Məhkəmə qərarları › İş №2(3-8)-809/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-809/2026

07.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-809/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinə, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı mülki iş üzrə Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, iddiaçı İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, cavabdeh cavabdeh4 vəkili-nümayəndəsi Ağazadə İlkin İlqar oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, AR İN yanında ƏMDX tabeliyində DƏDKR phş * saylı Sumqayıt Ərazi İdarəsinə, cavabdeh4, cavabdeh3, cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul müddətinin uzadılması, vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakının bərabər paylara bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:

1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfin verilmiş MH seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən ** nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 69,75 kv.m ümumi, 47,21 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakı üzərində daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində, ##.##.2008-ci il tarixdə ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

2. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** nömrəli, ##.##.2014-cü il tarixli “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X4 ##.##.2014-cü il tarixdə kəskin ürək qan damar çatmamazlığı səbəbindən ölmüşdür.

3. II-OB № ****** saylı, ##.##.2024-cü il tarixli “Ölüm haqqında şəhdətnamə”nin surətindən görünür ki, Orucəliyev Azay Əbdüləziz oğlu ##.##.2024-cü il tarixdə ölmüşdür.

4. cavabdeh4 ## ######## 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, 2014-cü ildə ünvan 3 ünvanında yaşamış X3 ölmüşdür. Anasından qalmış mirasa sahiblik edərək mirası faktiki qəbul etmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, ##.##.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlama aparmış və qeyd olunan ailə tərkibinə dair məlumalar aşkar edilmişdir. X4 ailə üzvləri: Orucəliyev Azay Əbdüləziz oğlu, cavabdeh2, cavabdeh3, İddiaçı və cavabdeh4.

6. * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, ##.##.2014-cü il tarixdə vəfat etmiş- X4 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan cavabdeh4 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak:-ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci il tarixdə X4 verilmiş 309011000500-05101- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,75 kv./m, yaşayış sahəsi 47.21 kv/m, 4 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyertrindən əldə edilmiş ##.##.2024cü il tarixli qeydiyyat nömrəsi 2413091515MD32104 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik işinə əlavə edilmiş cavabdeh3 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cavabdeh3 ##.##.2014-cü il tarixində ölmüş X3ndan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. 8 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdeh3 oğluna ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti(Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

9. İddiaçı ## ###### 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ##.##.2014-cü ildə ölmüş X4 miras qalmış əmlakı qəbul etmək istəyir. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürdüyünə görə müddətin uzadılması üçün köməklik göstərilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, mirasın qəbul edilməsi qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanında yerləşən * saylı mənzil Sumqayıt şəhər X2 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ##.##.1987-ci il tarixli **/*** nömrəli order, Sumqayıt şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalı İstismarı Birliyi ** saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli *** nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №li forma) əsasında X4 adına qeydiyyata alınaraq, ##.##.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

12. * saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh4 adına qeydiyyata alınaraq, ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cavabdeh4 cəlb edilməklə cavabdehlər * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhərində doğulmuşdur. Hazırda Rusiya Federasiyası vətəndaşıdır. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46, * saylı mənzil məhrum X3nın mülkiyyətində olmuşdur. X3 ## #### 2014-cü il tarixdə ölmüşdür. Qardaşı cavabdeh4 ## ######## 2024-cü il tarixdə Sumqayıt Regional "ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, X3ndan miras qalmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanında yerləşən * saylı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnaməsi almaq istəməsi barədə ərizə ilə müraciət etmiş, cavabdeh4 ## ######## 2024cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə cavabdeh4 X4 tək vərəsəsi kimi göstərilmiş və ona miras əmlakdan tam pay alması göstərilmişdir. ## ######## 2024-cü il tarixli ərizə ilə ünvan 1 ünvanında yerləşən * saylı mənzilə dair rəsmiləşdirilmiş daşınmaz əmlakın qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdeh4 daşınmaz əmlaklın dövlət reyestrdən çıxarışın və texniki pasportun 15 iş günü müddətində verilməsini xahiş etmiş və Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46, * saylı mənzili ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətinə keçirmişdir. İddiaçı il ərzində bir neçə dəfə Azərbaycan Respublikasına gəlir və anasından onlara miras qalmış evdə yaşayır və əcnəbi kimi məhz həmin evə qeydiyyata düşür. Anası və atası vəfat etdiklərində iddiaçı onların dəfn mərasimlərində iştirak etmiş, yas mərasimini təşkil etmiş və faktiki olaraq anasından qalmış mirası qəbul etmişdir. Hal-hazırda da Azərbaycan Respublikası ərazisindədir və Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46, mənzil * saylı evdə yaşayır. İddiaçı mirası anası vəfat etdiyi vaxtdan faktiki qəbul etmiş və Rusiya Federasiyası vətəndaşı olması səbəbi ilə Azərbaycan Respublikası qanunvericiliyini bilmədiyi üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün müraciət etməmişdir. Qardaşı cavabdeh4 bu hərəkətləri barədə məlumatı aldıqdan sonra, ## ###### 2025-ci il tarixdə * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində, notariat ofisinə müraciət edərək, X3ndan miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin kontordan imtina edilərək, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verə bilmədiklərini və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədi ilə məhkəməyə müraciət etməyini tövsiyə etdilər. * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi 2V-*** reyestr nömrəli, ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh4 tam hissədə pay alaraq, vərəsəlik üzrə ona düşəcək paydan məhrum edilmişdir. Onun hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, mərhum X3ndan miras qalmış Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 46 ünvanında yerləşən * saylı mənzilinə qardaşı cavabdeh4 ilə bərabər hissədə pay almalı olduqları halda * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi 2V-*** reyestr nömrəli, ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qardaşı cavabdeh4 tam hissədə pay hüququ tanınmışdır ki, bu isə qanunsuz və əsassızıdır. Göstərilənlərə əsasən, * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi 2V-*** reyestr nömrəli, ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, X3ndan miras qalmış ünvan 1 ünvanında yerləşən * saylı mənzilinə qardaşı cavabdeh4 ilə bərabər hissədə pay hüququnun tanınması və cavabdeh4 adına aparılmış, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46, * saylı mənzilə ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (Şəbnəm Həxiyeva)

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. İddiaçı İddiaçı cavabdeh olan qardaşı cavabdeh4 mirası qəbul edərkən, onun hansı səbəbdən mirası qəbul edə bilməməsinə dair sübut təqdim edə bilməmişdir. Belə ki, mülki qanunvericilik üç aylıq müddətin uzadılmasına əsas olan üzrlü səbəblərin dairəsini müəyyənləşdirməsə də, mülki hüquq elmində (doktrinasında) hansı halların üzrlü sayılmasına xüsusi diqqət yetirilir. Cavabdehlərdən cavabdeh4 isə mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etmişdir.

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özü, bacısı Nərgiz və qardaşı Rövşən ayrı-ayrılıqda 2024-cü ildə notariat ofisinə müraciət etmişlər. Notariat ofisi ona və bacısına vərəsəlik şəhadətnaməsi verilməsindən müddət keçməsi səbəbilə imtina cavabı versə də, qardaşı Rövşənə münasibətdə ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» vermişdir. Halbuki, hər üç vərəsə mübahisəli münasibətlər zamanı qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdülər. Başqa sözlə, notariat ofisi bütün vərəsələrə eyni cavabı verməli olduğu halda, nədənsə vərəsələrdən yalnız birinə üstünlük vermişdir.

19. İşdən görünür ki, Z.H.Orucəliyevanın 4 birinci növbəli vərəsəsi qalmışdır. Bu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli arayışı da təsdiq edir. Həmin arayışdan görünür ki, ##.##.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlama aparmış və qeyd olunan ailə tərkibinə dair məlumalar aşkar edilmişdir. X4 ailə üzvləri: Orucəliyev Azay Əbdüləziz oğlu, cavabdeh2, cavabdeh3, İddiaçı və cavabdeh4 ibarədir. Göründüyü kimi o, anasının birinci növbəli vərəsəsidir, buna baxmayaraq, notariat orqanı digər üç birinci növbəli vərəsələrin paylarını açıq saxlamaq və mirasın ¼ hissəsinə dair cavabdeh4 vərəsəlik haqqında şəhadətnamə verməkdən, miras əmlakdan ona tam hissədə pay vermişdir. Bu isə yolverilməzdir.

20. Miras əmlakın cavabdeh4 tərəfindən faktiki qəbul edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Notariat işində bu barədə yalnız onun ərizəsi vardır, halbuki bu faktı mövcud qanunvericiliyə görə yalnız məhkəmələr təsdiq edə bilərlər. Bu hallar düzgün qiymətləndirilərsə, məlum olur ki, notariat ofisi miras əmlakı vərəsələr arasında düzgün bölüşdürməmiş, digər vərəsələrə qərəzli davranmış, vərəsələrdən yalnız cavabdeh4 üstünlük vermişdir. Bütün vərəsələrin isə mirasdan pay alması onların konstision hüquqlarıdır.

21. Bundan əlavə hazırki iddianın qaldırılmasına səbəb cavabdeh4 miras əmlaka dair öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə alması olmuşdur. Bu şəhadətnamənin mövcudluğunu 2025-ci ilin sentyabr ayında bilmiş və onun ləğv edilməsi barədə hazırki iddianı qaldırmışdır. Bu şəhadətnamə ləğv edilmədən miras əmlakın əvvəlki vəziyyətə qaytarılmasından və onun vərəsələr arasında bərabər paylarda bölünməsindən söhbət gedə bilməz. Məhkəmə isə iddia üzrə əsas tələbin mirasın qəbul edilməsi müddətinin uzadılması olmasını göstərmiş, mübahisə üzrə ümumi iddia müddətinin keçirilməsini əsası ilə iddianı rədd etmişdir. Hazırki mübahisə üzrə əsas tələb miras əmlaka dair konkret sənədin, yəni ##.##.2024cü il tarixli, 2V-*** reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi təşkil edir. Bu sənədi isə mən vaxtında mübahisələndirmiş, yəni hazırki mübahisə üzrə iddia müddətinin keçməsi nəticəsinə gəlinməsi absurddur. Göstərilən hallara məhkəmə düzgün qiymət verməmiş, sübut olunduğu halda, iddia tələbini rədd etmişdir. Buna görə də qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun vəkilinümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 vəkilinümayəndəsi Ağazadə İlkin İlqar oğlu apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Cavabdeh * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinə, cavabdeh3 və cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması barədə məhkəməni məlumatlandırmamışlar.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ##.##.2000-ci il tarixdən qüvvədə olmuş normaları Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən vərəsə qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

29. “Notariat haqqında” Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarı hazırki iş üzrə tətbiq edilə bilməz. Belə ki, həmin qərarda da qeyd edilmişdir ki, bu qərar bundan sonrakı vərəsəlik hüququ münasibətlərinə və hazırda (qərar çıxarılan an) məhkəmələrin icraatlarında olan işlərə şamil edilir. Lakin hazırki iş üzrə isə X4 ##.##.2014-cü il tarixdə vəfat etdiyindən tətbiq edilməsi mümkün deyildir.

35. Məhkəmə kollegiyası tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil – ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69,75 kv.m, yaşayış sahəsi 47,21 kv.m olan 4 otaqlı mənzil ##.##.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında mərhum X4 adına dövlət qeydiyyatına alınmışdır.

36. X4 ##.##.2014-cü il tarixdə vəfat etmiş və bununla da onun adına olan mənzilə münasibətdə miras açılmışdır. İş materiallarından görünür ki, miras qoyanın övladları sırasında cavabdeh4, İddiaçı, cavabdeh2 və cavabdeh3 olmuşdur.

37. Miras qoyanın ölümündən sonra cavabdeh4 miras əmlakdan istifadə etmiş, ona sahiblik etmiş və sonradan mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişdir. Belə ki, onun ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində miras qoyan X4 qalmış əmlaka sahiblik edərək mirası faktiki qəbul etdiyi göstərilmişdir.

38. ##.##.2024-cü il tarixdə * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 2V-*** reyestr nömrəsi ilə cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə cavabdeh4 X4 vərəsəsi kimi göstərilmiş və miras əmlakın tam hissəsinə onun vərəsəlik hüququ tanınmışdır.

39. Həmin şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən mənzil cavabdeh4 adına dövlət qeydiyyatına alınmış və onun adına ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

40. İddiaçı İddiaçı isə miras qoyanın ölümündən sonra uzun müddət ərzində – 2025-ci ilin avqust ayınadək – mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Onun ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, həmin tarixdə X4 qalmış mirası qəbul etmək istədiyini bildirmiş və mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü nəzərə alaraq həmin müddətin uzadılması üçün məhkəməyə müraciət etməsinin tövsiyə edildiyi barədə notariat orqanının cavabını almışdır.

41. İddiaçı yuxarıda qeyd olunan işin faktiki halları ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edildikdə ondan apellyasiya şikayəti vermişdir.

42. Apellyasiya şikayətində birinci dəlil ondan ibarətdir ki, iddiaçı, bacısı Nərgiz və qardaşı Rövşən 2024-cü ildə ayrı-ayrılıqda notariat ofisinə müraciət etmiş, notariat orqanı iddiaçıya və bacısına vərəsəlik şəhadətnaməsinin verilməsindən müddətin keçməsi səbəbindən imtina etdiyi halda, qardaşı cavabdeh4 ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Apellyant hesab edir ki, hər üç vərəsə eyni müddəti ötürdüyündən notariat orqanı onların hamısına münasibətdə eyni qərar qəbul etməli, yalnız cavabdeh4 vərəsəlik şəhadətnaməsi verməklə ona üstünlük göstərməməli idi.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, şəxslərin eyni miras qoyanın birinci növbə vərəsələri olmaları onların hər birinin mirası qəbul etməsi və miras əmlak üzərində eyni hüquqi vəziyyətdə olması anlamına gəlmir. Vərəsəlik hüququnun yaranması üçün şəxsin yalnız vərəsəliyə çağırılan şəxslər sırasında olması deyil, həmçinin mirasın qəbul edilməsi ilə bağlı hüquqi əhəmiyyətli halların mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının özünün mirası qəbul etdiyini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, əksinə, cavabdeh cavabdeh4 mirası qəbul etməsi barədə notariat işində müvafiq məlumat və sənədlərin olduğu müəyyən edilmişdir. Buna görə də notariat orqanının müxtəlif vərəsələrə münasibətdə fərqli nəticəyə gəlməsi, öz-özlüyündə, həmin orqanın qanunsuz və ya qərəzli davrandığını təsdiq etmir.

44. Apellyasiya şikayətində digər dəlili ondan ibarətdir ki, X9 dörd birinci növbə vərəsəsi olmuş, bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin * saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli arayışı ilə təsdiq edilmişdir. Apellyant həmin arayışa istinad edərək bildirir ki, özü, Nərgiz, Mehman və Rövşən miras qoyanın birinci növbə vərəsələri olduqlarından miras əmlakın 1/4 hissəsi hər birinə düşməli, notariat orqanı isə digər vərəsələrin paylarını açıq saxlamaqla yalnız cavabdeh4 mirasın 1/4 hissəsinə dair şəhadətnamə verməli idi.

45. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir. Qeyd olunan arayış şəxslərin miras qoyanla qohumluq münasibətlərini və onların vərəsəliyə çağırılan şəxslər sırasında olmasını təsdiq etsə də, onların hər birinin mirası qəbul etməsi faktını təsdiq etmir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsində birinci növbə vərəsələrin dairəsi müəyyən edilmişdir. Lakin həmin norma birinci növbə vərəsələrin hamısının mirası qəbul etmiş hesab olunması barədə müddəa müəyyən etmir. Bu baxımdan yalnız miras qoyanın övladı olmaq faktına əsasən şəxsin konkret miras əmlak üzərində pay hüququnun yarandığını qəbul etmək mümkün deyildir. İddiaçı tərəfindən də özünün mirası qəbul etdiyini, miras əmlaka faktiki sahiblik etdiyini və ya onu idarə etdiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, yalnız vərəsələrin sayına əsaslanaraq mirasın avtomatik olaraq onların arasında 1/4 nisbətində bölünməli olması barədə apellyantın mövqeyi əsaslı hesab edilə bilməz.

46. Apellyasiya şikayətində digər dəlil ondan ibarətdir ki, cavabdeh4 miras əmlakı faktiki qəbul etməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur, notariat işində bu barədə yalnız onun ərizəsi mövcuddur və apellyantın fikrincə, mirasın faktiki qəbul edilməsi faktını yalnız məhkəmə təsdiq edə bilər. Apellyant həmçinin hesab edir ki, notariat orqanı miras əmlakı vərəsələr arasında düzgün bölüşdürməmiş, digər vərəsələrə münasibətdə qərəzli davranaraq yalnız cavabdeh4 üstünlük vermişdir.

47. Məhkəmə kollegiyası bu dəlili də qəbul etmir. Mülki prosesdə tərəflərin təqdim etdikləri sübutlar onların hər birinin ayrılıqda irəli sürdüyü mülahizələr əsasında deyil, iş üzrə sübutların məcmusu əsasında qiymətləndirilməlidir. cavabdeh4 mirası qəbul etməsi ilə bağlı notariat orqanına müraciəti və digər məlumatlar iş üzrə sübutlarla birlikdə qiymətləndirilməlidir. Bununla yanaşı, iddiaçının cavabdeh4 mirası qəbul etməsinə dair sübutların kifayət etmədiyini iddia etməsi onun özünün mirası qəbul etdiyini sübut etmək vəzifəsini aradan qaldırmır. Hazırkı mübahisədə iddiaçı öz tələbinin təmin olunması üçün ilk növbədə miras əmlak üzərində pay hüququnun yarandığını əsaslandırmalı və bunu mötəbər sübutlarla təsdiq etməlidir. Lakin iş materiallarında iddiaçının miras əmlaka sahiblik etməsi, onu idarə etməsi və ya digər qaydada faktiki qəbul etməsi barədə sübut müəyyən edilməmişdir. Buna görə də cavabdeh4 mirası qəbul etməsinə dair apellyantın mülahizələri onun öz tələblərinin əsaslılığını sübut edən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, notariat orqanının qərəzli davranması və cavabdeh4 əsassız üstünlük verməsi barədə iddia da hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən qəbul edilə bilməz.

48. Apellyasiya şikayətində hazırkı iddianın qaldırılmasına səbəb cavabdeh4 miras əmlaka dair öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə alması olmuş, iddiaçı həmin şəhadətnamənin mövcudluğundan yalnız 2025-ci ilin sentyabr ayında xəbər tutmuşdur. Apellyant hesab edir ki, hazırkı mübahisə üzrə əsas tələb mirasın qəbul edilməsi müddətinin uzadılması deyil, ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsidir və həmin sənədi vaxtında mübahisələndirdiyindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlinməsi düzgün deyildir.

49. Məhkəmə kollegiyası apellyantın bu dəlilini də əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə tələb iddiaçının həmin miras əmlak üzərində vərəsəlik hüququnun mövcudluğu məsələsi ilə bilavasitə bağlıdır. İddiaçının özünün vərəsə kimi tanınması və miras əmlakda pay hüququnun müəyyən edilməsi üçün hüquqi əsaslar mövcud olmadıqda, yalnız digər vərəsəyə verilmiş şəhadətnamənin ləğv edilməsi barədə tələb müstəqil şəkildə təmin edilə bilməz. Şəhadətnamənin mövcudluğunun sonradan öyrənilməsi həmin sənədin avtomatik olaraq qanunsuz hesab edilməsi və ya iddiaçının miras əmlak üzərində pay hüququnun yaranması nəticəsini doğurmur.

50. Bununla yanaşı, apellyantın şəhadətnamədən 2025-ci ilin sentyabr ayında xəbər tutması barədə dəlili də onun mirası qəbul etdiyini təsdiq edən hal deyildir. Şəxsin müəyyən sənədin mövcudluğundan nə vaxt xəbər tutması ilə həmin şəxsin miras əmlakı qəbul edibetməməsi müxtəlif hüquqi məsələlərdir və birinin mövcudluğu digərini avtomatik olaraq təsdiq etmir.

51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar