Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-558/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Ərizəçi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 23.08.1988-ci il Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, X3 23.08.1988-ci il Bakı şəhərində anadan olduğunu, ərizəçinin bacısı olduğunu, hazırda bacısının ağır xəstə, İİ qrup əlil olduğunu qeyd etməklə, ikinci dərəcəli əlil kəskin debillik dərəcəsində davranış pozğunluğu, döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası, qarışıq tip İİ dərəcəli ventilyasia pozğunluğu, onurğanın döş tipli İV dərəcəli skaliozu ilə əmək fəaliyyəti olmayan hesab edilməsi barədə bildirmişdir. Kənar qulluğa ehtiyacı vardır. Bununla əlaqəda ərizəçi psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə edə bilməməsi səbəbindən X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və onun nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilən xəstəlik tarixindən çıxarışa əsasən X3 davranış pozuntuları ilə kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin k-54-095 saylı, 21.08.2020-ci il tarixli məktubuna əsasən Ərizəçi 23.08.1988-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə əlaqədar ərizəsinə cavab olaraq qəyyumun psixiqüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bununla bağlı məhkəməyə müraciət edilməsi qaydaları izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının 19.09.2016-cı il tarixli arayışına əsasən X2 ikinci dərəcəli əlillik, döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası, XR respirator çatmamazlıq, qarışıq tip İİ dər ventilyasiya pozğunluğu, onurğanın döş tipli İV dərəcəsi skaliozu, ağrı sindrom ilə, kəskin debillik dərəcəsində davranış pozğunluğu müəyyən edilmişdir. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/3840/70 saylı, 22.09.2020-ci il tarixli arayışa əsasən xx.xx.1985-ci il təvəllüdlü Azərbaycan Respublikası Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş Ərizəçi atası X7, anası X4, bacıları X5, X6, X3, qardaşı X8 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 19 yanvar 2021-ci il tarixli, 111 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən X2 orta dərəcəli əqli gerillik davranış pozuntuları ilə (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar 4-cü sinifdən sora orta məktəbdə təhsilini davam etdirə bilməməsi, 15 nömrəil BŞX-nın psixiatriya kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraklaşdırma qabiliyyətinin zəifliyi, əhval-ruhiyyənin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, özünün vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq ekspert belə qərara gəlir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasının dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 orta dərəcəli əqli gerillik davranış pozuntuları ilə aşkar olunur. X3 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X3 fəaliyyət qabiliyyəti olamayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə iclasında vətəndaş X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 23 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X3 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rzayeva Nərminə
Məhkəmə qərarları › İş №2(010)-558/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-558/2021
24.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver