Məhkəmə qərarları › İş №2(010)-56/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-56/2022

30.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-56/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı X1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X1 cavabdehlər X7 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 cavabdehlər X7 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsində cavabdehlər X7 və Cavabdeh2 tərəfindən özbaşına inşa olunmuş 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kvadrat metr olan tikilinin və ona məxsus həyətin giriş qapısının sağ tərəfindən yerləşən uzunluğu 16,23 metr olan hasarın üzərində hörülmüş 0,80 metr hündürlükdə olan, ümumi sahəsi 12,984 (16,25x0,80=12,984) olan tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, YQVÜ: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,027620 ha torpaq sahəsi, üzərində yerləşən 89,1 m2 tikili ilə birlikdə iddiaçının mülkiyyətindədir. Lakin buna baxmayaraq xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər X7 və Cavabdeh2 tərəfindən zəbt edilmiş, orada özbaşına olaraq 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 m2 ölçüdə özbaşına tikili inşa edilmişdir. Hazırda bu tikili cavabdehlərin qanunsuz sahibliyindədir. Bundan başqa cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçıya məxsus həyətə giriş qapısının sağ tərəfində inşa olunmuş uzunluğu 16,23 metr olan hasarın üzərinə 0,80 metr hündürlüyündə hörülmüş tikili də iddiaçının həyətinin ümumi mənzərəsini pozmuşdur. İddiaçı dəfələrlə cavabdehlərdsən ona məxsus torpaq sahəsində özbaşına tikilmiş tikilinin və özbaşına inşa olunmuş hasarın sökülməsini tələb etsə də, cavabdehlər bunu etməmişlər. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək, mübahisəli tikilidə Cavabdeh2 yaşadığını, evin sənədsiz olduğunu bildirərək, iddia tələbinə məhz Cavabdeh2 cavab verməli olduğunu bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, iş materiallarında olan sxemdən də göründüyü kimi qeyd olunan mübahisəli ərazi ona aid olan ¼ hissədə paya düşür. Əlavə olaraq bildirdi ki, həmin evdə iddiaçıya mane olaacaq hər hansı tikili tikilməmişdir. Cavabdehlər X7 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** AR DƏDRX-nin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89.1 kv.m, 0,027620 ha torpaq sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi ********** AR DƏDRX-nin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsi X5 və ¾ hissəsi X11 məxsusdur. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisə predmeti olan əraziyə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, hazırki mübahisənin predmeti olan ərazi məhz X6 məxsus ¼ hissədə paya düşür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdehlər X7 və Cavabdeh2 tərəfindən özbaşına inşa olunmuş 0,90x9,20 metr ölçüdə, ümumi sahəsi 8,28 kvadrat metr olan tikilinin və ona məxsus həyətin giriş qapısının sağ tərəfindən yerləşən uzunluğu 16,23 metr olan hasarın üzərində hörülmüş 0,80 metr hündürlükdə olan, ümumi sahəsi 12,984 (16,25x0,80=12,984) olan tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etsə də, lakin məhkəmə tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli yerli baxış zamanı və hazırki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatından müəyyən edilmişdir ki, hazırki mübahisənin predmeti olan ərazi məhz X6 məxsus ¼ hissədə paya düşür. Məhkəmə tərəfindən həmçinin o da müəyyən edilmişdir ki, cavabdehlər müəyyən müddətdir ki, həmin evdə yaşamırlar. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olsa da, lakin bu hüquq düzgün qaydada həyata keçirilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki mübahisənin predmeti olan ərazi məhz X6 məxsus ¼ hissədə paya düşür. Bu hal iş üzrə keçirilən yerli baxış zamanı və üçüncü şəxsin özünün verdiyi izahatdan müəyyən edilir. Belə olan halda, hazırkı iddia X6 qarşı irəli sürülməlidir. İddiaçıya cavabdehi əsl cavabdehlə əvəz edilməsi təklifi irəli sürülmüş, lakin iddiaçı hesab etmişdir ki, iddiaya məhz Cavabdeh2 cavab verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından isə mübahisəli tikililərin Cavabdeh2 tərəfindən inşa edildiyi öz təsdiqini tapmır. Bunun əksinə olaraq, X4 verdiyi izahatlar zamanı onun evin yerləşdiyi torpaq sahəsi və tikili barədə müfəssəl məlumata malik olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Allahverdı̇ yeva Güldərən İslam qızının cavabdehlər Ələkbərova Brı̇ lyant Ramı̇ z qızı və Ələkbərova Nəzı̇ rə Məhəmmədəlı̇ yevnaya qarşı özbaşına tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar