Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-313/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İbrahimov Malik Ənvər oğlunun və İbrahimova Sevil Ənvər qızının cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızına, cavabdeh3 qızına qarşı (üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Bərdə Ərazi İdarəsi olmaqla) iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, çıxarışın ləğvi, vərəsəliyin müəyyən olunması) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, cavabdeh X3 və nümayəndəsi (vəkili) vəkil1 , iddiaçı İbrahimova Sevil Ənvər qızı və nümayəndəsi (vəkili) vəkil2 iştirakları ilə, İddiaçılar İbrahimov Malik Ənvər oğlunun və İbrahimova Sevil Ənvər qızının cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızına, cavabdeh3 qızına qarşı (üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Bərdə Ərazi İdarəsi olmaqla) “Tərtər Rayon Notariat Ofisində təsdiq edilmiş və İbrahimov Ənvər Qənbər oğlunun eləcə də İbrahimova Güllü Qurban qızının vəfatından sonra Tərtər rayon Qaradağlı kəndində yerləşən əmlaklara dair İbrahimova Şəhlaxanım Ənvər qızının və cavabdeh3 adına verilmiş *V-*** saylı ##.##.2025-ci il tarixli 0.8299 ha torpaq sahəsinə aid olan və *V-*** saylı ## #### 2025-ci il tarixli 0,31266 ha torpaq sahəsinə aid qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqaviləsinin yuxarıda göstərilmiş əsaslarla etibarsız hesab edilməsi və onların miras əmlakda paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərtər rayon Qaradağlı kənd İƏD-i nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıların anaları İbrahimova Güllü Qurban qızı ## ####### 2012-ci ildə xroniki ürək çatışmamazlığından Tərtər rayonun Qaradağlı kəndində vəfat etmişdir.
2. Tərtər rayon Qeydiyyat Şöbəsinin ## #### 2025-ci il tarixli, **/**-*** saylı arayışın surətindən görünür ki, iddiaçıların ataları İbrahimov Ənvər Qənbər oğlu ## #### 2002-ci ildə kəskin qan damar çatışmamazlığından Tərtər rayonun Qaradağlı kəndində vəfat etmişdir.
3. Tərtər rayon Notariat Ofisinin ## #### 2025-ci il tarixli *** №-li qərarından görünür ki, iş üzrə iddiaçılar İbrahimov Malik Ənvər oğluna və İbrahimova Sevil Ənvər qızına vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmiş, onlara aidiyyəti üzrə məhkəməyə şikayət etmək hüquqları izah olunmuşdur.
4. Tərtər rayon Notariat Ofisinin ## #### 2025-ci il tarixli *** №-li qərarından görünür ki, iş üzrə iddiaçılar İbrahimov Malik Ənvər oğluna və İbrahimova Sevil Ənvər qızına vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmiş, onlara aidiyyəti üzrə məhkəməyə şikayət etmək hüquqları izah olunmuşdur.
5. Tərtər rayon Qaradağlı kənd İƏD-i nümayəndəliyi tərəfindən ## #### 2025-ci il tarixli, *** saylı iddiaçı İbrahimov Malik Ənvər oğluna verilmiş arayışdan görünür ki, onun məhrum atası İbrahimov Ənvər Qənbər oğlu və mərhumə anası İbrahimova Güllü Qurban qızı vəfat edənə qədər Tərtər rayon Qaradağlı kəndində birgə yaşamışlar. Onların birgə nikahlarından aşağıdakı övladları qalmışdır. 1. İbrahimov Malik Ənvər oğlu, 2.İbrahimova Sevil Ənvər qızı, 3.İbrahimova Şəhlaxanım Ənvər qızı, 4. cavabdeh3.
6. Azərbaycan Respublikası Mərkəzi Bankı-X19 görünür ki, iddiaçı İbrahimov Malik Ənvər oğlu məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.
7. Tərtər rayon Qaradağlı kənd İƏD-i nümayəndəliyi tərəfindən ## #### 2025-ci il tarixli, *** saylı iddiaçı İbrahimov Malik Ənvər oğluna verilmiş Arayışdan görünür ki, onun mərhumə anası İbrahimova Güllü Qurban qızı vəfat edənə qədər Tərtər rayon Qaradağlı kəndində birgə yaşamış, onun adına 0,22 ha olan həyətyanı torpaq sahəsində 140 m2 ölçüdə 1(bir) mərtəbəli 4 (dörd) otaqlı yaşayış evi olmuşdur.
8. AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin, doğum haqında şəhadətnamənin surətindən və icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı İbrahimov Malik Ənvər oğlu ##.##.1949-cu ildə Tərtər rayonun Qaradağlı kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır.
9. AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin surətindən və icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı İbrahimova Sevil Ənvər qızı ##.##.1952-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Bərdə Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/** saylı iddiaçıların vəkillərinə ünvanlanmış məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, sorğuda qeyd olunan İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızının 10 nəfər ailə üzvləri ilə birlikdə adlarına JN-***G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Tərtər rayonu Qaradağlı kəndində 0,03 ha həyətyanı torpaq sahəsi və JN-***F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Tərtər rayonu Qaradağlı kəndində 0,22 ha həyətyanı torpaq sahəsi aşkar olunmuşdur.
11. İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızının 10 nəfər ailə üzvləri ilə birlikdə adlarına Tərtər rayonu Qaradağlı kəndində 3.1266 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsi ##.##.2025-ci il tarixli *Ə-*** saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh1 adına alqı-satqı olunmuşdur.
12. İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızının 10 nəfər ailə üzvləri ilə birlikdə adlarına Tərtər rayonu Qaradağlı kəndində 0.8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsi ##.##.2025-ci il tarixli *Ə-*** saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh1 adına alqı-satqı olunmuşdur.
13. AN-İ № ******* saylı ## #### 2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcılar cavabdeh3, İbrahimova Zəhra Alik qızı, X1, X15, İbrahimova Şəhlaxanım Ənvər qızı, İbrahimov Orxan Alik oğlu və İbrahimova X12 rayonu, Qaradağlı kəndi ünvanında yerləşən, ümumi sahəsi 3.1266 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı cavabdeh1 satmışlar.
14. AN-İ № ******* saylı ## #### 2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcılar cavabdeh3, İbrahimova Zəhra Alik qızı, X1, X15, İbrahimova Şəhlaxanım Ənvər qızı, İbrahimov Orxan Alik oğlu və İbrahimova X12 rayonu, Qaradağlı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.8299 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı cavabdeh1 satmışlar.
15. Məhkəmənin sorğusuna əsasən Tərtər rayon Xüsusi Notariat Ofisinin təqdim olunmuş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə cavabdehlər cavabdeh3 və İbrahimova Şəhlaxanım Ənvər qızı valideynləri İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Həmin ərizələrdə digər vərəsələrin olmamasını qeyd etmişlər. Halbuki həmin sənədlərə əlavə olunmuş -Tərtər rayon Qaradağlı kənd İƏD-i nümayəndəliyi tərəfindən ## #### 2025-ci il tarixli, *** saylı iş üzrə cavabdeh cavabdeh3 verilmiş Arayışdan görünür ki, onun məhrumə anası İbrahimova Güllü Qurban qızı vəfat edənə qədər Tərtər rayon Qaradağlı kəndində yaşamışdır. Anası İbrahimova Güllü Qurban qızı öldükdən sonra aşağıdakı- 1. İbrahimov Malik Ənvər oğlu 1949, 2.X5 1952, 3.İbrahimova Şəhlaxanım Ənvər qızı 1956, 4. cavabdeh3 1958-ci il təvəllüdlü övladları qalmışdır. Arayış Tərtər rayon Dövlət Notariat Kontoruna təqdim edilməsindən ötrü verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçılar İbrahimov Malik Ənvər oğlu və İbrahimova Sevil Ənvər qızı cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızına, cavabdeh3 qızına qarşı (üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Bərdə Ərazi İdarəsi olmaqla) “Tərtər Rayon Notariat Ofisində təsdiq edilmiş və İbrahimov Ənvər Qənbər oğlunun eləcə də İbrahimova Güllü Qurban qızının vəfatından sonra Tərtər rayon Qaradağlı kəndində yerləşən əmlaklara dair İbrahimova Şəhlaxanım Ənvər qızının və cavabdeh3 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqaviləsinin yuxarıda göstərilmiş əsaslarla etibarsız hesab edilməsi və onların miras əmlakda paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
17. İddiaçılar İbrahimov Malik Ənvər oğlunun İbrahimova Sevil Ənvər qızının səlahiyyətli nümayəndəsi və vəkilləri vəkil2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsi əsasında iddianın dəyişdirilməsi-iddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizəsindən aydın olur ki, “Tərtər Rayon Notariat Ofisində təsdiq edilmiş və İbrahimov Ənvər Qənbər oğlunun eləcə də İbrahimova Güllü Qurban qızının vəfatından sonra Tərtər rayon Qaradağlı kəndində yerləşən əmlaklara dair İbrahimova Şəhlaxanım Ənvər qızının və cavabdeh3 adına verilmiş *V-*** saylı ##.##.2025-ci il tarixli 0.8299 ha torpaq sahəsinə aid olan və *V*** saylı ## #### 2025-ci il tarixli 0,31266 ha torpaq sahəsinə aid qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqaviləsinin yuxarıda göstərilmiş əsaslarla etibarsız hesab edilməsi və onların miras əmlakda paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İbrahimov Ənvər Qənbər oğlunun və İbrahimova Güllü Qurban qızının övladlarıdırlar. Ataları İbrahimov Ənvər Qənbər oğlu ## #### 2002-ci ildə, anaları İbrahimova Güllü Qurban qızı isə ##.##.2012-ci il tarixdə vəfat etmişlər. Bu barədə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq ölüm haqqında şəhadətnamələr verilmişdir. Onlar ata və analarının qulluğunda durmuşlar. Ataları vəfat etdikdən sonra cavabdehlər bacı və qardaşları İbrahimova Şəhlaxanım Ənvər qızı və cavabdeh3 onlardan xəbərsiz olaraq miras əmlaka yiyələnmişlər. Digər tərəfdən Notariat Kontoru bu vəziyyətə məqsədli şəkildə göz yummuş və vərəsəlik şəhadətnaməsini vərəsələrin tam dairəsini müəyyən etmədən vermiş, cavabdeh şəxslər həmin vərəsəlik şəhadətnaməsinə əsasən onların da payları olan atalarından, analarından miras qalmış əmlaka dair digər bir şəxslə alqı-satqı etmişlər. Onların son bir aya qədər atalarından miras qalmış Tərtər rayonu Qaradağlı kəndində yerləşən torpaq sahələrinin və fərdi yaşayış evinin cavabdehlər İbarhimova Şəhlaxanım Ənvər qızı və X11 tərəfindən vərəsəlik işi açılaraq mirasın qəbul edilməsi barədə məlumatı olmamışdır. Qeyd olunan günə qədər həmin mülkiyyətlərin sənədinin atasının adında qaldığı zənn etmişlər. Lakin bir təsadüf nəticəsində ona aydın olmuşdur ki, cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızı və cavabdeh3 özləri tək vərəsələr onlar imiş kimi təqdim edərək miras əmlakı Tərtər rayon Notariat Ofisində qəbul edərək öz adlarına müvafiq vərəsəlik şəhadətnaməsi almış, onun əsasında isə müvafiq alqı-satqı etmişlər. Buradan da belə aydın olur ki, atalarının dəfninə belə gəlməyən, onların dəfn mərasiminə xərcləri belə çıxmayan övladının məqsədi atanın mirası vasitəsi ilə əsassız olaraq varlanmaq olub. Bundan başqa, ataları yaşlı olduğundan və onun daim qulluğa ehtiyacı olduğundan, onlar hər zaman onun qulluğunda durmuş, ona baxmış və heç vaxt onu tək buraxmamışlar. Lakin ataları vəfat etdikdən sonra cavabdehlər notariat ofisinə onlardan xəbərsiz müraciət edərək vərəsəlik paylarının müəyyən olunmasını tələb etmişlər. Onların isə bu məsələdən heç bir məlumatları olmamışdır. Belə ki, atalarına məxsus olmuş Tərtər rayon Qaradağlı kəndində yerləşən evində atalarına qulluq etmiş, daim onların yanlarında olmuşdur. Digər vərəsələr isə onların vərəsəlik hüquqlarını pozaraq atalarından qalan mirasa tək özləri sahib olmuşlar. Beləliklə, onlara qanunvericiliklə nəzərdə tutulmuş vərəsəlik payı çatmamışdır. Bu səbəbdən də, Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələri və onların əsasında verilmiş alqı-satqı və digər sənədlər etibarsız hesab edilməli və ləğv edilməlidir. Bundan əlavə, qanunvericiliyə əsasən vərəsələrin dairəsi müəyyən olunmalı və vərəsələrin hər birinə məlumat verilməli idi. Artıq bundan sonra vərəsələr birbirlərinin xeyrinə miras əmlakdan imtina edə bilərlər. Lakin çox böyük ehtimalla cavabdehlər vərəsəlik işi açılarkən ailə üzvlərinin vərəsələrin dairəsini müəyyən etməsi üçün müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVADQ Şöbəsindən ailə tərkibi haqqında arayış alınmalı idi. Bunun əvəzinə Notariat xidməti İcra Nümayəndəliyi arayışı ilə vərəsəliyin dairəsini müəyyən edir. Bu isə birbaşa qanun pozuntusudur. Belə ki, icra nümayəndəsi yalnız qeyd olunan küçədə və ya kənddə yaşayanları tanıya bilər. Bu isə qohumluq münasibətinin müəyyən olunması üçün Notarius müvafiq qaydada sorğular verməli və vərəsələrin dairəsini müəyyən etdikdən sonra vərəsəlik barədə şəhadətnamə verməməklə qanuni kobud surətdə pozmuşdur. Həmin şəhadətnamə və şəhadətnamə əsasında alınmış sənədlər, eləcə də alqı-satqı müqaviləsi aşağıda göstərilən səbəblərə görə də etibarsız hesab edilməlidir. İş üzrə cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızı və cavabdeh3 və Tərtər rayon Notariat Ofisi qanunsuz olaraq atalarından miras qalmış əmlakı qanunsuz olaraq ələ keçirməklə onları faktiki olaraq miras əmlakdan məhrum etmişlər və bununla da onların mülkiyyət və vərəsəlik hüquqları pozulmuşdur. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızına, cavabdeh3 qızına qarşı (üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Bərdə Ərazi İdarəsi olmaqla) “Tərtər Rayon Notariat Ofisində təsdiq edilmiş və İbrahimov Ənvər Qənbər oğlunun eləcə də İbrahimova Güllü Qurban qızının vəfatından sonra Tərtər rayon Qaradağlı kəndində yerləşən əmlaklara dair İbrahimova Şəhlaxanım Ənvər qızının və cavabdeh3 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqaviləsinin yuxarıda göstərilmiş əsaslarla etibarsız hesab edilməsi və onların miras əmlakda paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
19. Tərtər Rayon Məhkəməsinin (***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim K.A. Rzayev) iddia təmin edilmiş, “Tərtər Rayon Notariat Ofisində təsdiq edilmiş və İbrahimov Ənvər Qənbər oğlunun eləcə də İbrahimova Güllü Qurban qızının vəfatından sonra Tərtər rayon Qaradağlı kəndində yerləşən əmlaklara dair İbrahimova Şəhlaxanım Ənvər qızının və cavabdeh3 adına verilmiş *V-*** saylı ##.##.2025-ci il tarixli 0.8299 ha torpaq sahəsinə aid olan və *V-*** saylı ## #### 2025-ci il tarixli 0,31266 ha torpaq sahəsinə aid qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsi, çıxarış və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçılar İbrahimov Malik Ənvər oğlu və İbrahimova X13 rayon Qaradağlı kəndində yerləşən və mərhum valideynləri İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızından miras qalmış əmlaklara görə qanun üzrə İ dərəcəli vərəsə kimi tanınması, iddiaçılar İbrahimov Malik Ənvər oğlunun və İbrahimova Sevil Ənvər qızının Tərtər rayon Qaradağlı kəndində yerləşən mərhum valideynləri İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızından miras qalmış əmlaklara görə qanun üzrə 1/4 hissəsinə İ dərəcəli vərəsə kimi payı müəyyən edilməsi qət edilmişdir.
20. Məhkəmə, müvafiq qanunvericiliyə istinad edərək qeyd etmişdir ki, miras qalmış mülkü tərəflər, vərəsə kimi qəbul etmişlər. Qanunun tələbləri ilə miras qalmış mülkün bölüşdürülməsi zamanı iddiaçılara 1/4 hissə miras payı düşməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1- 152.5, 21.337.1-337.5, 1133.1, 1134.1, 1134.2, 1145, 1146, 1149, 1159, 1243.2, 1243.3, 1246, 1274, 1291-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı işdə şərhinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 117, 217.1-217.4, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, iddiaçı olan qardaşı İbrahimov Malik Ənvər oğlu hələ ata-anasının sağlığından, yəni 1973-cü ildə ailə quraraq ata mülkündən ayrılaraq Tərtər rayonun Qes Qəsəbəsində ailəsi ilə yaşamış və hazırda da yaşayır. İddiaçı olan bacısı İbrahimova Sevil Ənvər qızı hələ ata-anasının sağlığından, yəni 1978-ci ildən ailə qurub ata mülkündən ayrılaraq Tərtər şəhərinə ər evinə köçmüş və ailəsi ilə orada yaşamış və hazırda da yaşayır. Onların ata mülkündən göstərilən tarixdə ayrılması onunla da təsdiq olunur ki, 1996 - 1998-ci illərdə keçirilən Aqrar İslahat zamanı onlar ata mülkündə yaşamadıqlarından və qeydiyyatda olmadıqlarına görə ailəyə verilən pay torpaq sahəsində adları paylı mülkiyyətçilər kimi Dövlət Aktında göstərilməmiş və onlara pay torpaq sahəsi verilməmişdir. Ancaq o və digər cavabdeh olan bacısı İbrahimova Şəhlaxanım Ənvər qızı, habelə arvadı və uşaqları daimi ata və anası ilə birlikdə ata mülkündə yaşadığına görə Aqrar İslahat zamanı ailəyə verilən pay və digər torpaq sahələrində adları paylı mülkiyyətçi kimi Dövlət Aktında göstərilmişdir. Mərhum atası İbrahimov Ənvər Qənbər oğlu ## #### 2002-ci ildə, mərhum anası İbrahimova Güllü Qurban qızı isə ## ####### 2012-ci ildə ölmüşlər. Mərhum ata və ana öləndən sonra da o və digər cavabdeh İbrahimova Şəhlaxanım Ənvər qızı miras ata mülkündə və evində yaşamaqla, özlərinin də mülkiyyətçisi olduğu mübahisəli 3.1266 ha və 0.8299 ha pay torpaq sahələrini əkib-becərməklə, miras əmlaka sahiblik etməklə və onu idarə etməklə mirası qəbul etmişlər. Ancaq nə iddiaçılardan qardaşı İbrahimov Malik Ənvər oğlu, nə də iddiaçı olan bacı İbrahimova Sevil Ənvər qızı mərhum ata və ana öləndən əvvəl də, öləndən sonra da miras əmlakda yaşamamışlar, miras əmlakı və mübahisəli miras pay torpaq sahəsinə sahiblik etməməklə və onu faktiki idarə etməməklə mirası qəbul etməmişlər. Nəinki qəbul etməmişlər, heç onlar hazırda da mübahisəli miras pay torpaq sahəsinin harada yerləşməsini belə bilmirlər. Mərhum ata-ana ölən vaxt, yəni onların mübahisəli pay torpaq sahəsində paylarına miras açılan vaxt olan 2002-ci və 2012-ci illərdə qüvvədə olan maddi hüquq normalarına əsasən vərəsə, vərəsəliyə çağrıldığı bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdirsə o, mirasdan pay ala bilməz. Ancaq Tərtər Rayon Məhkəməsi iddiaçıların mirası qəbul etməməsi kimi işin həqiqi və faktiki hallarını aydınlaşdırmamış və nəzərə almamışdır. Mübahisəli Tərtər rayon Qaradağlı kəndində yerləşən 3.1266 və 0.8299 ha pay torpaq sahələri ##.##.2025-ci il tarixli 4Ə-550 və *Ə-*** saylı alqı-satqı müqavilələrinə əsasən paylı mülkiyyətçilər tərəfindən notarial qaydada alğı-satqı müqaviləsi bağlanaraq cavabdeh1 satılmışdır. cavabdeh1 isə bu alqı-satqı müqavilələrinə əsasən həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdən qeydiyyat tarixi ##.##.2025-ci il və ##.##.2025-ci il, qeydiyyat nömrələri 1825013665 və 1825013664 olan mülkiyyət hüququ haqqında Çıxarışlar almışlar. Həmin Çıxarışlar məhkəmədə mübahisələndirilməmiş və məhkəmə tərəfindən ləğv edilməməklə hazırda da qüvvədədir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki halı aydınlaşdırmadan hazırda da qüvvədə olan və ləğv edilməmiş Çıxarışla cavabdeh1 mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara ¼ hisədə vərəsə kimi pay vermişdir. Bundan əlavə, məhkəmə cavabdeh1 və alğı-satqıda iştirak edib öz paylarını satan paylı mülkiyyətçiləri işdə iştirak etməyə cəlb etməyərək onların hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələləri həll etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçılar miras açıldıqda qəbul etməyiblər. Hazırda cavabdeh1 torpaq sahəsi üzrə çıxarışı qüvvədədir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İbrahimova Sevil Ənvər qızının nümayəndəsi (vəkili) vəkil2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, onların da miras əmlaklara vərəsəlik hüquqlarının olduğunu bildirdi və iddialarının təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, notarius iddiaçıların cavabdehlərin miras qəbulu üzrə müraciətlərindən 10 gün sonra müraciət etməsinə baxmayaraq, qəbul etməmişdir. cavabdeh1lə olan formal alğı-satqı halıdır. Qənbərin həyat yoldaşı Bahar torpaq sahəsini icarəyə verdiyinə görə iddiaçılar istifadə edə bilməmişdirlər.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 bildirmişdir ki, mərhum anasının dəfni zamanı orada olmuş, 2012-ci ildən sonra da həmin sahədə əkin-biçin işləri ilə məşğul olmuş və icarəyə vermişdir. İddiaçılar ondan icarə pulundan pay tələb etməmişdirlər. Lakin digər cavabdehlərə icarə pulundan haqlarını vermişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1273-1. Vərəsənin susması Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. (## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
30. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı. Qərarda qeyd edilmişdir ki, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz. Eyni zamanda o da qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə qeyd olunan Qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarın tətbiq dairəsi ilə bağlı isə qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
34. İş materiallarının tədqiqindən müəyyən olunur ki, tərəflər 4 nəfər bacı-qardaşdırlar, onların anaları 2012-cu ildə, ataları 2002-ci ildə vəfat edib. Mərhum ata İbrahimov Ənvər Qənbər oğlu və mərhumə ana İbrahimova Güllü Qurban qızı vəfat edənə qədər Tərtər rayon Qaradağlı kəndində birgə yaşamışlar. Onların birgə nikahlarından İbrahimov Malik Ənvər oğlu, İbrahimova Sevil Ənvər qızı, İbrahimova Şəhlaxanım Ənvər qızı, cavabdeh3 adlı övladları qalmışdır. İbrahimov Ənvər Qənbər oğlu və İbrahimova Güllü Qurban qızının 10 nəfər ailə üzvləri ilə birlikdə adlarına Tərtər rayonu Qaradağlı kəndində 3.1266 ha və 0.8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Mübahisəli miras əmlaklarla bağlı cavabdehlər İbrahimova Şəhlaxanım Ənvər qızı və cavabdeh3 vərəsəlik şəhadətnamələri və mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Daha sonra cavabdeh3, İbrahimova Zəhra Alik qızı, X1, X15, İbrahimova Şəhlaxanım Ənvər qızı, İbrahimov Orxan Alik oğlu və İbrahimova Samirə Alik qızı mübahisəli torpaq sahələrini paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı cavabdeh1 satmışlar. İddiaçılar məhkəməyə müraciət edərək İbrahimova Şəhlaxanım Ənvər qızının və cavabdeh3 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqaviləsinin yuxarıda göstərilmiş əsaslarla etibarsız hesab edilməsi və onların miras əmlakda paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
35. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, ərizədə texniki yanlışlıq olaraq fərqli şəhadətnamə nömrələri qeyd edilmişdir. Mübahisəli əmlaklara dair İbrahimova Şəhlaxanım Ənvər qızı və cavabdeh3 adına verilmiş *V-*** saylı ##.##.2025-ci il tarixli 0.8299 ha torpaq sahəsinə aid olan və *V-*** saylı ## #### 2025-ci il tarixli 0.31266 ha torpaq sahəsinə aid qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş qeydiyyat vəsiqəsinin, çıxarışın və alqı-satqı müqaviləsinin yuxarıda göstərilmiş əsaslarla etibarsız hesab edilməsi və onların miras əmlakda paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
36. Kollegiya iddiaçı tərəfindən 2V-752 və *V-*** saylı vərəsəlik haqında şəhadətnamələrin qeyd edilməsini texniki yalnışlıq kimi qəbul edir və mübahisələndirilən şəhadətnamələrin 2V-757 və *V-*** saylı şəhadətnamələr olmasını qəbul edir.
37. Vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Vərəsəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən qanun üzrə vərəsəlik hüququ iki formada əldə edilə bilər: vərəsənin notariat orqanına müraciət etməklə hüquqlarını qeydə aldırması və ya miras əmlakı faktiki idarə etməklə, mirası faktiki qəbul etməsi.
38. İddiaçı tərəf ona əsaslanır ki, cavabdehlər notariat orqanına müraciət edəndə onlar barədə məlumat verməyib, onların isə cavabdehlər tərəfindən vərəsəliyin rəsmiləşdirilməsindən xəbərləri olmayıb. Həmçinin ona istinad edilmişdir ki, notariat kontoru vərəsələrin tam dairəsini müəyyən etmədən vərəsəlik şəhadətnaməsi vermişdir.
39. Mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının müəyyən edilməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçı tərəfin mübahisə obyekti olan əmlaklara hüquqlarının olubolmaması
40. məsələsinə aydınlıq gətirilməsi üçün hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarı baxımından yanaşmanı zəruri hesab edir. Həmin Qərarda hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilməlidirlər, aktın təsir dairəsinə görə isə Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalı, eyni zamanda yekunlaşmayan mülki işlərə və sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə dayandırılan işlərə də tətbiq olunmalıdır.
41. Hazırkı iş məhkəmənin icraatına ##.##.2025-ci il tarixində qəbul edilmişdir. Qərar isə ## ###### 2023-cü ildə qəbul edilmişdir. Vərəsəlik münasibətləri isə 2002 və 2012-ci illərdə yaranmışdır. Deməli, hazırkı mübahisə həmin Qərarın təsir dairəsinə düşmür və Qərar hazırkı mübahisəyə tətbiq edilməməlidir.
42. Beləliklə, müəyyən edilir ki, hazırkı mübahisəyə münasibətlərin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Vərəsəliyin qəbul edilməsi müddətləri Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
43. İşin hallarından görünür ki, iddiaçı tərəf valideynlərinin vəfat etdiyi zaman miras əmlakla bağlı hüquqlarını bildirməməklə, həmin dövrdə qüvvədə olan maddi hüquq normasında nəzərdə tutulmuş müddəti ötürmüşlər.
44. Kollegiya hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır.
45. Belə ki, müvafiq qanunvericiliyə əsasən, mirasın faktiki qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutlara vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd,mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər ola bilər.
46. İddiaçı tərəf onlar miras açıldığı vaxtdan etibarən mübahisəli torpaq sahələrini idarə etmələrini, onlardan istifadə etmələrini, həmin torpaqlarda əkin-biçin işləri aparmalarını, məhsul əldə etmələrini, torpaqları icarəyə vermələrini, müvafiq vergilərini ödəmələrini və ya miras əmlaka sahib kimi davrandıqlarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər.
47. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Şəhlaxanım İbrahimova və cavabdeh3 uzun illər ərzində torpaq sahələrinə faktiki sahiblik etmiş, həmin torpaq sahələrində kənd təsərrüfatı işləri aparmış, torpaqları icarəyə vermiş və miras əmlakı öz vəsaitləri hesabına idarə etmişlər. Bu hallar onların mirası faktiki qəbul etmələrini təsdiq edən hüquqi əhəmiyyətli hallar kimi qiymətləndirilməlidir.
48. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar notariat orqanına müraciət etdikdə mirasın qəbul olunması üçün qanunla nəzərdə tutulmuş müddət artıq keçmiş olmuşdur. Notariusun imtinası məhz bu hal ilə əlaqədar verilmişdir. İddiaçılar həmin müddətin üzrlü səbəbdən buraxıldığını və ya mirası faktiki qəbul etdiklərini sübuta yetirə bilməmişlər.
49. Həmçinin məhkəmə kollegiyası iddiaçı tərəfin notariusun müddəti ötürmələrinə baxmayaraq cavabdehlərə vərəsəlik üzrə şəhadətnamələr verilməsi ilə bağlı arqumentini əsassız hesab edir. Belə ki, notariusun cavabdehlərin müraciətini qəbul etməsi və onların adına vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi özlüyündə qanun pozuntusu hesab edilə bilməz. Çünki iş materialları ilə cavabdehlərin mirası faktiki qəbul etdikləri müəyyən olunmuşdur. İddiaçılar isə mirası qəbul etmələrini təsdiq edən hər hansı sübut təqdim etməmişlər.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətində istinad olunan dəlillərə münasibətdə bildirir ki, iddiaçı tərəfin ara-sıra valideynlərinə baş çəkməsi, miras qoyanların yas mərasimlərində iştirak etməsi halları miras əmlakın faktiki qəbul edilməsi kimi qəbul edilə bilməz. Mirasın faktiki qəbul edilməsi davamlı və məqsədyönlü hərəkət olmaqla, əmlakın funksionallığını saxlamağa yönəlmiş hərəkətlər olmalıdır.
51. Bununla yanaşı, mübahisəli torpaq sahələri alğı-satqı müqavilələrinə əsasən, paylı mülkiyyətçilər tərəfindən notarial qaydada alğı-satqı müqaviləsi bağlanaraq cavabdeh1 satılmışdır. cavabdeh1 isə bu alğı-satqı müqavilələrinə əsasən, həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdən mülkiyyət hüququ haqqında Çıxarışlar almışdır.
52. Mülki qanunvericiliyə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı işdə birinci instansiya məhkəməsinin qərarı ilə mülkiyyətçinin öz əmlakı üzərində qanunla müəyyənləşdirilmiş hüquqlarını həyata keçirə bilməsi halı hüquqi əsas olmadan məhdudlaşdırılmışdır.
53. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin olunmalı, Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin olunsun. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçı tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.