Məhkəmə qərarları › İş №2(010)-5586/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5586/2021

20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5586/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X15 iclas katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-363A, Kod ********) ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1941-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuşdur. Adına yazılmış doğum haqqında şəhadətnamədə və uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olması barədə AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində adı “Hacıçoban” kimi qeydə alınmışdır. İsmayıllı rayonunda aparılmış Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı səhvən X2 yazılmış, yəni “Xançoban” sözü şəxsiyyətini müəyyən edən sənəddə olan “Hacıçoban” qeydinə uyğun olmamışdır. İstinad etdiyi sənədə əsasən hesab edir ki, qeyd olunan hər iki ad ona aiddir, lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Xançoban adı Hacıçoban kimi düzəliş edilməlidir. Bununla əlaqədar maraqlı şəxsə müraciət etmiş, maraqlı şəxs özünün 16 iyul 2021-ci il tarixli məktubu ilə həmin düzəlişin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək əlavə etdi ki, onun atası Ərizəçi xx.xx.1941-ci ildə doğulmuş, doğum haqqında şəhadətnaməsində adı Hacıçoban kimi qeyd edilmişdir. Eyni zamanda, şəxsiyyət vəsiqəsində də adı Hacıçobandır. Lakin uşaqlıqdan onu həmişə Xançoban adı ilə çağırmışlar. Onu tanıyanların hamısı indi də ona Xançoban adı ilə müraciət edir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə də məhz bu səbəbdən texniki səhvə yol verilmiş, əmisi Şirəliyev Yaşar icra nümayəndəsi olduğu vaxt qardaşının adını Xançoban kimi təqdim etmiş, bununla da atasının rəsmi adı Hacıçoban əvəzinə, sənəddə adı Xançoban kimi qeyd edilmişdir. Həmin sənəddə qonşu torpaqlar hissəsində adı qeyd edilən X7 əmisi, X8 isə ata nənəsi olmuşdur. Hazırda o, bu yanlışlığı aradan qaldırmaq istəyir, çünki bu hal torpağı mülkiyyətinə keçirməyə ona mane olur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayonu, Quşencə kəndində 25.01.1956-cı il tarixdə qeyd edilmiş İ-İE 127090 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 19.01.1941-ci il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə İsmayıllı rayonu, Quşəncə kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının Quşencə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli 303 saylı arayışından görünür ki, islahat zamanı Ərizəçi adı texniki səhv olaraq X6 yazılmışdır. Əslində onun adı Ərizəçidur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından ərizəçinin müraciətindən imtina edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-363A, Kod 40717018 nömrəli şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, 0.12 ha torpaq sahəsinin mülkiyyətçisinin adı və soyadı X2 qeyd edilmişdir. 18.03.1970-ci il tarixdə verilmiş, AZ 136945 nömrəli evlənmək haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi X12 ilə 18.03.1970-ci ildə doğulmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 18.03.1970ci ildə qeyd edilmişdir. Hərbi bileti notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, vətəndaşın hərbi biletdə adı X1 qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-363A, Kod 40717018 nömrəli şəhadətnamə faktiki olaraq Ərizəçi adına verilmişdir. Lakin sənəddə texniki səhvə yol verilərək vətəndaşın adı Hacıçoban əvəzinə Xançoban kimi qeyd edilmişdir. Halbuki, Ərizəçi doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, hərbi biletində onun adı Ərizəçi kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə müvafiq şəhadətnamədə Ərizəçi adında səhvə yol verildiyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa həmin Qərarda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-363A, Kod 40717018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-363A, Kod 40717018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar