Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5619/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Bakı şəhəri 9 saylı notariat ofisi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 9 saylı notariat ofisi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 04.**.2020-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş vəsaiyyətnamənin X9 tərəfindən tərtib edilməsi (ona aid olması) faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66 saylı evin 69-cu mənzilinin mülkiyyətçisi mərhum X9 olmuşdur. X9 *0.08.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat etməmişdən qabaq, yəni 04.**.2020-ci il tarixdə mülkiyyətində olan mənzili ona vəsiyyət etmişdir. X* onunla birgə yaşamış, sonuncunun heç bir vərəsəsi olmadığından həmişə onun köməyinə ehtiyacı olmuş, o da öz növbəsində onun bütün ehtiyaclarını ödəmişdir. X2 vəfatından sonra ondan miras qalmış mənzildə də hal-hazıra kimi yaşamaqla vərəsə kimi mirası faktik qəbul etmiş və bütün kommunal və digər ödənişləri həyata keçirmişdir. 04.**.2020-ci il tarixdə mərhumun ona verdiyi vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsini əldə etmək məqsədilə 9 saylı notariat kontoruna 06.**.2024-cü il tarixdə müraciət etsə də 9 saylı notariat ofisinin xüsusi notariusu R.Sadıqov notariat hərəkətinin aparılmasından imtina etmiş, vəsiyyətnamə notariat qaydasında rəsmiləşdirilmədiyi, həmçinin qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılması mümkün olmamışdır. Hesab edir ki, təqdim etdiyi vəsiyyətnamə qanunazidd deyil. Belə ki, həmin vəsiyyətnamənin məhz mərhum X9 tərəfindən imzalanması 0*.*0.2024-cü il tarixli “X8”nin təsdiq etdiyi rəydə öz əksini tapmışdır. Digər tərəfdən, yuxarıda qeyd etdiyi kimi, miras əmlakı faktiki qəbul etdiyi üçün mirasın qəbulu ilə bağlı müddət ona şamil edilə bilməz. Belə ki, bütün kommunal xərclər və digər ödənişlər mərhum vəfat etdiyi gündən bu günə qədər onun tərəfindən ödənilmişdir. Bu səbəbdən hesab edir ki, 04.**.2020-ci il tarixdə ona verilmiş vəsiyyətnamənin mərhum X7 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək bildirdi ki, mərhum öz əl yazısı ilə vəsiyyətnamə yazmışdır. Vərəsəliklə bağlı heç bir mübahisə yoxdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən qəbul edilmiş 06.**.2024-cü il tarixli qərarından görünür ki, *0.08.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəlik işi üzrə təqdim edilən sənədlər nəzərdən keçirilərək müəyyən edilmişdir ki, miras qoyanın əmlakının qəbulu ilə əlaqədar vəsiyyətnamənin notariat qaydasında rəsmiləşdirilmədiyi, həmçinin qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən notariat hərəkətinin aparılmasından imtina edilmişdir.
6. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 23.*0.2024-cü il tarixdə verilmiş, AZ-İİ 458*90 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *0.08.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *8.*0.2024-cü il tarixdə 939 nömrə ilə qeyd edilmişdir.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 mülkiyyətindədir.
8. * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi *2 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən 07.**.2024-cü il tarixdə verilmiş, 880 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66 saylı evin 69 nömrəli mənzilinə dair 2023-2024-cü illər üçün kommunal istismar xərclərini ödəmişdir.
9. 04.**.2020-ci il tarixli vəsiyyətnamədən (əlyazısı ilə) görünür ki, X3 rayonu, R.Rüstəmov küçəsi, ev 66, mənzil 69 ünvanında yerləşən mənzilini həmin mənzildə onunla yaşayan və faktiki nikahda olan Ərizəçi vəsiyyət etmişdir. *0. “X5” MMC tərəfindən verilmiş 0*.*0.2024-cü il tarixli, ETM-02/*0/24 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X4 adından Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66, mənzil 69-a dair Ərizəçi adına tərtib olunmuş 04.**.2020-ci il tarixli vəsiyyətnamədə “Həsənov Z.Ə” yazısı qarşısındakı imza – X9 tərəfindən icra olunmuşdur. **. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünlanvanmış **.*2.2024-cü il tarixli məktubdan görünür ki, *0.08.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar olaraq, 06.**.2024-cü il tarixdə Ərizəçi notariat ofisinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin vərəsə olmasını sübut edən rəsmi sənədlər olmadığı üçün notarius tərəfindən notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Digər vərəsələr tərəfindən vərəsəlik işi ilə əlaqədar notariat ofisinə müraciət olunmamışdır.
İşin faktiki halları.
*2. ünvan 1 ünvanında yerləşən mənzil X4 mülkiyyətindədir. *3. X9 *0.08.2023-cü il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq.
*4. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə **33. Vərəsəlik anlayışı. **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **34. Vərəsələr. **34.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə **45. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **5*. Miras əmlak. **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə **66. Vəsiyyət anlayışı. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə **67. Vəsiyyət edə bilən şəxs. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə **68. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə **86. Ev vəsiyyətnaməsi. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
*3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır.
Məhkəmənin mövqeyi.
*7. İş materiallarında *0.08.2023-cü il tarixdə vəfat etmiş mərhum X9 adından əl yazısı ilə tərtib edilmiş 04.**.2020-ci il tarixli vəsiyyətnamə mövcuddur. Həmin vəsiyyətnamədə Ziyaddin Həsənovun ünvan 1 ünvanında yerləşən mənzili həmin mənzildə onunla faktiki yaşayan Ərizəçi vəsiyyət etdiyi qeyd edilmişdir. *8. Vəsiyyətnamədə əl yazısı ilə X9 adından çəkilmiş imzanın həqiqətən ona məxsus olmasının müəyyən edilməsi üçün mərhum Ziyaddin Həsənova məxsus sərbəst imza nümunələrindən (mərhumun şəxsiyyət vəsiqəsi, sağlığında onun adından daşınmaz əmlakın dövlət qeydiyyatı idarəsinə ünvanlanmış ərizə) görünən imzalarla müqayisəli şəkildə tədqiq edilərək, imzanın X9 tərəfindən icra edilməsinə dair rəy verilmişdir. *9. Bundan əlavə, həmin evin kommunal ödənişlərinin Ərizəçi tərəfindən ödənildiyini təsdiq edən sənədlər də iş materiallarına əlavə olunmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, 04.**.2020-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş vəsiyyətnamənin X9 tərəfindən tərtib edilməsi (ona aid olması) faktı müəyyən edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.**.2020-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş vəsiyyətnamənin X9 tərəfindən tərtib edilməsi (ona aid olması) faktı müəyyən edilməlidir.
22. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 04.**.2020-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş vəsiyyətnamənin X9 tərəfindən tərtib edilməsi (ona aid olması) faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva