Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-543/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, Ərizəçi əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli faktın tanınması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli faktın tanınması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, onun 1999-cu ildən 2002-ci ilədək, yəni 3 il ahıl nənəsi X5, 2009-cu ildən 2012-ci ilədək yəni 3 il müddətinə ahıl anası X2q etməyi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmənin icraatında olan 2(010)-5487/2024 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, stajına 5 il əlavə olunmasını istəyir. O, əmək pensiyası almaq istəyir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə etirazını müdafiə edərək bildirmişdir ki, sığorta stajı 20 ildir, ərizəçi anasına və nənəsinə qulluq etdiyini qeyd edir, lakin bunları təsdiq edən heç bir sübut təqdim etmir. Bu səbəbdən onlar ərizənin rədd olunmasını xahiş edirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 13.4- cü maddəsinə əsasən, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.10-cu maddələrinin tələblərinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarına əlavə edilmiş 68387275 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Beləliklə, təsvir olunanlara əsasən, maraqlı şəxs tərəfindən əsaslı etiraz verildiyindən və hüquq barədə mübahisə olduğundan, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və əlavə olunmuş sənədlər və dövlət rüsumu ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli faktın tanınması barədə ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödəniş sistemində 68387275 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə məhkəməə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən Ərizəçi büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-543/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-543/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver