Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5508/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 05.01.1995-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri və oğlu X5 ünvan 1 ünvanında birlikdə yaşayırlar. 05.01.1995-ci il təvəllüdlü oğlu X5 birinci dərəcəli əlildir və müxtəlif vaxtlarda müalicə olunsa da, nəticəsi olmamışdır. Oğluna o, baxır, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymur, oğlu özünün sanitariya ehtiyaclarını ödəyə bilmir. Onun sanitariya məsələlərini də o, həll edir. Ona “kəskin nəzərə çarpan imbesillik dərəcəsində ağır kəmağıllıq. kobud nəzərə çarpan, nitq və davranış pozuntuları ilə əlaqədar kənar şəxslərin himayəsinə ehtiyacı vardır.Nitq və dilin inkişafının spesifik pozuntuları.Epilektik sindrom. Şəkərli diabet orta ağır forma 2 tip” diaqnozu qoyulmuşdur. O, oğlunun üzərində qəyyum təyin olunmaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti özünün A-146-099 nömrəli, 14.09.2021-ci il tarixli məktubu ilə oğlu X3 "fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirdi. Bununla əlaqəadar olaraq, 05.01.1995-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 137 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən 20.09.2021-ci il tarixli verilmiş arayışa əsasən, Ərizəçi Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 98 saylı evin 2-li mənzilində yaşayır. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 14.09.2021-ci il tarixli məktuba əsasən, 05.01.1995-ci il təvəllüdlü oğlu X5 üzərində qəyyum təyin edilməyi haqqında ərizəyə Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasında baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən 10.04.2021-ci il tarixli verilən arayışa əsasən X5 müddətsiz İ qrup əlillik dərəcəsi verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 11.11.2021-ci il tarixli, 2637 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən, X4 Kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, körpəlik yaşlarından qıcolma tutmaları biruzə verməsi, Bakı şəhər X2 və 2018-ci ildə Bakı şəhəri 2 saylı X1 stasionar müalicədə olması, hərbi çağırış zamanı psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsi, xəstəliyi ilə əlaqədar yersiz və aqressiv hərəkətlərə yol verməsi, müddətsiz İ qrup əlil olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində “Kəskin nəzərəçarpan imbesillik dərəcəsində ağır kəmağıllıq kobud nəzərəçarpan nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. Nitq və dilin inkişafının spesifik pozuntuları. Epileptik sindrom. Şəkərli diabet orta ağır forma tip” diaqnozu ilə qeydiyyatda olması, davranış pozuntuları və əqli geriliklə əlaqədar daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması göstərilərək ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hazırki müayinə zamanı yaddaşının zəifliyi, intellektual səviyyəsinin aşağı olması, maraq dairəsinin məhdudluğu və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 05.01.1995-ci il tarixdə anadan olmuş X4 hazırda hansı psixi xəstəlik aşkar olunur? Cavab: X4 Kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. 2-ci sual: X5 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi? 3-cü sual: X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilərmi? 2-ci və 3-cü suallara cavab: X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən edilən Kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə iclasında vətəndaş X3 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 05 yanvar 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X5 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-5508/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5508/2021
16.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver