Məhkəmə qərarları › İş №2(3-8)-770/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-770/2026

15.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-770/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Sumqayıt şəhər * saylı Notariat ofisinə, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlakın qəbul müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Sumqayıt şəhər * saylı Notariat ofisinə qarşı “qanun miras əmlakın qəbul müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 ##.##.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ailə üzvləri, yəni həyat yoldaşı Şərifova Aytən və * azyaşlı övladları ilə birlikdə qeyd olunmuş ünvanda pasport qeydiyyatında olmaqla, faktiki olaraq da orada yaşayır. Atası Şərifov Şərif Babalı oğlu ##.##.1980-cı il tarixdə X14 ilə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları olmuşdur. Belə ki, atası Şərifov Şərif Babalı oğlu ##.##.1996-cı il tarixdə vəfat etmişdir. İddiaçı iddiaçı1 Ramiz oğlu ##.##.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X4 ##.##.195*-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ##.##.2009-cu il tarixdə isə vəfat etmişdir. Bildirmək istəyir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsi mərhum babaları Babalı Şərif oğlunun mülkiyyətində olmuşdur. Belə ki, mərhum babaları ##.##.1991-ci il tarixdə vəfat etmişdir. Mübahisənin predmeti olan, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsi, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsi Babalı Şərif oğlundan miras qalmışdır. iddiaçı2 anadan olduğu müddətdən hal-hazırkı vaxta kimi həmin ünvanda pasport qeydiyyatındadır. Habelə onunla bərabər anası, həyat yoldaşı və * azyaşlı övladları da qeyd olunmuş ünvanda pasport qeydiyyatında olmaqla faktiki olaraq da orada yaşayırlar. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli, *** №-li arayışında bu barədə qeydlər daha ətraflı şəkildə qeyd olunmuşdur. Göründüyü kimi mərhum babasından miras qalmış ev onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bununla yanaşı bu günə kimi sözügedən əmlakla bağlı digər vərəsələrlə arasında heç bir mübahisə olmamış, əksinə razılaşdırılmış şəkildə uzun illərdir ki, miras əmlak onun istifadəsindədir. Lakin son vaxtlarda məlum olmuşdur ki, mərhum babasından miras qalmış əmlak ##.##.202*-cü il və ##.##.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrlə mərhum babasının digər oğullları, yəni əmiləri cavabdeh2 və Şərifov Kamil Babalı oğlu Babalı Şərif oğlunun yeganə vərəsələri kimi tanınmış və miras əmlak paylı mülkiyyət kimi onların adına keçmişdir. Belə ki, iddiaçılar tərəfindən məlumat əldə edildikdən sonra onlar ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisinə müraciət edilmiş və nəticədə məlum olmuşdur ki, cavabdehlər qəsdən onlara xəbər vermədən notariat orqanına vərəsəlik işinin açılmasına nail olmuşlar və bu zaman mərhumun digər vərəsələri barədə notariat orqanına məlumat verilmədiyindən, onlara çatmalı olan əmlak payını almaqdan məhrum olmuşlar. Nəzərə çatdırır ki, mərhum babaları Babalı Şərif oğlu ##.##.1991-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən *2 il sonra cavabdeh notariat orqanına müraciət etmişdir. Baxmayaraq ki, həmin müraciəti notarius qəbul etməməli və miras əmlakının qəbulu faktının tanınması məhkəmə qaydasında həyata keçirilməli idi. Belə ki, mərhum babası 1991-ci il tarixdə, mərhun atası Şərifov Şərif isə 1996-ci ildə vəfat etmişdir. Mərhum atası atasının ölümündən sonra notariat ofisinə miras payının qəbul edilməsinə dair rəsmi şəkildə müraciət etməsə də sözügedən ünvanda faktiki yaşamış, torpaq sahəsindən istifadə etmiş və miras əmlakın idarə edilməsini həyata keçirtmişdir. Bununla əlaqədar olaraq qonşuların şahidliyi ilə tərtib edilərək imzalanmış akt iş materiallarına əlavə edilmişdir. MM-nin 1276-cı maddəsinə əsasən, miras yalnız ərizə ilə deyil, həm də faktiki olaraq qəbul edilə bilər. Atasının əmlakdan faktiki istifadəsi onun mirası qəbul etdiyini təsdiqləyir. Göründüyü kimi mərhum atasının vəfatından sonra 1996-cı il tarixdən həmin miras əmlaka dair hüquqlar ona keçmişdir. Lakin cavabdehlər iddiaçılara bildirmədən gizlin formada notariat orqanında vərəsəlik işinin açılmasına nail olmuş və qəsdən notariat ofisində mərhumun digər vərəsələrini gizlətmişlər. İşin faktiki halları ilə bir daha təsdiq olunur ki, iddiaçılar birinci dərəcəli vərəsə hesab olunduqları halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almış vərəsələr bu barədə notariat kontoruna doğru məlumat verməmiş və şəhadətnaməni qanunsuz şəkildə əldə etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisinin *** №-li, ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı2 ##.##.2024-cü il tarixdə sözügedən Notariat ofisinə mübahisəli miras əmlakının qəbuluna dair vərəsəlik şəhadətnaməsinin ona verilməsi ilə bağlı müraciət etmişdir. Lakin qeyd olunmuş notariat ofisinin ona ünvanladığı məktuba əsasən, ##.##.1991-ci il tarixdə vəfat etmiş babası Babali Şərif oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsi, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsinin 1/2 hissəsinə dair cavabdeh2 ##.##.202*-cü il tarixli, 2V-*** reyestr nömrəli, həmçinin həmin əmlakın1/2 hissəsinə dair Şərifov Kamil Babalı oğluna ##.##.2024-cü il tarixli, 2V-* reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və onun miras əmlakının qəbul edilməsi üçün nəzərdə tutulan müddətini ötürdüyü üçün müraciətindən imtina edilmişdir. Qeyd edir ki, müddəti ötürməyinin səbəbi onun mübahisəli əmlakda faktiki olaraq yaşamağı olmuşdur. Qanunvericliyin tələblərinə əsaslanaraq qeyd edir ki, orada yaşamaqla miras əmlakı onun tərəfindən qəbul edilmiş sayıldığı halda, həmin əmlakda heç vaxt yaşamayan və uzun illər miras əmlakının qəbul edilməsi üçün nəzərdə tutulan müddətini ötürmüş və bu müddətin uzadılmasına dair məhkəməyə müraciət etməyən cavabdehlər qanun üzrə vərəsə kimi tanınmışlar. Onun uzun illərdir miras əmlakına faktiki sahiblik etməyini nəzərə alınmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisinin digər məktubu olan 646 N-li ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı1 ##.##.2024-cü il tarixdə sözügedən Notariat ofisinə mübahisəli miras əmlakının qəbuluna dair vərəsəlik şəhadətnaməsinin ona verilməsi ilə bağlı müraciət etmişdir. Qeyd olunmuş notariat ofisinin ona ünvanladığı məktuba əsasən, ##.##.1991-ci il tarixdə vəfat etmiş babası Babali Şərif oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsi, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsinin 1/2 hissəsinə dair cavabdeh2 ##.##.202*-cü il tarixli, 2V-*** reyestr nömrəli, həmçinin həmin əmlakın 1/2 hissəsinə dair Şərifov Kamil Babalı oğluna ##.##.2024-cü il tarixli, 2V-* reyestr N-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və onun miras əmlakının qəbul edilməsi üçün nəzərdə tutulan müddətini ötürdüyü üçün müraciətindən imtina edilmişdir. Qeyd edir ki, müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. İddiaçı miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüşdür. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən mərhum babaları - ##.##.1991-ci il tarixdə vəfat etmiş Babalı Şərif oğlunun adına açılmış vərəsəlik işi ilə bağlı iş üzrə iddiaçıların miras əmlakının qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması və onların miras əmlakının faktiki qəbul edilməsi, vərəsəlik hüquqlarının tanınması, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisində açılmış ##.##.202*-cü il tarixli, 2V- *** reyestr nömrəli və ##.##.2024-cü il tarixli, 2V-* reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. *. Daha sonra iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.*-cü maddəsinə uyğun olaraq ərizə təqdim edərək cavabdeh2 və cavabdeh1 əlavə cavabdehlər qismində işə cəlb edilməsini xahiş etmişdir.

4. Sonradan iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.*-cü maddəsinə uyğun olaraq ərizə təqdim edərək mərhum babaları - ##.##.1991-ci il tarixdə vəfat etmiş Babalı Şərif oğlunun adına açılmış vərəsəlik işi ilə bağlı iş üzrə iddiaçıların miras əmlakının qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması, vərəsəlik hüquqlarının tanınması, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisində açılmış ##.##.202*-cü il tarixli, 2V-*** reyestr nömrəli və ##.##.2024-cü il tarixli, 2V-* reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Daha sonra iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, mərhum babaları ##.##.1991-ci il tarixdə vəfat etmiş Babalı Şərif oğlunun adına açılmış vərəsəlik işi ilə bağlı iş üzrə iddiaçıların miras əmlakının qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması, vərəsəlik hüquqlarının tanınması, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisində açılmış ##.##.202*cü il tarixli, 2V- *** reyestr nömrəli və ##.##.2024-cü il tarixli, 2V-* reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, ##.##.1991-ci il tarixdə vəfat etmiş Babalı Şərif oğlundan miras qalmış əmlak- ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçı2 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması, ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evinə Sumqayıt şəhəri * saylı notariat kontoru tərəfindən cavabdeh2 adına verilmiş ##.##.202*-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.202*-cü il tarixli, ********** qeydiyyat nömrəli cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evinə Sumqayıt şəhəri * saylı notariat kontoru tərəfindən cavabdeh1 adına verilmiş ##.##.2024cü il tarixli, 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə iddiaçı2 1/* hissədə, cavabdeh2 1/* hissədə və cavabdeh1 1/* hissədə vərəsəlik paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Babalı Şərif oğlunun ##.##.1991-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə ##.##.1964-cü il tarixdən-##.##.2000-cı il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı iddiaçı2 atası iddiaçının miras qoyan babasının, iddiaçı isə öz növbəsində miras qoyan atasının qanun üzrə birinci növbə vərəsəsi olmuşdur. Ona görə də miras əmlakın mülkiyyətçisi olan miras qoyan Babalı Şərif oğlu ##.##.1991-ci il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçı iddiaçı2 atası Şərifov Şərif Babalı oğlu miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və onun miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni ##.##.1991-ci il tarixdə yaranmışdır. Həmçinin, miras qoyan Şərifov Şərif Babalı oğlu ##.##.1996-cı il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçı iddiaçı2 miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və onun miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni ##.##.1996-cı il tarixdə yaranmışdır. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, iddiaçı iddiaçı2 miras əmlakın mülkiyyətçisi olan babası Babalı Şərif oğlunun öldüyü vaxtda - ##.##.1991-ci il tarixində, habelə atası Şərifov Şərif Babalı oğlunun öldüyü vaxtda ##.##.1996-cı il tarixində miras əmlak olan sözügedən fərdi yaşayış evində yaşamaqla, idarə etməklə və sahiblik etməklə babasından atasına qalmış miras əmlakdan payını atasının qanun üzrə birinci növbə vərəsəsi kimi faktiki qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Şərifov Şərif Babalı oğluna münasibətdə təmin edilməlidir. İddiaçı iddiaçı1 atası iddiaçının miras qoyan babasının, iddiaçı isə öz növbəsində miras qoyan atasının qanun üzrə birinci növbə vərəsəsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, miras əmlakın mülkiyyətçisi olan miras qoyan Babalı Şərif oğlu ##.##.1991ci il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçı iddiaçı1 X4 miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və onun miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni ##.##.1991-ci il tarixdə yaranmışdır. Həmçinin, miras qoyan X7 ##.##.2009-cu il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçı iddiaçı1 miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və onun miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni ##.##.2009-cu il tarixdə yaranmışdır. Məhkəmə hesab edir ki, X7 ##.##.2009-cu il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə ##.##.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı iddiaçı1 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (*-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. İddiaçı iddiaçı1 cavabdehlər olan əmilərinin mirası qəbul edərkən, onun hansı səbəbdən mirası qəbul edə bilməməsinə dair sübut təqdim edə bilməmişdir. Belə ki, mülki qanunvericilik üç aylıq müddətin uzadılmasına əsas olan üzrlü səbəblərin dairəsini müəyyənləşdirməsə də, mülki hüquq elmində (doktrinasında) hansı halların üzrlü sayılmasına xüsusi diqqət yetirilir. Digər iddiaçı və cavabdehlər isə mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etmişlər. Belə olan halda, məhkəmə iddia tələbinin “miras əmlakının qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə iddiaçı iddiaçı1 münasibətdə təmin edilməməlidir. Həmçinin iddia tələbinin “vərəsəlik hüquqlarının tanınması, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat ofisində açılmış ##.##.202*-cü il tarixli, 2V- *** reyestr nömrəli və ##.##.2024-cü il tarixli, 2V-* reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” hissəsi ilkin tələblə bağlı olduğundan və ilkin tələbin iddiaçı iddiaçı1 münasibətdə əsassız olduğu müəyyən edildildiyindən həmin tələblərin iddiaçı iddiaçı1 münasibətdə araşdırılmasına lüzum yoxdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ## ######## 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 5*2, 552, 556-cı maddələrinə, ##.##.2000ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11**.1, 11**.2, 11*4.1, 1145, 1146, 1159.1, 1246, 1248.1, 1255-ci maddələrinə, “Notariat haqqında” Qanunun 57-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 127*-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 202*-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edərək, iddianın tam təmin edilməsini, ##.##.1991-ci il tarixdə vəfat etmiş Babalı Şərif oğlundan miras qalmış ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi,C.Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə onun vərəsəlik payının tam müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin mövcud olub-olmamasından asılı olmayaraq, vərəsə tərəfindən miras əmlakın saxlanılması, idarə olunması, ondan istifadə edilməsi, təsərrüfatın aparılması, habelə əmlak üzərində sahiblik və istifadə hüquqlarının faktiki həyata keçirilməsi onun mirası qəbul etmək iradəsini açıq şəkildə ifadə edir. Bu cür hərəkətlər mirasın faktiki qəbulunun mövcudluğunu təsdiq edir. İş materiallarında müəyyən edilmiş mübahisəsiz hallardan görünür ki, o, istər babası Babalı Şərif oğlunun ##.##.1991-ci il tarixdə vəfat etdiyi vaxtda, eləcə də atası Şərifov Şərif Babalı oğlunun ##.##.1996-cı il tarixdə vəfat etdiyi vaxtda miras əmlaka daxil olan sözügedən fərdi yaşayış evində daimi yaşayıb, həmin əmlaka faktiki sahiblik etmiş, onu idarə etmiş və saxlanılması ilə bağlı zəruri tədbirlər görmüşdür. Uzun müddət ərzində həmin yaşayış evində fasiləsiz yaşaması, əmlakdan öz əmlakı kimi istifadə etməsi və onun qorunub saxlanmasını təmin etməsi miras əmlaka münasibətdə faktiki sahiblik hüququnun həyata keçirilməsini təsdiq edir. Bu səbəbdən işin bu halları mirasın faktiki qəbulunu təsdiq edən hüquqi əhəmiyyətli hərəkətlər kimi qiymətləndirilməli və babasından atasına keçmiş, daha sonra isə atasından ona keçən miras əmlakdakı payı düzgün və tam şəkildə müəyyən edilməlidir. Beləliklə, cavabdehlər də onun kimi eyni paya malik olması işin faktiki hallarına və həmçinin qanunvericiliyin tələblərinə də ziddir. Mübahisəli əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsi, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 5* ünvanında yerləşən fərdi yaşayış evi və 0.0504 ha torpaq sahəsindən ibarətdir. Həmin əmlakın ilk sahibi mərhum babası Babalı Şərif oğlu olmuşdur. O ##.##.1991-ci il tarixdə vəfat etmişdir. Atası Şərifov Şərif 1996-ci ildə vəfat etmişdir. Atası Şərifov Şərif atasının ölümündən sonra sözügedən ünvanda faktiki yaşayaraq həmin torpaq sahəsindən istifadə etmiş və miras əmlakın idarə edilməsini həyata keçirtmişdir. Mərhumun atasının həmin torpaq sahəsi və evdən faktiki istifadəsi onun mirası qəbul etdiyini təsdiqidir. Hansı ki, bununla əlaqədar olaraq qonşuların şahidliyi ilə tərtib edilərək imzalanmış akt işmateriallarına əlavə edilmişdir. Daha sonra o, atasının vəfatından sonra 1996-cı il tarixdən həmin miras əmlaka dair hüquqlar ona keçmiş, sözü gedən əmlak onun tərəfindən faktiki olaraq istifadə edilmişdir. Lakin cavabdehlər sözü gedən əmlakda yaşamadıqları halda ona heç bir məlumat vermədən, gizli şəkildə notariat orqanında vərəsəlik işinin açılmasına nail olmuş və qəsdən notariat ofisində mərhumun digər vərəsələrini gizlətmişlər. Halbuki cavabdehlər onun və ailə üzvlərinin həmin evdə yaşadıqlarını bilir. Burada cavabdehlərin həmin vərəsəlik şəhadətnaməsi alarkən qanunsuzluğa yol verməsi açıq-aydın görünsə də hakim bunu araşdırmamış, pozulmuş hüquqlarını bərpa etməmişdir. İşin faktiki halları ilə bir daha təsdiq olunur. Hakim qətnamədə qeyd etmişdir ki, Babalı Şərif oğlunun ##.##.2019-cu il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə ##.##.1964-cü il tarixdən-##.##.2000-cı il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Lakin buna baxmayaraq cavabdehlərə münasibətdə həmin Mülki Məcəllənin müddəalrını tətbiq etməmişdir Cavabdehlərin heç bir miras əmlakını nə rəsmi, nə də ki, qeyri-rəsmi qaydada qəbul etmişlər. Hakim işin bu hissəsinə diqqətsiz yanaşmışdır. Mirasın formal qaydada qəbulu vərəsənin mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi barədə yazılı ərizə təqdim etməsi ilə həyata keçirilir. Belə ərizənin verilməsi vərəsənin miras əmlakı qəbul etmək və onun mülkiyyətçisi olmaq niyyətinin hüquqi cəhətdən birmənalı ifadəsi hesab olunur. Bu halda vərəsənin mirası qəbul etmək iradəsi rəsmi sənədlə təsdiqləndiyindən əlavə sübutetməyə ehtiyac qalmır. İddiaçı miras əmlakı formal qaydada qəbul etmiş, uzun illər oranı öz iradəsi ilə idarə etmişdir. Lakin cavabdehlər üzərindən uzun müddət keçdikdən sonra rəsmi şəkildə ərizə ilə notariat ofisinə müraciət etmişdir. İşin bu hissəsi məhkəmənin səlahiyyətləri çərçivəsində araşdırılmalı halda, hakim payları bərabər şəkildə müəyyənləşdirmişdir. Mirasın faktiki qaydada qəbulu isə vərəsənin davranışı və konkret hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq şəkildə nümayiş etdirməsi ilə xarakterizə olunur. O, miras əmlakını faktiki qəbul edərək miras əmlakı üzərində sahiblik, istifadə və idarəetmə səlahiyyətlərimi həyata keçirmişdir. Anadan olduğu müddətdə o, burada yaşamış, ailə qurduqdan sonra da övladları, həyat yoldaşı da bu evdə yaşamış və hal-hazırda da yaşayırlar. Lakin cavabdehlərdən cavabdeh1 ünvan 6 ünvanında qeydiyyatdadır və orada da yaşayır. Digər cavabdeh sözü gedən əmlakda qeydiyyatda olsa da faktiki olaraq yaşayış ünvanı tam başqa evdir. Buradadan görünür ki, aralarında yaranmış bu mübahsiəyə məhkəmədə tətbiq olunan qanunun müddəalarında nəzərdə tutulan hərəkətlər onun tərəfindən tam və düzgün şəkildə həyata keçirilmişdir. Belə ki, əmlakda tam payının müəyyən olunması hissəsinə miras əmlakının qorunması və saxlanılması, onun idarə olunması, əmlakla bağlı vergi və digər məcburi ödənişlərin həyata keçirilməsi, eləcə də əmlakdan istifadə edilməsi aid edilir. Belə ki, sözü gedən əmlaka dair çıxarışlar cavabdehlərin adiyyatı notariat ofisindən əldə etdikləri vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Sumqayıt şəhəri * saylı notariat kontoru tərəfindən cavabdeh2 adına verilmiş ##.##.202*-cü il tarixli, 2V-*** reyestr nömrəli və ünvan 4 yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi 5* ünvanındayerləşən fərdi yaşayış evinə Sumqayıt şəhəri * saylı notariat kontoru tərəfindən cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli, 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə əsas olmuş notariat işi məhkəmə tərəfindən tələb edilərək tədqiq olunmamışdır. Halbuki həmin notariat işində vərəsələrin dairəsi, mirasın qəbul edilməsi ilə bağlı ərizələr, təqdim olunmuş sənədlər və notariusun hərəkətlərinin qanuniliyi ilə bağlı mühüm sübutlar mövcuddur. Notariat işinin araşdırılmaması iş üzrə faktiki halların düzgün müəyyən edilməsinə mane olmuşdur. Məhkəmə digər iddiaçı iddiaçı1 olan münasibətdə miras əmlaka faktiki sahibılik etməməsini, vərəsəlik hüququnun yaranma tarixini ##.##.2009-cu il tarixdə yarandığını əsas gətirərək mübahisəyə ##.##.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Lakin cavabdehlərin vərəsəlik şəhadətnaməsininin hansı hüquqi əsaslarla əldə etməsini araşdırmamışdır. Belə ki, heç bir cavabdehin həmin əmlakla bağlılığı yoxdur, heç vaxt da olmamışdır. Hər iki cavabdeh ayrı-ayrılıqda özlərinə məxsus evdə yaşayır, orda da təsərrüfat aparırlar. Mərhum babasının ölümündən uzun illər keçdikdən sonra, əmlakda faktiki olaraq yaşamadıqları halda vərəsəlik hüququ haqqında şəhadətnamə onlara qanunda nəzərdə tutulan müddət nəzərə alınmadan verilmişdir. Halbuki məsələnin bu hissəsi məhkəmə tərəfindən ayrıca qiymətləndirməlidir. Həmçinin, vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı təqdim edilmiş sənədlər və vərəsələrin müraciətləri notariat işində saxlanılır və həmin sənədlər mübahisənin həlli üçün əsas sübut mənbəyidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır..

c) Apellyasiya icraatı iştirakçılarının izahatları 1*. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı2 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, miras qoyan iddiaçının babası olmuşdur. Babası ölən zaman mübahisəli ünvanda iddiaçı, onun atası və ailə üzvləri yaşamışdırlar. 1996-cı ildə miras qoyan öldükdən sona iddiaçı miras əmlakı faktiki qəbul etmiş, miras açılandan təxminən 20 il müddət keçdikdən sonra vərəsəlik üzrə notariat işi başlanmış və vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak açılan zaman qüvvədə olan qanuna əsasən 6 ay müddətində qəbul edilməli idi, lakin miras əmlakın digər vərəsələr tərəfindən faktiki qəbulu halı, yaxud hər hansı müraciəti mövcud olmamışdır, buna dair hər hansı sübut təqdim olunmamışdır. Notariat əməliyyatını hansı sənəd əsasında aparılması da qeyri-müəyyəndir. Cavabdehlərin heç bir mübahisəli ünvanda yaşamırlar, yalnız Şəriov Təhməz qonşuluqda yaşayır. cavabdeh1 isə Sumqayıt şəhəri 17-ci mikrorayonda ayrıca evi var. cavabdeh2 yaşadığı ev miras əmlaka daxil deyil, onun miras əmlakı qəbul etməsinə dair sübut yoxdur. Razılıq əsasında 0.05 ha torpaq sahəsinin bir hissəsinə hasar çəkilmişdir və cavabdeh1 istifadəsindədir. Apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, atası 1991-ci ildə ölmüş, həmin vaxtı evdə o, qardaşı Şərif yaşamışdır. Atasının həyəti 7 sotdur, orada bir ev var, iki otaqlıdır, evin 1 çıxışı var. O, evin kiçik oğldur, orada yaşamışdır. Miras əmlak üç qardaş arasında bölüşdürülmüşdür. Atası öləndə anası ilə o, həmin evdə yaşayırdı. Şərif atası öləndə həbsdə idi, o zaman onun uşaqları qaynanasıgildə yaşamışdırlar, Şərif həbsdən çıxdıqdan sonra həmin evə gəlmiş, uşaqları ilə orada yaşamışdır. Evləndikdən sonra bir müddət Şərifin ailəsi və anası ilə birgə yaşamış, daha sonra Sumqayıta köçmüşdür, orada anası və Şərifin ailəsi yaşamışdır. Ramiz atası ölməmişdən qabaq Sumqayıtda ev alıb orada yaşamışdır. Şərifin ailəsi orada indiyə kimi yaşamaqdadır. 199*-cü ildən bəri evdə Şərifin ailəsi yaşayır. Böyük qardaşı Qurban həmin həyətdə başqa evdə yaşamış, hazırda əvvəllər Qurbanın yaşadığı evdə o, yaşayır. Ümumi həyət 7 sot və 5 sot ayrılmaqla 12 sotdan ibarətdir, o, 7 sotda yaşayır. 7 sot torpaq sahəsinə dair rəsmi sənədi yoxdur. Onun yaşadığı evin sənədi onda yoxdur, həmin ev əmisinin adına olmuş, lakin həmin sənədlər ləğv edilmişdir. Evin kiçik oğlu o, olmuşdur, ana-atasına o, baxmışdır, hər şeyi ona vermişdirlər. Miras əmlakı sənədləşdirmək üçün iddiaçı2 çağırsa da gəlməmişdir. Mübahisəli evdə qeydiyyatdadır. O, əmlakın yerləşdiyi həyətdə əmisinin evində yaşayır, əmisinin evi 7 sotda yerləşir. Həmin evdən çıxarılmağı barədə məhkəmə qətnaməsi var. Münəvvər əmisi arvadı olmuşdur. Onun əmisinin evindən çıxarılmağı ilə bağlı qətnamə icra olunmamışdır. Əmisinin evi 1971-ci ildə tikilmişdir, əvvəldən hamı orada yaşamış, digər evdə isə hər dəfə biri yaşamışdır, sonda həmin evi Zaurun atasına qalmışdır. ** saylı, 101 kv.m olan evdə o, yaşayır, həmin ev atasının olmuş, lakin anası əmisi Hacıbəyin adına rəsmiləşdirmişdir. Əsgərəli əmisi olmuşdur. Mübahisəli ev onlara atasından qalmış, o, iddiaçı2 * sot torpaq sahəsi vermişdir. Atası ##.##.1991-ci ildə, anası isə ondan sonra ölmüşdür. iddiaçı2 atası isə 1996-cı ildə ölmüşdür. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, doğulandan orada yaşamışdır, 198*-cü ildə evlənmiş, 1988-1990cı illərdə Sumqayıtda ev almış, oraya köçmüşdür. Atası öləndə özünün ayrıca evi olmuş, orada yaşamışdır. Atası öləndən sonra orada böyük qardaşı Qurban yaşamış, Təhməz Sumqayıtda atasına verilən evə yaşamışdır, sonradan həmin evə gəlmişdir. cavabdeh2 doğru deyir, o həmin ünvanda anası ilə yaşamışdır, o, isə Sumqayıtda yaşamışdır. Atası ölən zaman mübahisəli evdə yaşamasa da, hər bir halda ona pay düşməlidir. Mübahisəli evdən 1980-ci ildən çıxmış, Zaurun evi olmadığından atası öldükdən sonra hamısı birləşib ona ev tikdirib vermişlər. Zaur həmin evdə yaşayır, buna baxmayaraq miras əmlakdan da pay istəyir. 1980-ci ildə ailə qurmuş, 1996-cı ildən sonra həftədə *-4 dəfə miras əmlakın olduğu ünvanda yerləşən atasının ona əvvəldən verdiyi torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olur. Atası sağlında ona 1 sot torpaq sahəsi vermiş, həmin sahə onun istifadəsindədir, oraya ayrıca giriş-çıxışı var. Həmin yer 5 sot torpaq sahəsinə daxildir, neçə illərdir hasara almış, ayrıca qapısı var. Atası sağlığında bölgü aparmışdır. 15 ildir ki, sözügedən torpaq sahəsində əkin işləri aparır.

16. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Babalı qızı a bildirdi ki, 1981-ci ilədək orada yaşamışdır, atası 1991-ci ildə ölmüş, ondan sonra evdə anası, Təhməz qardaşı və Şərifin övladları yaşamışdır. Anası 200*-cü ildə ölmüşdür. Kamil evlənməzdən qabaq orada yaşamış, atası öldüyü vaxt orada yaşamamışdır.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı iddiaçı1, cavabdeh Sumqayıt şəhər * saylı Notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər Abasəliyeva Zeybəxanım Arif qızı, Şərifov Anar Şərif oğlu,Mirzəyeva Rəhilə Babalı qızı,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin *76.2-ci maddəsinə əsasən işə qeyd edilən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

18. Sumqayıt şəhəri Corat qəsəbə icra nümayəndəliyi tərəfindən ## #### 2012-ci il tarixdə verilmiş AZ-II № ****** saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, cavabdeh2 Babaəli oğlu ##.##.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Babaəli Şərif oğlu, ana qrafasında X15 qeyd edilmişdir.

19. Sumqayıt şəhəri Corat qəsəbə icra nümayəndəliyi tərəfindən ## ###### 169*cü il tarixdə verilmiş IX-JQ № ****** saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, cavabdeh1 Babali oğlu ##.##.1956-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Babali Şərif oğlu, ana qrafasında X15 qeyd edilmişdir.

20. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № ****** saylı, ##.##.2024-cü il tarixli “Doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, iddiaçı1 ##.##.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, X4 Babali oğlu, anası X*0r.

21. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** saylı, ##.##.2008-ci il tarixli “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, Babali Şərif oğlu ##.##.1991-ci il tarixdə ürəyin dayanması nəticəsində ölmüşdür.

22. Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 02.10.1996cı il tarixli, IV-JQ № ****** saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Şərifov Şərif Babalı oğlu ##.##.1996-cı il tarixdə ölmüşdür. 2*. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** saylı, ##.##.200*-cü il tarixli “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X16 ##.##.200*-cü il tarixdə hipertomiya xəstəliyi nəticəsində ölmüşdür.

24. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2009-cu il tarixli AZ-İ ****** nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ##.##.2009-cu il tarixdə Miokard infarktı nəticəsində ölmüşdür.

25. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, № *-**-*/*-***/** saylı doğum haqqında arayışın surətindən görünür ki, X7 ##.##.195*-cü il tarixdə Sumqayıt şəhərində Corat qəsəbəsində anadan olmuşdur. Ata qrafasında- Mirzəyev Babalı Şərif oğlu, anası X16 qeyd edilmişdir.

26. II-JQ №****** saylı, ##.##.1980-cı il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Şərifov Şərif Babalı oğlu ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.1980-ci il tarixdə rəsmi nikaha girmişlər. Nikahdan sonra arvada Şərifova soyadı verilmişdir.

27. Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən verilmiş ##.##.202*-cü il tarixli, 2V-*** reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, ##.##.1991-ci il tarixdə vəfat etmiş-Babali Şərif oğlunun vərəsəsi ünvan 7 ünvanında qeydiyyatda olan oğlu cavabdeh2dur və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən ##.##.2020-ci il tarixdə Babali Şərif oğluna verilmiş *0901*0*0647-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4, Yeni qaydalarla AZ 5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5* ünvanında yerləşən ümumi sahəsi *5.1 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,0504 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın digər ½ hissəsi mirasın qəbulu üçün açıq saxlanmışdır.

28. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev **) nömrəli fərdi yaşayış evi ##.##.2020-ci il tarixdə ********** nömrə ilə Babalı Şərif oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

29. Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 2V-* reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, ##.##.1991-ci il tarixdə vəfat etmiş Babali Şərif oğlunun vərəsələri: ünvan 6 ünvanında qeydiyyatda olan oğlu-cavabdeh1 və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən ##.##.2020 tarixdə-Babali Şərif oğluna verilmiş ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5* ünvanında yerləşən ümumi sahəsi *5.1 kv.m olan fərdi yaşayış evindən, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ##.##.2020-ci il tarixdə Babalı Şərif oğluna verilmiş *0901*0*0647-***** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrinfən çıxarışa əsasən ünvan 4, Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5* ünvanında yerləşən ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsindən ibarətdir. *0. iddiaçı2 ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, ünvan 4 ünvanında yaşamış atası Şərifov Şərif Babalı oğlu ##.##.1996-cı ildə vəfat etmişdir. Hal-hazırda Şərifov Şərif Babalı oğlunun ##.##.1991-ci il tarixdə vəfat etmiş-Babali Şərif oğlundan qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 21, Yeni qaydalarla: AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5* ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0504 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. *1. Sumqayıt şəhər * saylı Notariat Ofisinin iddiaçı2 ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ##.##.1991-ci ildə vəfat etmiş Babali Şərif oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0504 ha torpaq sahəsinin ½ hissəsinə dair cavabdeh2 8İ-**** reyestr nömrəli, ##.##.2019-cu il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri * saylı notariat ofisinə müraciəti əsasında ##.##.202*-cü il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmçinin həmin əmlakın ½ hissəsinə dair Şərifov Kamil Babalı oğlunun 8İ-**** reyestr nömrəli, ##.##.202*-cü il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri * saylı notariat ofisinə müraciəti əsasında ##.##.2024-cü il tarixdə 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyi üçün vərəsələr sırasında daxil olmamışdır. Bu səbəbdən 2V-*** və 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. *2. Sumqayıt şəhər * saylı Notariat ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ünvanladığı *** saylı, ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.1991-ci ildə vəfat etmiş ataları- Babali Şərif oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0504 ha torpaq sahəsinin ½ hissəsinə dair cavabdeh2 8İ-**** reyestr nömrəli, ##.##.2019-cu il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri * saylı notariat ofisinə müraciəti əsasında ##.##.202*-cü il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmçinin həmin əmlakın ½ hissəsinə dair Şərifov Kamil Babalı oğlunun 8İ-**** reyestr nömrəli, ##.##.202*-cü il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri, * saylı notariat ofisinə müraciəti əsasında ##.##.2024-cü il tarixdə 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyi üçün vərəsələr sırasında daxil olmamışdır. Bu səbəbdən 2V-*** və 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. **. Sumqayıt şəhər * saylı Notariat ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Babalı qızına ünvanladığı *** saylı, ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.1991-ci ildə vəfat etmiş ataları- Babali Şərif oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0504 ha torpaq sahəsinin ½ hissəsinə dair cavabdeh2 8İ-**** reyestr nömrəli, ##.##.2019-cu il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri * saylı notariat ofisinə müraciəti əsasında ##.##.202*-cü il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmçinin həmin əmlakın ½ hissəsinə dair Şərifov Kamil Babalı oğlunun 8İ-**** reyestr nömrəli, ##.##.202*-cü il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri, * saylı notariat ofisinə müraciəti əsasında ##.##.2024-cü il tarixdə 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyi üçün vərəsələr sırasında daxil olmamışdır. Bu səbəbdən 2V-*** və 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. *4. Sumqayıt şəhər * saylı Notariat Ofisinin iddiaçı1 ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ##.##.1991-ci ildə vəfat etmiş Babali Şərif oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0504 ha torpaq sahəsinin ½ hissəsinə dair cavabdeh2 8İ-**** reyestr nömrəli, ##.##.2019-cu il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri * saylı notariat ofisinə müraciəti əsasında ##.##.202*-cü il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmçinin həmin əmlakın ½ hissəsinə dair Şərifov Kamil Babalı oğlunun 8İ-**** reyestr nömrəli, ##.##.202*-cü il tarixli mirasın qəbuluna dair Sumqayıt şəhəri * saylı notariat ofisinə müraciəti əsasında ##.##.2024-cü il tarixdə 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyi üçün vərəsələr sırasında daxil olmamışdır. Bu səbəbdən 2V-*** və 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. *5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ** saylı (yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, giriş **) saylı fərdi yaşayış evinə dair ½ hissədə cavabdeh2, ½ hissədə cavabdeh1 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ***************** nömrə ilə qeydiyyata alınmışdır. *6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, cavabdeh2, X*, Şərifzadə Şərif Zaur oğlu, X5, X11, iddiaçı2, X22, X6, X18, X9, X10, X1, tağızadə Fatma Əli qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* ünvan 4-də qeydiyyatdadırlar. *7. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı2 ünvan 4-də qeydiyyatdadır. *8. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli *** nömrəli * nömrəli arayışından görünür ki, cavabdeh2, Şərifzadə Şərif Zaur oğlu, X5, X11, iddiaçı2, X22, X*1, X6, X18, X9, X10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* ünvan 4-də qeydiyyatdadırlar. *9. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, X19, X1* və X25 təsdiq edirlər ki, həqiqətən 1951-ci il təvəllüdlü Şərifov Şərif Babalı oğlu Sumqayıt şəhər Corat qəsəbəsi, ** nömrəli fərdi yaşayış evində vəfat edən tarixə kimi ailəsi ilə birgə yaşamışdır. Şərifov Şərif Babalı oğlu ##.##.1996-cı il tarixdə vəfat etmişdir.

Tətbiq edilən hüquq

40. ## ######## 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 5*2. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. *84.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

42. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə, yəni ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə iddiaçı2 1/* hissədə, cavabdeh2 1/* hissədə və cavabdeh1 1/* hissədə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

4*. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi miras qalmış əmlak üzərində vərəsəlik paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

44. İşin müəyyən edilmiş hallarında əsasən ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi Babalı Şərif oğlunun mülkiyyətində olmuş, Babalı Şərifin 1991-ci ildə ölməsi ilə miras açılmış, miras qalmış əmlakı faktiki olaraq birinci növbə vərəsələrindən yalnız iddiaçı iddiaçı2 atası Şərifov Şərif Babalı oğlu, cavabdehlədən isə Şərifov Kamil Babalı oğlu idarə etməklə qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərini izahatları və miras qalmış əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0504 ha torpaq sahəsinin müəyyən hissəsi (cavabdeh Şərifov Kamil Babalı oğlunun öz iddiasına əsasən 0,01 ha) 0,0504 ha torpaq sahəsindən hasar vasitəsi ilə ayrılaraq, ayrıca giriş-çıxış qapısı olmaqla, 1990-cı illərdən cavabdeh Şərifov Kamil Babalı oğlu tərəfindən istifadə edilməkdədir. İşin qeyd edilən halı iddiaçı tərəfindən də mübahisələndirilməyərək, cavabeh Şərifov Kamil Babalı oğlunun istifadə etdiyi torpaq sahəsinin 0,0504 ha torpaq sahəsinin bir hissəsi olmasını qəbul etmişdir. Həmçinin, işin mübahisəsiz halı qismində miras qalmış əmlakı, miras qoyanın birinci növbə vrərəsələrindən iddiaçı iddiaçı2 atası Şərifov Şərif Babalı oğlu faktiki qəbul edərək, ölən günədək həmin evdə yaşamışdır. 1996-cı il tarixdə isə Şərifov Şərif Babalı oğlunun ölümü ilə isə ondan qalmış mirası oğlu iddiaçı iddiaçı2 həmin evdə yaşamaqla və mirası idarə etməklə faktiki olaraq qəbul etmişdir. Cavabdehlərdən cavabdeh2 atası Babali Şərif oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları və miras qalmış əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, Babali Şərifdən miras qalmış 0,0504 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qonşuluğunda 0,07 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsinin üzərində başqa bir fərdi yaşayış evi inşa edilmiş və cavabdeh cavabdeh2 hələ atasının ölümündən də əvvəl həmin evdə öz ailəsi ilə birlikdə yaşamışdır. Həmin torpaq sahəsi ilə Babali Şərifdən miras qalmış 0,0504 ha torpaq sahəsinin arası daş hasarla hörülmüş, həmçinin həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin Babali Şərif oğlunun mülkiyyətində olması və mirasa daxil olan əmlak olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 həmin torpaq sahəsinin sənədlərinin mövcud olmasığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Babali Şərif oğlundan miras qalmış əmlakın hüquq münasibətlərinin yarandığı zaman qanunla müəyyən edilmiş müddətdə rəsmi olaraq cavabdeh2 tərəfindən qəbul edilməmişdir. Həmçinin, miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi də sübut olunmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə cavabdeh cavabdeh2 mirası qanunla müəyyən edimliş müddətdə rəsmi olaraq, həmçinin faktiki olaraq qəbul etməsinin sübut edilməməsinə baxmayaraq, miras qalmış əmlak üzərində onun da payını müəyyən etməklə düzgün ollmayan nəticəyə gəlmişdir.

45. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi, ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə iddiaçı2 1/* hissədə, cavabdeh2 1/* hissədə və cavabdeh1 1/* hissədə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə iddiaçı2 və cavabdeh cavabdeh1 hər birinin 1/2 hissədə payları müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *84.0.2, *92 və *9*, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə iddiaçı2 1/* hissədə, cavabdeh2 1/* hissədə və cavabdeh1 1/* hissədə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. ünvan 4, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 5*) ünvanında yerləşən ümumi sahəsi *5.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0504 ha olan torpaq sahəsi üzrə iddiaçı2 və cavabdeh cavabdeh1 hər birinin 1/2 (ikidə bir) hissədə payı müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar