Məhkəmə qərarları › İş №2(010)-5343/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5343/2023

16.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5343/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış borcun silinməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsi mülki prosessual qanunvericilkdə müəyyən edilmiş formada məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsi məhkəməyə təqdim olunarkən iddia ərizəsində iddiaçının özü və cavabdeh tərəflə bağlı müvafiq məlumatlar ərizədə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin *49.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Əlavə olaraq edilməlidir ki, hazırki ərizənin “xahiş etdi” hissəsi də qeyri-müəyyən formada məhkəməyə təqdim edilmiş və iddiaçı həmin hissədə hansı borc məbləğinin silinməsi barədə qeyd aparmamışdır. Eyni zamanda o da qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi üçün nüsxəsi əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.*.*-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar