Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-546/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X* iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. *. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra mətndə “Azəriqaz” İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış *036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları.
2. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, qardaşının ünvanında olan qaz sayğacı “Azəriqaz” İB əməkdaşları tərəfindən dəyişdirilmiş və 5-6 ay sonra sayğacda problem olması əsası ilə *036,80 manat məbləğində cərimə yazılmışdır. Halbuki, sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
4. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Mədən- S.Əliyev küçəsi, ev 7*0 ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, qaz sayğacının zədələnməsi nəticəsində 8640 m3 (*036,80 manat) itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.
5. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş 3*.08.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Mədən-S.Əliyev küçəsi, ev 7*0 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 8640 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.
6. Abonent saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Mədən-S.Əliyev küçəsi, ev 7*0 ünvanına (abonent kodu: *0*22227*000000) *036,80 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.
İşin faktiki halları.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən “Azəriqaz” İB tərəfindən abonent İddiaçı ünvanına *036,80 manat cərimə yazılması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
8. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *2 may 20**-ci il tarixli 80 №-li qərarı.
*.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.*.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Məhkəmənin mövqeyi.
9. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. *0. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır.
Məhkəmə xərcləri. **. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.*.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. *2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.*-ci maddəsinə əsasən, iddia qiyməti *.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. *3. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30,36 manat təşkil edir. *4. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30,36 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*5. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Mədən-S.Əliyev küçəsi, ev 7*0 ünvanına (abonent kodu: *0*22227*000000) hesablanmış *036,80 manat məbləğində borc ləğv olunmalıdır. *6. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Mədən- S.Əliyev küçəsi, ev 7*0 ünvanına (abonent kodu: *0*22227*000000) hesablanmış *036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.