Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5481/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaldan Cavabdeh barəsində yəqin olmayan böhtan xarakterli məlumatları kütləvi informasiya portallarında, müvafiq orqan, idarələrə əsassız müraciətlərinin qadağan edilməsi və ondan, 24 saylı şəhər poliklinikasının kollektivindən üzr istəməsi cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması və məcbur olması, cavabdehdən onun xeyrinə 10 000 (on min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı izahatında göstərdi ki, o, iddiasından imtina etdiyinə görə qaldırdığı iddianın icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, İddiaçı iddiasından imtina etdiyi üçün mülki işin icraatına xitam verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiasından imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli, iddiaçı iddiasından imtina etdiyiindən işin icraatına xitam verilməlidir. Tərəflərə izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, hazırki iddiadan imtina edildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5481/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5481/2021
20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver