Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5624/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və X3 16 dekabr 1962-ci ildə vəfat etmiş babası - X11 məxsuz olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, babası X15 1898-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Babasının əsil adı və tam adı X12r. Lakin 1962-ci il tarixdə babasının adına verilmiş ünvan 2 ünvan ünvan 3sərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və X13 verilmişdir. 1962-ci il tarixdə babasının adına yəni X15 Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və X9 alan zaman həmin texniki pasportu verən orqan, yani Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qimətləndimıə idarəsi səhvə yol verilmiş və aprel 1962-ci il tarixli Texniki Pasportunda mərhum babasının adı X16 əvəzinə Abdulali Amir oqlı yazılmışdır. Müəyyən bir müddət keçəndən sonra babasının adında olan torpaq sahəni öz adına özəlləşdirməyə görə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər 10 saylı Notariat ofisinə müraciət edərək vərəsəliyimi qəbul etmişdir və həmin 10 saylı nataiat kantorunun 146 saylı 30.03.2021-ci il tarixli məktubu əsasında babasının adında olan torpaq sahəsini öz adıma özəlləşdirməyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinə Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir, lakin Hüquqlarm Dövlət Qeydiyyatı haqqında Daşmmaz Əmlakm DRX-nin Bakı şəh, Ərazi İdarəsi Babamın adma 1962-ci il tarixdə verilmiş X18 Amir oqlı, kimi qeyd edilmişdir. Odur ki, mahiyyəti üzrə baxaraq (Bakı şəhəri. Suraxanı rayonu, Əmircan qəsəbəsi T.Bağırov küçəsi döngə 2,ev.4 ünvamna daif-Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qimətləndirməsinə Aid X1 məxsuz olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf – Azərbaycan Respublikası DƏDRX-nın Balı şəhər Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Onların babası X15 olmuş və 1962-ci ildə vəfat etmişdir. Sonuncunun adına olmuş evin ərizəçinin adına sənədləşdirilməsi zamanı sənədlərdə babalarının adı fərali göstərilmişdir. Bu səbəbdən qardaşı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Belə ki, iş mareiallarına əlavə olunmuş Bakı şəhəri Ordjonikidzevskiy rayonu Suraxanı küçəsi, döngə 2 ev 4 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və X8 surətindən görünür ki, həmin sənəd Abduləli Əmir oğlunun adına verilmişdir. İş materiallarında olan doğum haqqında 08 iyul 1959-cu il tarixdə Ərizəçi adına verilmiş şəhadətnamədən görünür ki, valideynləri qrafasında “atası – Nəriman Əbduləli oğlu” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Milli Arxiv İdarəsinin 16 avqust 2019-cu il tarixli 30 saylı Arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyət aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində1930-cu ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında bərpa kitablarında 1927-ci ilin 1 yarısında doğulan Nəriman Əbdüləli oğlunun təvəllüdü, atasının Əbdüləli Əmir oğlunun olması müəyyən olunur. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 16 dekabr 1962-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Ərizəçi ünvanlanmış 18.05.2021-ci il tarixli cavab məktubu ilə mərhum X7 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəyə baxıldığı və təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəddə (texniki pasport) hüquq sahibinin soyadı qeyd olunmadığı üçün eyniləşdirilmə aparmaq mümkün olmamışdır. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və iş materialları ilə təsdiq olundu ki, Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və X9 16 dekabr 1962-ci il tarixdə vəfat etmiş X11 verilmiş və sonuncuya məxsus olmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərufatı Nazirliyi tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə X6 və X4 16 dekabr 1962-ci il tarixdə vəfat etmiş X11 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-5624/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5624/2021
11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver