Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5607/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi «xəsarət və əlilliyin döyüş şəraitində alınması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi «xəsarət və əlilliyin döyüş şəraitində alınması faktının müəyyən edilməsi» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İİİ dərəcəli əlilliyinin döyüş şəraitində videoçəkilişlər aparan zaman aldığı zədələr nəticəsində əmələ gəlməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) *53.2.*-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Ərizəçi İİİ dərəcəli əlilliyinin döyüş şəraitində videoçəkilişlər aparan zaman aldığı zədələr nəticəsində əmələ gəlməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Belə olan halda məhkəmə izah edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, ərizədə qeyd edilən faktı təsdiq edən lazımi sənədi sözügedən qurumdan ala bilmədiyi təqdirdə məhkəməyə müraciət etməlidir. AR MPM-nin *52.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənlərə əsasən və AR MPM-in 35, 4*-*, *52, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «xəsarət və əlilliyin döyüş şəraitində alınması faktının müəyyən edilməsi» tələbinə dair ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5607/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5607/2024
22.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver