Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5633/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ЕTDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169.5 kv.m olan fərdi yaşayış evinin ¾ hissəsi üzərində, **-UG-*** dövlət qeydiyyat nişanlı “VAZ 21043” minik markalı və **-DR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitələrindən ibarət miras əmlakın hər birinin ½ hissəsi üzərində qanun üzrə vərəsə kimi payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər məhkəməsinə göndərilməli olduğu halda Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddia ərizəsində İddiaçı ilə mərhum həyat yoldaşı X2 arasında 09.09.2018-ci ildə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 3303 saylı nikahı qeydə alındığı, birgə nikahlarından azyaşlı 12.11.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı Məmmədov Aqilin 10.12.2020-ci il tarixdə vəfat etdiyi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya mərhum həyat yoldaşından miras qaldığı göstərilmiş, faktiki ünvan olaraq isə ünvan 2ə baxmayaraq ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən irəli sürülən iddianın predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin müstəsna aidiyyətə aid olduğundan həmin ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respulikası MPM) 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya izah olunur ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 və 277.1-ci maddələrinə əsaslanaraq QƏRARA АLDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçi İddiaçı geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-5633/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5633/2021
01.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver