Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-551/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X9 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi X*0 qızının iştirakı ilə, Ərizəçi Niyazi qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Niyazi qızı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək *9.08.*992-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçi Niyazi qızı ərizəsini onunla əsaslandırmışdır ki, övladı *9.08.*992-ci il təvəllüdlü X5 AR ƏƏSMN-nin 5 saylı TSEK-nın SER TSE-0* 456053 saylı, *5.08.20*4-cü il tarixli arayışına əsasən, “dərin dərəcəli kəmağıllılıq” diaqnozu ilə İ qrup müddətsiz əlildir. Həmçinin AR İcbari Tibbi Sığorta Agentliyi TƏBİB-nin “X*3” X*2 təqdim etdiyi 27.**.202*-ci il tarixli **89 saylı arayışına əsasən övladı İ qrup müddətsiz əlil kimi “dərin dərəcəli kəmağıllılıq” diaqnozu ilə psixiatriya şöbəsində qeydiyyatdadır. Övladı anadangəlmə ruhi xəstədir, öz hərəkətlərinin mənasını anlamır və onları idarə etmək iqtidarına malik deyildir. O, övladı X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X6 ərizəsində qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 *9.08.*992-ci ildə anadan olmuşdur, atası X7,anası Ərizəçi Niyazi qızıdır. - ƏƏSMN-nin 5 saylı TSEK-nın SER TSE-0* 456053 saylı, *5.08.20*4-cü il tarixli arayışından görünür ki, X5 dərin dərəcəli kəmağıllılıq” diaqnozu ilə İ qrup müddətsiz əlildir - AR İcbari Tibbi Sığorta Agentliyi TƏBİB-nin “X*3” X*2 təqdim etdiyi 27.**.202*-ci il tarixli **89 saylı arayışına əsasən övladı İ qrup müddətsiz əlil kimi “dərin dərəcəli kəmağıllılıq” (idiotiya) diaqnozu ilə psixiatriya şöbəsində 2008-ci ildən qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının *6.02.2022-ci il tarixli 504 nömrəli rəyindən görünür ki, X3 “X*5 (X*) (F73) qeyd olunur. Bunu anamnestik məlumatlar ( doğuş zədəsi ilə doğulması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, nitqinin inkişaf etməməsi, daim kənar şəxlərin qulluğuna ehtyacı olması, birinci qrup müddətsiz əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ( zahirən narahat olması, ünsiyyətə çətinlikə daxil olması, sadə göstərişləri icra edə bilməməsi, yaddaş və intellekt funksiyalarının inkişaf etməməsi və sair) sübut edir. Belə nəticəyə gəlinir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X2 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Niyazi qızının ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi Niyazi qızının ərizəsi təmin edilməli və *9.08.*992-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli, V y\s, ev *6, m 57 ünvanında qeydiyyatda olan və yaşayan *9.08.*992-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-551/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-551/2022
16.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver