Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5266/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, icra haqqında Azərbaycan Respublikasının Qanununun 29.1.-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İddia ərizəsi təkrarən qaytarılaraq iddiaçıya izah olunur ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi tələbi məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalıdır, yəni icra məmuru tərəfindən qəbul edilmiş hər hansı qərardan şikayət verilməli və məhz hansı qərarın ləğv olunmalı olmasını ərizəçi əsaslandırmalıdır. İddiaçı iddia ərizəsində digər hüquqverici sənədlərin etibarsız hesab olunmasını tələb etdiyini bildirsə də, həmin hüquqverici sənədlərin nədən ibarət olmasını, hansı orqan tərəfindən verildiyini qeyd etməmişdir. Beləliklə hesab edirəm iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri (icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi ilə yanaşı hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbini) bir icraatda birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3.-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bu Məcəllənin 9.2.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3.-cu maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu Məcəllənin 4.2.-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyri-mümkündür. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından, iddia ərizəsində tələb dəqiq göstərilmədiyindən və iddia ərizəsinin icraata qəbul edilməsi mümkün olmadığından İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5266/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5266/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver