudan istifadə etmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onun sayğac quraşdırıldığı tarixdən indiyə kimi sərf etdiyi suya görə borcunun 50 manat oldğunu bildirdi və bu məbləği sərf edilən suya görə borc kimi qəbul etdiyini, qalan məbləğin isə ona əsassız yazıldığını bildirdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 cavabdehin sayğac quraşdırıldığı vaxtdan hazırkı dövrə kimi 50 manat su sərfiyatına görə borcunun olduğunu, digər məbləğin isə sayğacdan qabaqkı dövrə görə yazıldığını ehtimal etdiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hesab-fakturadan görünür ki, abonent kodu **********000 olan abonent İddiaçı sudan istifadəyə görə 257,03 manat borc yazılmışdır. -05.10.2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanına içməli su xətti 2019-cu ilin Sentyabr ayında çəkilmiş və sayğac quraşdırılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçının yaşadığı ünvana su sayğacı 2019-cu ilin sentyabrında quraşdırılmış, o vaxta qədər həmin ünvana su xətti çəkilməmişdir. İddiaçı sayğac quraşdırılana qədər dövr üçün yazılan borcu qəbul etmir, həmin dövrdən hazırkı vaxta kimi isə 50 manat borcunun olduğunu bildirir. Cavabdeh tərəf də öz növbəsində iddiaçının su sərfiyatına görə 50 manat borcunun olduğunu bildirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26- cı maddəsinə və X1 2.1.9.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 136.1-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq həmçinin yaşayış sahəsindən istifadə haqqından (kirayə haqqı) və kommunal xidmətlərə görə haqqdan ibarətdir. Cavabdeh tərəf silinməsi tələb edilən məbləğin 50 manatının sudan istifadəyə görə yaranmış borc məbləği olduğunu bildirir, iddiaçı tərəf tələbdə qeyd etdiyi məbləğin 50 manatının sudan istifadəyə görə yaranmış borc olduğunu qəbul edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya yazılan borc məbləğinin 202.03 manat hissəsi onun ünvanına su xətti çəkilməzdən əvvəlki dövr üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin borc əsassızdır və silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 202.03 (iki yüz iki manat üç qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5263/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5263/2021
05.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver