Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1862/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 Cəbrayıl qızının cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğvi, miras əmlakda vərəsə paylarının müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X8 ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 qızının cavabdehlər Cəbrayılov Aydın Cəbrayıl oğluna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğvi, miras əmlakda vərəsə paylarının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2, iddiaçı5, iddiaçı4 qızı, iddiaçı1 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X9 ilə Əliyeva Qızılgül Qurban qızı ##.##.1956-cı il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər.
2. Onların nikahlarından 7 övladları iddiaçı5, iddiaçı2, Manafova (Cəbrayılova) Rəna Cəbrayıl qızı, Məmmədova (Cəbrayılova) Cəmilə Cəbrayıl qızı, iddiaçı3, cavabdeh2 və Cəbrayılov Zakir Cəbrayıl oğlu olmuşdur.
3. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** nömrəli protokolunun arxiv çıxarışı əsasında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən 0,08 ha torpaq sahəsi X9 adına qeydiyyata alınmışdır.
4. Avtomobilin AЮ seriyalı ****** nömrəli texniki pasportuna əsasən, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı M-21, markalı 36305 AГ qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.1988-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır.
5. Tərəflərin atası X9 # ###### 1994-cü il tarixdə ölmüşdür.
6. X10 ölümündən sonra ondan miras qalan əmlaklar Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və M-21 markalı avtomobildir.
7. ## ###### 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu C.M.Qasımov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, # ###### 1994-cü il tarixdə vəfat etmiş, X9 vərəsələri Cəbrayılova Qızılgül Qurban qızı və cavabdeh2 miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras-əmlak Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən ##.##.2015-ci il tarixli, ** nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21, markalı 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsindən ibarətdir.
8. ## ###### 2015-ci il tarixli miras payın bağışlanma müqaviləsi ilə, Cəbrayılova Qızılgül Qurban qızı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1292-ci maddəsinə əsasən Sumqayıt şəhər ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Qasımov C.M tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, *V-*** nömrəli reyestrdə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını X7 bağışlamışdır.
9. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən 0,08 ha torpaq sahəsi ##.##.20**-ci il tarixdə X10 adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
10. Sumqayıt şəhər * saylı dövlət notariat kontorunun təsdiq etdiyi ##.##.20**-ci il tarixli 2V-** reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən həmin 0,08 ha torpaq sahəsi X10 arvadı Cəbrayılova Qızılgül Qurban qızının adına qeydiyyata alınaraq, ##.##.20**-ci il tarixli, *********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər * saylı dövlət notariat kontorunun təsdiq etdiyi ##.##.20**-ci il tarixli, 4Ə-** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi X3 adına qeydiyyata alınaraq, ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı3 iddiası təmin edilərək, Sumqayıt Şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 2** ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Sumqayıt Şəhər * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 2v/-** reyestr nömrəli, ##.##.20**-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cəbrayılova Qızılgül Qurban qızının adına Sumqayıt Şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 2** ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ##.##.20**-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh2 iddiası təmin edilərək, Sumqayıt şəhəri * saylı dövlət notariat ofisində təsdiq edilmiş ## ###### 20**-ci il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, X3 adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 2** ünvanında yerləşən torpaq sahəsinə dair (1/2 hissəsinə) ##.##.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir.
13. Cəbrayılov Zakir Cəbrayıl oğlu ##.##.2021-ci il tarixdə, Cəbrayılova Qızılgül Qurban qızı isə ##.##.2023-cü il tarixdə ölmüşlər.
14. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhəri * saylı Vəkil Bürosuna ünvanlanmış # #### 2024-cü il tarixli, məktuba # #### 2024-cü il tarixli cavabdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi Sumqayıt Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** nömrəli protokolunun arxiv çıxarışı əsasında X9 adına qeydiyyata alınaraq ##.##.20**-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər * saylı dövlət notariat kontorunun təsdiq etdiyi ##.##.20**-ci il tarixli 2V-** reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən torpaq sahəsi Cəbrayılova Qızılgül Qurban qızının adına qeydiyyata alınaraq, ##.##.20**-ci il tarixli, *********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər * saylı dövlət notariat kontorunun təsdiq etdiyi ##.##.20**-ci il tarixli, 4Ə-** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi X3 adına qeydiyyata alınaraq, ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Icra oluması üçün idarəyə daxil olmuş, qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən Cəbrayılova Qızılgül Qurban qızının və *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən X3 torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqları ləğv edilmişdir. X9 torpaq sahəsi üzərində hüquqları bərpa olunaraq ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
15. # ######## 2024-cü il tarixdə qonşuların iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, qonşuları olmuş mərhum X9 məxsus Kotec qəsəbəsi, 23cü məhəllə, 7-keçir, */*** saylı fərdi yaşayış evi həyətində üç yaşayış evi vardır. Onlardan birində mərhumun oğlu iddiaçı3 ailəsi ilə birlikdə yaşayır. Digərində mərhumun oğlu cavabdeh2 ailəsi ilə yaşayır. Digər əsas mülk olan evdə mərhumun arvadı Cəbrayılova Qızılgül Qurban qızı, Cəbrayılov Zakir Cəbrayıl oğlu mərhumun oğlu yaşamışlar. Hal-hazırda oradan mərhumun övladları iddiaçı1, iddiaçı4, X3, iddiaçı2 Cəbrayı oğlu, iddiaçı5 Cəbrayı oğlu iştirak edirlər və müntəzəm olaraq həmin evə gəlibgedirlər.
16. Mənzil Təsərrüfatı Istehsalat Birliyinin *** nömrəli, ##.##.2024-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 1/2** ünvanda yerləşən həyətyanı sahədə iki tikili ev vardır. Əvvəl tikilən əsas evin bir hissəsində, yəni iki otağında cavabdeh2 öz ailə üzvləri ilə daimi yaşayır. Sonradan tikilən evdə isə, iddiaçı3 öz ailə üzvləri ilə birlikdə yaşayır (daimi). Iş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat:
17. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər cavabdeh2 və * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə (bundan sonra birinci cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum X9 miras qalan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında DƏDRX * saylı (Sumqayıt) ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024cü il tarixli qeydiyyat nömrəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən *** saylı evin və “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşının onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılması, onların vərəsəlik hüququnun tanınması, həmin mülkə cavabdeh Sumqayıt * saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və həmin reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair cavabdeh cavabdeh2 adına verilmiş şəhadətnaməsinin ləğvi, miras əmlakların qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/6 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
18. Iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ##.##.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DƏDRX-in * saylı (Sumqayıt) ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X9 adına qeydə alınmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən *** saylı 0,08 ha torpaq sahəsinin iddiaçı-vərəsələr tərəfindən qəbul edilməsi müddətinin uzadılması, cavabdeh Sumqayıt * saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən ##.##.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və ##.##.2015-ci il tarixli *M-*** nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair cavabdeh cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamənin ləğvi edilməsini, miras əmlakların qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/6 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Iddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, onların ataları X9 ##.##.1994-cü ildə ölmüşdür. Ondan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllədə yerləşən *** saylı ev və “Volqa” markalı Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Onlar mərhumun qanun üzrə birinci növbə vərəsələridirlər. Atalarının vəfatından təxminən 21 il sonra cavabdeh cavabdeh2 digər cavabdeh Sumqayıt şəhər * saylı Regional Asan Xidmət Mərkəzinə müraciət edərək mərhumdan miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə istəmiş və iddiaçıların da mərhumun birinci növbə qanun üzrə vərəsələri olduqlarını bildirməmişdir. Təqdim etdikləri * saylı forma arayışda miras qoyanın yaşadığı evdə daha bir oğlunun - iddiaçı3 da qeydiyyatda olması göstərilsə də notariat ofisi onu belə cəlb etməmiş və mərhumun yalnız iki nəfər vərəsəsini qanun üzrə birinci növbə vərəsə kimi tanımış və verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd olunan digər vərəsə - anaları Cəbrayılova Qızılgül Qurban qızı həmin şəhadətnamə verilən günü ona çatası miras əmlakdakı 1/2 payını cavabdeh cavabdeh2 bağışlamışdır. Atalarından miras qalan ev üzərində onun mülkiyyət hüququ ##.##.2024-cü ildə DƏDRX Sumqayıt * saylı Ərazi Idarəsində qeydə alınmış və onlar həmin sənədin surətini əldə etməklə miras qoyanın vərəsələri kimi onlara miras əmlakdan çatası payın müəyyən edilməsi barədə cavabdeh * saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmişlər. Lakin aldıqları cavabdan sonra onlara məlum olmuşdur ki, artıq cavabdeh cavabdeh2 ##.##.2015-ci il tarixdə 1/2 paya *V*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamədə atasına məxsus avtomaşın göstərilməklə mərhum anasının payı 1/2 hissədə olmuş və anaları da ##.##.2015-ci il tarixli, *M-*** nömrəli reyestrlə qeydə alınmış miras payın bağışlanması müqaviləsinə əsasən həmin payını cavabdeh cavabdeh2 bağışlamışdır. Göründüyü kimi notariat ofisi hətta miras qoyanın yaşadığı evdə faktiki yaşayan və qeydiyyatda olan şəxslərin belə vərəsəliyə cəlb edilmələrini təmin etməmiş, onların fikrini öyrənmədən bu şəhadətnaməni vermişdir. Miras qalan ev onların daima gedib-gəldikləri, qaldıqları ata ocağıdır. Onların hər birinin bu evdə qanun üzrə vərəsələr kimi payları vardır və bu evə dair çıxarış 2024-cü ilin may ayında mərhum atalarının adına rəsmiləşdirilmiş, onlar da həmin miras əmlakdan paylarının müəyyən olunmasını istəyirlər. Lakin qanunsuz olaraq verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və miras payın bağışlanması barədə şəhadətnamə onların bu hüquqlarının reallaşmasına əngəl yaradır. Halbuki miras qoyanın qanun üzrə birinci növbə vərəsələri – övladları olmaqla bu miras əmlakı faktiki olaraq qəbul etmişlər.
20. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiaçı3 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mehribançılıq ilə yaşadıqları üçün sənədləri əldə etməyə ehtiyac qalmamışdır. Notariusa müraciət etdikdən sonra xəbəri olmuşdur. Ona görə də cavabdehin payının verilməsini və ayrılmasını xahiş edir.
21. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 Mübarək oğlu məhkəməyə yazılı izahat ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh2 2009-cu ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Birgə nikahlarından övladları olmadığına görə bacanağı X1 bir qız uşağını övladlığa götürmüşlər. ##.##.2016-cı il təvəllüdlü Zeynəb Cəbrayılovanın övladlığa götürülmə prosesi məhkəmə yolu ilə bütün qanuni prosedurlara uyğun həyata keçirilmişdir. Hazırda cavabdeh cavabdeh2 qarşı iddia qaldıran qardaş və bacıları olan iddiaçılar övladlığa uşaq götürdüyünə görə, onu vərəsəlikdən məhrum etmək istəyirlər. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontorunun xüsusi notariusu C.M.Qasımov ## ###### 2015-ci ildə cavabdeh cavabdeh2 atası Cəbrayıl Cəbrayılovun həyat yoldaşı, anası Qızılgül Cəbrayılova və oğlu kimi cavabdeh cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anası ## ###### 2015-ci il tarixli ərizəsi ilə həyat yoldaşından miras qalmış əmlakın ona düşən 1/2 mülkiyyət hüququndan imtina etmişdir. Eyni tarixdə o, miras payın bağışlanma müqaviləsinə əsasən ona düşən miras payını cavabdeh cavabdeh2 bağışlamışdır. Təbii ki, bütün bunları indi iddiaçı olan qardaş və bacıları bilmişdir. Onlar həmin vaxt nə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, nə də miras payın bağışlanma müqaviləsinə etiraz etməmişlər. Atasından miras qalan və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh cavabdeh2 çatan M-21 “Volqa” markalı, 36305AQ dövlət nömrə nişanlı, rəngi ağ, 1966-cı il buraxılışlı avtomobil 2015-ci ildən etibarən onun tərəfindən idarə edilir və bunu indi iddiaçı olan qardaş və bacıları da hər gün görmüş və bilmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməklə bağlı iddia müddətini ötürmüşlər. Lakin anası vəfat etdikdən sonra o, qeydiyyatda olduğu və yaşadığı ata mülkünü adına sənədləşdirmiş, sığortalamaq istəmişdir. Cavabdeh cavabdeh2 qardaşı, hazırda iddiaçı olan iddiaçı3 təklif etmişdir ki, yaşadıqları torpaq sahəsini iki hissəyə bölüb, hər biri özünə çatası sahəni rəsmiləşdirsin. Məhz bundan sonra Natiq digər iddiaçıları da cəlb edərək qərəzli şəkildə cavabdeh cavabdeh2 qarşı hazırkı iddianı qaldırmışlar. Iddiaçıların hər birinin fərdi evi vardır. Atası böyük qardaşı Israfilə 1970-ci ildə, digər qardaşı Namiqə isə 1979-cu ildə ev almışdır. 1989-cu ildə isə digər iddiaçı olan Natiqə həyətlərində ayrıca ev tikdirmişdir. Iddiaçı olan bacıları isə ailə quraraq, uzun illərdir ki, ata evini tərk etmişlər və ailə üzvləri ilə birlikdə yaşayırlar. Adları çəkilən şəxslərin hazırda hər biri öz evində yaşayır. Bu iddianı irəli sürməkdə məqsəd, övladlığa uşaq götürdüyünə görə, cavabdeh cavabdeh2 yaşadığı ata mülkündən, qanunla ona düşən miras paydan məhrum etməkdir. Cavabdeh cavabdeh2 və arvadı övladlığa uşaq götürəndə Sumqayıt Şəhər Icra Hakimiyyətindən yaşadığı evin şəraitinə baxış keçirilmiş və müsbət rəy verilmişdir.
22. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, 2015-ci ildə iddiaçının özü onu başa salmışdır. Torpaq sahəsinin yarı şəkildə bölünməsinə razıdır. Avtomobil isə onundur, 2015-ci il tarixdən o sürür. Avtomobil onun atasından qalmış, digər bacı və qardaşların da halallığını almışdır.
23. Məhkəmə iclasında iştirak etmiş cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 həmçinin izahatında bildirmişdir ki, iddiaçı2 və iddiaçı5 adına daşınmaz əmlak vardır. Bu onu təsdiq edir ki, həmin şəxslər uzun müddətdir ki, həmin əmlakda yaşayırlar. Onların mübahisəli evə heç bir aidiyyətləri yoxdur. Mübahisəli evdən ümumiyyətlə istifadə etmirlər. Öz ailələri ilə birlikdə həmin ünvanda yaşayırlar. Mübahisəli əmlakda onların pasport qeydiyyatı da mövcud deyildir. Bununla bağlı müvafiq arayışı alıb məhkəməyə təqdim etmişlər. Iddiaçı tərəf israrla iddia edir ki, həmin ünvanda 3 ev vardır. Lakin sənədlərdən də görünür ki, 2 ev vardır. Evlərlə bağlı sənəd yoxdur. Sadəcə torpaq sahəsinə aid çıxarış vardır. Cəbrayıl Cəbrayılov 1994-cü il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində nəqliyyat vasitəsi və torpaq sahəsi olmuşdur. Torpaq sahəsi onun sağlığında qeydə alınmadığı üçün vərəsəlik şəhadətnaməsi verilməmişdir. 2015-ci il tarixdə sadəcə nəqliyyat vasitəsinə şəhadətnamə verilmişdir. cavabdeh2 və anasının adına verilmiş, anası da ona düşən payı Aydına bağışlamışdır. 2017-ci il tarixdə torpaq sahəsinə çıxarış alınmışdır. Iddiaçıların anası Qızılgül Cəbrayılova öz payını öz qızına bağışlamışdır. Natiq isə 2019-cu il tarixdə bu məsələlərdən xəbərdar olmuşdur. Iddiaçı isə iddia edir ki, onlar 2024-cü il tarixdə bundan xəbər tutmuşlar. Sonradan çıxarış ləğv olunmuş və 2024-cü il tarixdə yeni çıxarış alınmışdır. Ümumi mövqeləri ondan ibarətdir ki, iddiaçılar mirası qəbul etmək müddətini ötürmüşlər. Konstitusiya Məhkəməsinin qərarı bu iddiaya tətbiq oluna bilməz. Çünki, orada da qeyd olunur ki, bu qərardan sonra yaranan mübahisələrə və məhkəmədə olan münasibətlərə tətbiq olunur. 2015-ci il tarixdə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin dövrdə plenum qərarı olmamış, vərəsələr də vaxtında məhkəməyə müraciət etməli idilər. iddiaçı3 həmin mənzildə qeydiyyata olsa da müddət ötürülmüşdür. Digər vərəsələr də mirası nə qanuni əsasla, nə də faktiki olaraq qəbul etməmişlər. Ona görə də iddiaçıların iddia tələbləri əsassızdır. Iddia ərizəsində daşınmaz əmlak kimi evdən söhbət gedir. Lakin evin hər hansı bir sənədi mövcud deyildir. Miras əmlak torpaq sahəsinə aiddir. Evlə bağlı hər hansı bir tələb irəli sürülə bilməz. Ona görə də iddia tələblərinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı tərəfin də elə bir sübutu olmamışdır ki, nəqliyyat vasitəsinə şəhadətnamə verilməsindən xəbərsiz olmuşlar. Hər kəs bilir ki, nəqliyyat vasitəsinin sahibi öldükdə sahib olmadan nəqliyyat vasitəsini idarə etmək mümkün deyildir. Həmin dövrdən də nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. iddiaçı3 da bilir ki, avtomobili cavabdeh idarə edir.
24. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X9 miras qalmış, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən torpaq sahəsinə dair miras əmlakı iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddətinin bərpa edilməsi, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2015-ci il tarixli, ** nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsinə dair Cəbrayılova Qızılgül Qurban qızının və cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim Aynur Behbudova).
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2015-ci il tarixli, ** nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsi iddiaçıların mərhum ataları X11 məxsus olmuşdur. Cavabdeh Cəbrayılova Qızılgül Qurban qızı ## ###### 2015-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Sumqayıt “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna müraciət etmiş, ərizədə özündən başqa sadəcə cavabdeh2 vərəsə olduğunu qeyd etmiş, həmin tarixdə mübahisəli avtomobilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almışdır. Bundan sonra, Cəbrayılova Qızılgül Qurban qızı oğlu Aydına mübahisəli nəqliyyat vasitəsininin ona aid olan hissəsini ## ###### 2015-ci il tarixdə bağışlamışdır.
26. Məhkəmə qeyd edilmişdir ki, “cavabdehin etiraz etdiyi hallardan biri odur ki, “hər kəs bilir ki, nəqliyyat vasitəsinin sahibi öldükdə sahib olmadan nəqliyyat vasitəsini idarə etmək mümkün deyildir. Həmin dövrdən də nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. iddiaçı3 də bilir ki, avtomobili cavabdeh idarə edir”, qeyd olunan xüsusat əsaslı deyil.
27. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, bu hal onu deməyə əsas vermir ki, digər vərəsələrin qanunla qorunan hüquqları, yəni pay hüquqları pozulmalıdır. Miras əmlakın fakitiki qəbulu digər vərəsələri onlara çatası paydan məhrum etmir.
28. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, torpaq sahəsi ilə bağlı digər vərəsələrin məhkəmə mübahisəsi olduğu və qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamaları məhkəmə tərəfindən üzürlü hal hesab edilməklə, onun qəbulu üçün ötürülmüş müddət bərpa edilməlidir.
29. Məhkəmə cavabdehin etirazının dəlillərində iddia müddətini ötürməklə bağlı verdiyi mülahizəni qanunvericiliyin tələbi baxımından əsaslı hesab etməyərək qeyd etmişdir ki, X9 miras qalmış mübahisəli ünvanında yerləşən torpaq sahəsi üzərində miras əmlakın tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir.
30. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh cavabdeh2 notariat orqanına müraciət edərkən vərəsələrin dairəsini nəzərdə tutan ərizəsini qanunla nəzərdə tutulan formada, yəni digər vərəsələrin olması barədə məlumatı verməmiş, nəticədə notarius da həmin vərəsələrin çağırılması üçün zəruri hərəkətlər etməyərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçıların həmin əmlakdan pay almaq hüququ pozulmuşdur.
31. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 149.2, 329.1, 337, 1243, 1248, 1252, 1253, 1301-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
32. Iddiaçı iddiaçı3 və cavabdeh cavabdeh2 apellyasiya şikayətləri vermişlər.
33. Iddiaçı iddiaçı3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissəsində ləğv etməklə “Volqa” markalı Z6305AQ dölə qeydiyyat nişanlı avtomaşına dair cavabdeh cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə aid şəhadətnamənin ləğvi barədə iddia tələbinin də təmin olunması, qətnamənin qalan hissədə dəyişdirildmədən saxlanılması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
34. Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini qismən təmin etmiş, lakin cavabdehin adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamənin ləğvi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsi ilə razı olmadığı üçün ondan apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlər və sübutlarla miras predmetinə daxil olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən torpaq sahəsinə dair miras əmlakın iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 tərəfindən qəbul edilməsi faktı təsdiq olunmuş və məhkəmə buraxılmış müddəti bərpa etməklə Cəbrayıl Israfil oğlunun mülkiyyətində olan Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ##.##.2015-ci il tarixli, ** nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik Nsi N/Z, şassi 399147 rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsinə dair Cəbrayılova Qızılgül Qurban qızının və cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv etmiş,lakin iddia tələbini qalan hissədə təmin etməmişdir. Iddia tələbinin digər hissəsi ləğv olunmuş şəhadətnamə əsasında cavabdeh DYP tərəfindən verilmiş nəqliyyat vasitəsinin şəhadətnaməsi olmuşdur. Həmin şəhadətnamənin cavabdeh adında qüvvədə qalması miras qoyanın digər vərəsələrinin mülkiyyət hüquqlarının pozulmasına xidmət edir. Göründüyü kimi vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunduğu üçün həmin şəhadətnamə əsasında verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamə də ləğv olunmalıdır. Çünki iddiaçı miras əmlakın şəriki olaraq həmin əmlak üzərində vərəsə payına-mülkiyyət hüququna malikdir.
35. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
36. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Iddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, miras əmlaka dair 2015-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən yalnız ## #### 2024-cü ildə məlumat əldə ediblər. Iddiaçılardan yalnız iddiaçı3 miras əmlaka daxil olan torpaq sahəsində yaşayır, istifadə edir, digər iddiaçılar isə torpaq sahəsində yerləşən evdə qeydiyyatda deyil, ondan istifadə etmir və daimi olaraq başqa ünvanlarda yaşayırlar. Hətta bununla bağlı Reyestr Xidmətindən əldə edilmiş məktubdan görünür ki, iddiaçılardan Namiq və iddiaçı5 mülkiyyətlərində daşınmaz əmlak mövcuddur. Eyni zamanda Sumqayıt Şəhər Kommunal X17 ## ###### 2024-cü il tarixli arayışında mübahisəli torpaq sahəsində 2 evin olduğu, birində iddiaçı3, digərində isə cavabdeh2 yaşadığı qeyd edilib. Göründüyü kimi, iddiaçılardan yalnız iddiaçı3 miras əmlakın bir hissəsi olan torpaq sahəsindən istidadə edir, orada qeydiyyatdadır. Digər iddiaçılar miras əmlakı qanuni və faktiki əsasla qəbul etməyiblər. iddiaçı3 miras əmlakı faktiki olaraq qəbul etmiş hesab olunsa da, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulan müddəti ötürüb. Belə ki, ## ###### 2015-ci ildə miras əmlakın bir hissəsi olan nəqliyyat vasitəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib və həmin vaxtdan cavabdeh2 qanuni əsaslarla “Volqa” markalı avtomaşını idarə edib, həmin nəqliyyat vasitəsi cavabdeh2 mülkiyyətində olub. Miras əmlakın digər hissəsi olan torpaq sahəsinə isə ## #### 20**-ci ildə X10 adına çıxarış alındıqdan sonra həmin sahənin 1/2 hissəsinə ## ###### 20**-ci ildə iddiaçıların anası Qızılgül Cəbrayılovanın mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. Qızılgül Cəbrayılova ona məxsus olan torpaq sahəsini (ümumi sahənin 1/2 hissəsini) qızı Iradə Cəbrayılovaya bağışlayıb. Iddiaçılardan iddiaçı3 həmin dövrdə məhkəməyə iddia verərək şəhadətnamənin etibarsız hesab edilməsini xahiş edib və Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilib. Hazırda iddiaçı iddiaçı3 iddia edir ki, həmin dövrdə vərəsəlik işinin açılmasından xəbərsiz olub. Lakin həmin dövrdə iddiaçı3 belə bir iddia verməsi üçün əsasların haradan yaranması müəyyən edilməyib. Iddiaçı iddiaçı3 həmin dövrdə, həqiqətən də, vərəsəlik işinin açılması, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbərsiz olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Eyni zamanda digər iddiaçılar miras əmlakdan indiyə qədər istifadə etmələrinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Onların məhkəməyə təqdim etdiyi yeganə sənəd # ######## 2024-cü ildə qonşuların iştirakı ilə tərtib edilmiş aktdır ki, həmin akt əsaslı sübut kimi qiymətləndirilə bilməz. Bu aktdan başqa, iddiaçılar miras əmlakdan istifadə etmələri ilə bağlı hər hansı sübut (miras əmlaka dair kommunal ödənişlərin ödənilməsi, yerli vergilərin ödənilməsi və s.) arayış, qəbz təqdim etməyiblər. Işə baxan məhkəmə sadalanan ziddiyyətli məqamlara aydınlıq gətirməyib, cavabdehin təqdim etdiyi sübutları nəzərə almamasını əsaslandırmayıb. Ümumiyyətlə məhkəmə qətnaməsindən iddiaçıların miras əmlakı faktiki qəbul etməsinin hansı sübutlarla təsdiq edildiyi müəyyən edilmir. Məhkəmə öz qətnaməsində Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarına da istinad edib. Belə ki, həmin qərarda açıq-aşkar qeyd edilib ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsinin qərarının ## ###### 2023-cü ildə qəbul edildiyini, vərəsəlik işinin bu tarixdən daha əvvəl açıldığı nəzərə alınsa, məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını hazırkı işə tətbiq etməkdə haqlı olmayıb. Bununla da məhkəmə maddi hüquq normalarını pozub.
37. Məhkəmə kollegiyası tərəfindən Quliyevaya (Cəbrayılovaya) Iradə Cəbrayıl qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
38. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Sumqayıt * saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən ##.##.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və ##.##.2015-ci il tarixli *M-*** nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair cavabdeh cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamə ləğv edilmiş, Cəbrayıl Cəbrayılovdan miras qalmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən *** saylı 0,08 ha torpaq sahəsi və “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın üzərində paylar vərəsələr - iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5, iddiaçı4 və cavabdeh2 arasında bərabər şəkildə (hər birinə 1/6 hissə olmaqla) bölünməsi qət edilmişdir (hakimlər:Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə və Səyyad Qafari)
39. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb bir neçə hissədən ibarət olmaqla-1) mirasın qəbul edilməsi müddətinin uzadılması, 2) miras əmlak olan avtomobilə dair verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, 3) payın bağışlama müqaviləsinin etibarsız hesab olunması, 4) avtomobilə dair cavabdeh2 adına qeydiyyat şəhadətnaməsinin ləğvi və sonda 5) miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsindən ibarədədir.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras qoyan şəxs Cəbrayıl Cəbrayılov # ###### 1994-cü il tarixdə vəfat etdiyindən, hazırkı vərəsəlik hüquq münasibətləri ona münasibətdə 2000-ci ildən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normaları əsasında, onun arvadı (tərəflərin anası) Qızılgül Cəbrayılova isə ##.##.2023-cü il tarixdə vəfat etdiyindən sonuncuya münasibətdə qüvvədə olan Mülki Məcəllənin normaları ilə (irsi transmissiya qaydasında) həll edilməlidir.
42. Məhkəmə kollegiyası vurğulamışdır ki, işin mübahisəsiz hallarından müəyyən edilmişdir ki, tərəflərin atası olan miras qoyan Cəbrayıl Cəbrayılov ##.##.1994-cü il tarixdə, onun arvadı Qızılgül Cəbrayılova isə ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın ölümündən sonra onun birinci növbə vərəsə kimi arvadı Qızılgül, övladları Natiq, Namiq, Cəmilə, Israfil, Rəna, Aydın və Iradə adlı övladları qalmışdır.
43. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, X10 vəfatından sonra “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7ci keçid, 23-cü məhəllədə yerləşən *** saylı 0,08 ha torpaq sahəsi miras qalmışdır. Sözügedən ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlar (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən) X9 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmişdir. Miras qalmış avtomobillə bağlı isə ## ###### 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələr Qızılgül Cəbrayılovaya və cavabdeh2 miras əmlakdan bərabər pay verilmiş, sonra Qızılgül Cəbrayılova öz miras payını “miras payın bağışlanma müqaviləsi” nə əsasən cavabdeh2 bağışlamışdır. Hazırda avtomobil cavabdeh2 adınadır.
44. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan şəxs # ###### 1994-cü il tarixdə vəfat etdiyindən, həmçinin sözügedən vərəsəlik işi üzrə mübahisə ##.##.2024-cü il tarixdən sonra məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarının müddəaları hazırkı işə tətbiq oluna bilməz. Ona görə ki, sözügedən Plenum Qərarının “qərara aldı” hissəsinin 3-cü bəndində mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi göstərilmişdir.
45. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, miras qoyan Cəbrayıl Cəbrayılovdan miras qalmış torpaq sahəsində iki ev mövcud olmuş, həmin evlərdən birində iddiaçı iddiaçı3, digərinin bir hissəsində isə cavabdeh daimi yaşamaqla mirası faktiki şəkildə qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Vərəsələrin bildirdiyinə görə digər ev (cavabdeh cavabdeh2 yaşadığı ev) iki hissəyə bölünərək, bir hissəsində ailəsi ilə birlikdə cavabdeh yaşamış, digər hissəsi isə miras qoyandan miras qalmış əmlaklar (xalça, palaz və s.) saxlanılmaqla otaqların açarı vərəsələr Cəmilə, Rəna və Israfildə olmuş və sonuncular mütəmadi olaraq həmin evə gedib-gəlməklə, evin təmizliyini həyata keçirməklə, həmin hissə ilə bağlı yaranmış kommunal xidmətləri ödəməklə mirası faktiki şəkildə qəbul etmişlər. Hətta bununla bağlı vərəsələr arasında uzun müddət mübahisə də olmamışdır. Hətta iddiaçılar bununla bağlı müvafiq aktlar və kommunal ödənişlərin həyata keçirməsi ilə bağlı qəbzlər də təqdim etmişlər.
46. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, apellyasiya icraatı zamanı cavabdeh cavabdeh2 da bunları inkar etməmiş, atasından miras qalmış torpaq sahəsi üzərində inşa edilmiş evin birində qardaşı iddiaçı3 yaşadığını, digər evin iki hissəyə bölünməsini, digər hissənin açarlarının bacı və qardaşlarında olmasını, sonuncuların mütəmadi olaraq həmin evə gəlib-getdiklərini, həmin hissə ilə bağlı kommunal xidmətlərin onlar tərəfindən ödənildiyini qəbul etmişdir. Lakin sonuncunun mübahisələndirdiyi hal ondan ibarətdir ki, miras qalmış avtomobil yalnız ona çatmalı, torpaq sahəsi də iki hissəyə bölünməlidir.
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, göründüyü kimi miras qoyanın ölümündən xeyli müddət keçməsinə baxmayaraq, iddiaçılar miras qalmış əmlakı paylara uyğun rəsmiləşdirməsələr də, faktiki olaraq qəbul etməklə bunu şəksiz qaydada nümayiş etdirmişlər.
48. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, yalnız qanunla müəyyən edilmiş hallarda mirasın qəbulu müddəti uzadıla bilər.
49. Məhkəmə kollegiyasının qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçılar atalarından miras qalmış əmlakı (analarından isə irsi transmissiya qaydasında) faktiki qaydada qəbul etmiş, bununla bağlı öz iradələrini miras açılan andan bəyan etmişlər.
50. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, istər rəsmi, istərsə də faktiki qəbul edilmiş mirasın qəbul müddətinin uzadılmasına zərurət yoxdur. Hazırkı halda isə iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərməmiş və işdən mirasın qəbulu ilə bağlı gecikmənin olması müəyyən edilməmişdir. Vərəsə mirasın bir hissəsini qəbul etməklə, artıq bütün mirasın qəbul edildiyini bəyan etmiş olur. Yəni qanunvericilik mirasın hissəvi qəbulunu və ya hissəvi imtinanı qəbul etmir.
51. Məhkəmə kollegiyasının qənaətinə görə, nə qədər ki iddiaçılar atalarından miras qalmış daşınmaz əmlakın faktiki idarəçiliyində, qəbulunda iştirak edib, onda ehtimal olunar ki, onlar bütün mirası qəbulu edib.
52. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, belə olan hallarda iddiaçıların əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.
53. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş vərəsə Iradə Quliyevaya (Cəbrayılovaya) münasibətdə qeyd etmişdir ki, sonuncu mövcud mübahisə ilə bağlı məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla bağlı öz iradə ifadəsini bildirməmişdir. Hətta proses iştirakçıları Iradə Quliyevanın mübahisəyə qoşulmadığını bildirmişlər. Ona görə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mirasın açılmasından xeyli müddət keçməsinə baxmayaraq, sonuncu mirasın qəbulu, ona pay verilməsi ilə bağlı öz mövqeyini bildirmədiyindən onun hərəkətləri “vərəsənin susması” kimi qiymətləndirilməlidir.
54. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 529, 530, 532, 552, 554, 556, 563-cü, qüvvədə olan Mülki Məcəllənin 1252, 1253-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 372.7 və 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
55. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.
57. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il *(***)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır (hakimlər: Zəki Babayev -məruzəçi, Zaur Əliyev və Vüsalə Baxışova).
58. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
59. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının müddəalarının hazırkı işə düzgün tətbiq edilməməsi barədə mövqeyi istisna olmaqla, gəldiyi digər nəticə və hüquqi əsaslandırma ilə razılaşmamışdır.
60. Belə ki, ilk növbədə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Notariat ofisi tərəfindən ##.##.2015-ci il tarixdə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və ##.##.2015-ci il tarixli *M*** nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsini etibarsız hesab edərək, “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair cavabdeh cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnaməni ləğv edərkən, gəldiyi həmin nəticəni qətnamədə əsaslandırmadığından apellyasiya məhkəməsinin hansı səbəbdən yuxarıda göstərilən nəticəyə gəldiyini qətnamədən müəyyən etmək mümkün deyil.
61. Bununla da, apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsi tərəfindən ona və anasına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinin əsassız olması barədə dəlilinə də münasibət bildirməmişdir. Eyni zamanda cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 iddia ərizəsinə qarşı verdiyi etirazında və verdiyi apellyasiya şikayətində, həm də iddiaçı iddiaçı3 miras əmlakı faktiki olaraq qəbul etmiş hesab olunsa da, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsini qeyd etmiş, apellyasiya məhkəməsi tərəfindən isə qeyd olunan dəlillərə də hər hansı hüquqi qiymət verilməmişdir.
62. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş apellyasiya instansiyası məhkəməsi, mirasın mövcud əmlakların hansı hissəsinə və hansı tarixlərdə açılmasını, yəni həmin mübahisəli əmlakların mərhum Cəbrayıl Cəbrayılovla onun arvadı Qızılgıl Cəbrayılova ilə birgə nikah dövründə əldə edilib-edilməməsini araşdırmamış, bununla bağlı hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
63. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisəli torpaq sahəsi mərhum Cəbrayıl Cəbrayılova Sumqayıt Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** nömrəli protokol qərarına əsasən arvadı Qızılgıl Cəbrayılova ilə birgə nikahda olduqları müddətdə ayrılsa da, iddiaçı iddiaçı3 və mərhum Qızılgül Cəbrayılovanın tərəf olduğu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** nömrəli, ## ##### 2019-cu il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin Cəbrayıl Cəbrayılova əvəzsiz qaydada ayrılması, torpağın tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsinin öz təsdiqini tapmadığı, ər-arvadın birgə mülkiyyəti olmadığı müəyyən edilmişdir.
64. Iş materiallarında olan avtomobilin texniki pasportuna əsasən mərhum Cəbrayıl Cəbrayılovdan miras mübahisəli nəqliyyat vasitəsi ##.##.1988-ci il tarixdə onun adına qeydə alınmışdır.
65. Həmçinin mübahisəli torpaq sahəsinin X10 adına ilkin olaraq dövlət reyestrində qeydiyyata alınması ##.##.20**-ci il tarixdə, yəni arvadı Qızılgıl Cəbrayılova vəfat edənə kimi rəsmiləşdirilmiş, apellyasiya məhkəməsi isə işə baxarkən torpaq sahəsinin rəsmiləşdirildiyi ##.##.2024-cü il tarixi əsas götürmüşdür. Göründüyü kimi işin qeyd olunan halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təhlil edilməmiş, torpaq sahəsinin və nəqliyyat vasitəsinin ər-arvadın nikah müddətində qazandıqları əmlak olub-olmamasına hüquqi qiymət verilməmişdir.
66. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hər bir əmlaka münasibətdə mirasın açılmasından sonra faktiki olaraq neçə vərəsənin qalmasına, onlardan kimlərin mirası faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə qəbul etməsinə dair düzgün nəticəyə gəlməmişdir.
67. Qeyd olunmuşdur ki, apellyasiya məhkəməsinin qətnamədə göstərdiyi kimi, mərhum Cəbrayıl Cəbrayılov # ###### 1994-cü il tarixdə vəfat etdiyindən hazırkı vərəsəlik hüquq münasibətləri ona münasibətdə 2000-ci ildən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normaları, onun arvadı Qızılgül Cəbrayılova isə ##.##.2023-cü il tarixdə vəfat etdiyindən, sonuncuya münasibətdə qüvvədə olan Mülki Məcəllənin normaları ilə tənzimlənməlidir. Lakin apellyasiya məhkəməsi miras qoyan Cəbrayıl Cəbrayılovun ölümündən sonra onun birinci növbə vərəsəsi kimi arvadı Qızılgül, övladları Natiq, Namiq, Cəmilə, Israfil, Rəna, Aydın və Iradənin adlarını qeyd etsə də, ##.##.2021-ci il tarixdə vəfat etmiş birinci növbəli vərəsə Zakir Cəbrayılovu nəzərə almamış, öldüyü vaxta kimi onun fəaliyyət qabiliyyətli şəxs olubolmamasını yoxlamamışdır. Halbuki mərhum Zakir Cəbrayılovun fəaliyyət qabiliyyətli şəxs kimi mirası qəbul etməsi müəyyən edildiyi halda, ölümündən sonra Zakirə qalan paya birinci növbə vərəsə kimi anası Qızılgül Cəbrayılovanın payının artması, sonuncunun ölümündən sonra isə həmin payın mirası faktiki qəbul etmiş digər vərəsələr arasında bölünməsi müzakirə edilə bilərdi.
68. ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
69. Hazırkı işin müəyyən edilmiş hallarına görə, qeyd olunan normaya uyğun olaraq vərəsəliyin açıldığı gündən, yəni Cəbrayıl Cəbrayılovun öldüyü # ###### 1994-cü il tarixdən altı ay müddətində mirası yalnız onun arvadı Qızılgül, övladları Natiq, Aydın və Zakirin qəbul etdiyi görünsə də, Apellyasiya instansiyası məhkəməsi mərhum Cəbrayıl Cəbrayılovdan qalan miras payının qəbulu ilə bağlı işin həmin hallarına düzgün hüquqi qiymət verməmişdir.
70. Belə ki, işin müəyyən edilmiş hallarına uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi mirasın Cəbrayıl Cəbrayılovdan qalan hissəsinə münasibətdə (cavabdehin və mərhum Qızılgıl Cəbrayılovanın adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və bağışlama müqaviləsi etibarsız hesab edildiyi halda) 2000-ci ildən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normalarını tətbiq etməklə vərəsəliyin açıldığı altı ay ərzində mirası faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə qəbul etmiş vərəsələrin payını dəqiq müəyyən etdikdən sonra, mirasın mərhum Qızılgıl Cəbrayılovaya qalan və ona aid olan hissəsinə münasibətdə hazırda qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməli olduğu halda bunları etməmiş, düzgün olmayan nəticəyə gəlmişdir.
71. Belə ki, apellyasiya məhkəməsi torpaq sahəsində iki ev olmasını, evlərdən birində iddiaçı iddiaçı3, digərinin bir hissəsində isə cavabdehin daimi yaşamaqla mirası faktiki şəkildə qəbul etdiklərini şəksiz nümayiş etdirmələrini, cavabdeh cavabdeh2 yaşadığı digər evin iki hissəyə bölünərək, bir hissəsində ailəsi ilə birlikdə cavabdehin, digər hissəsində isə miras qoyandan miras qalmış əmlaklar (xalça, palaz və s.) saxlanılmaqla otaqların açarının vərəsələr Cəmilə, Rəna və Israfildə olması, sonuncular mütəmadi olaraq həmin evə gedib-gəlməklə, evin təmizliyini həyata keçirməklə, həmin hissə ilə bağlı yaranmış kommunal xidmətləri ödəməklə mirası faktiki şəkildə qəbul etmələrini göstərsə də, digər vərəsələrə - Cəmilə, Rəna, Israfil və Namiqə münasibətdə qeyd olunan hərəkətlərin hansı tarixlərdə baş verməsini, yəni mirasın açılmasından altı ay ərzində mirasın qəbul edilib-edilməməsini, hərəkətlərin mürasqoyan Cəbrayıl Cəbrayılovdan qalan miras payına, yaxud Qızılgül Cəbrayılovadan qalan miras payına aid olub-olmamasını aydınlaşdırmamış, ümumiyyətlə sadalanan halların miras əmlakın faktiki surətdə idarə edilməsi və ya mirasa yiyələnmə, o cümlədən mirasın faktiki olaraq qəbul etməsinin şəksiz qaydada nümayiş etdirməsi olub-olmamasını əsaslandırmamışdır. Həmçinin apellyasiya məhkəməsi iddiaçı iddiaçı2 yuxarıda qeyd olunan hərəkətlərin iştirakçısı kimi qeyd etməsə də, yekunda ona miras əmlakdan digər vərəsələrlə bərabər pay ayırmış, gəldiyi həmin nəticəni də əsaslandırmamışdır. Halbuki miras əmlakdan ona pay verilməsi ilə bağlı öz mövqeyini bildirməyən digər vərəsə Iradə Cəbrayılova iddiaçı iddiaçı2la eyni hüquqi vəziyyətdə olmuş, aralarındakı fərq iddiaya qoşulub-qoşulmamaları ilə bağlı olmuşdur.
72. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi yuxarıda adı çəkilən iddiaçılar tərəfindən mirasın qəbul edilməsini təsdiq edən hallar kimi, iddiaçıların müvafiq aktlar və kommunal ödənişlərin həyata keçirməsi ilə bağlı qəbzlər də təqdim etmələrinə, apellyasiya icraatı zamanı cavabdeh cavabdeh2 da bunları inkar etməməsinə, evin digər hissənin açarlarının bacı və qardaşlarında olmasını, sonuncuların mütəmadi olaraq həmin evə gəlibgetdiklərini, həmin hissə ilə bağlı kommunal xidmətlərin onlar tərəfindən ödənildiyini qəbul etməsini qeyd etsə də, məhkəmə iclası protokolunda cavabdeh cavabdeh2 göstərilən məzmunlu izahatı yoxdur. Cavabdeh cavabdeh2 apellyasiya icraatı zamanı verdiyi izahatında “Anam öləndən sonra onun qaldığı yerə heç kim gedib-gəlmir. Hərdən iddiaçılar Cəmilə və Rəna gəlib gedir. O evdə yaşayış yoxdur” məzmunundadır (cild 2. i.v.84). Təqdim olunmuş kommunal ödənişlərlə bağlı tarixləri fərqli olan “abonent saldosu” və “Abunə haqqında” arayışlar isə iddiaçı3, cavabdeh2 və Qızılgül Cəbrayılovanın adına olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.
73. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxılarkən məhkəmə qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. d). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
74. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, Sumqayıt * saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən ##.##.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsi ləğv edilmiş, Cəbrayılova Qızılgül Qurban qızı ilə cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli *M-*** nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, M-21 markalı, şassi nömrəsi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı 36305 AГ qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdeh cavabdeh2 adına verilmiş şəhadətnamə ləğv edilmiş, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X9 adına qeydə alınmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən *** saylı 0,08 ha torpaq sahəsi və ##.##.1988-ci il tarixdə X9 adına qeydiyyata alınmış M-21 markalı, şassi nömrəsi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı, 36305 AГ qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçı3 ½, cavabdeh2 ½ hissədə payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (Hakimlər- X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə).
75. Işə yenidən baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır.
76. Kollegiya qeyd etmişdir ki, miras qoyan şəxs Cəbrayıl Cəbrayılov # ###### 1994-cü il tarixdə vəfat etdiyindən, hazırkı vərəsəlik hüquq münasibətləri ona münasibətdə 2000-ci ildən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normaları əsasında, onun arvadı Qızılgül Cəbrayılova isə ##.##.2023-cü il tarixdə vəfat etdiyindən, sonuncuya münasibətdə qüvvədə olan Mülki Məcəllənin normaları ilə (irsi transmissiya qaydasında) mübahisə həll edilməlidir.
77. Ikinci apellyasiya icraatı zamanı mübahisəli torpaq sahəsi üzərində X9 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ##.##.20**-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin, ilkin hüquqmüəyyənedici sənədlərin və həmin əmlaka dair digər bütün sənədlərin təqdim olunmasına dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu göndərilmişdir.
78. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş Sumqayıt Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** nömrəli protokolunun arxiv çıxarışın məzmunundan aydın olmuşdur ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən 0,08 ha torpaq sahəsi X9 Sumqayıt avtobazasanın sürücüsü kimi ayrılmışdır.
79. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsi X9 Sumqayıt avtobazasında həyata keçirilən əmək fəaliyyəti ilə bağlı ayrıldığından, həmin əmlak birgə nikah dövründə ər-arvadın birgə qazandığı əmlak kimi qiymətləndirilməlidir. Hər iki miras əmlak X9 ilə Cəbrayılova Qızılgül Qurban qızının birgə nikah dövründə əldə olunmuş əmlaklardır.
80. Odur ki, X10 ölümündən sonra ondan miras qalan əmlaklar - Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 2** ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin ½ hissəsi və M-21 markalı avtomobilin ½ hissəsidir.
81. Belə ki, miras qoyan Cəbrayıl Cəbrayılovun ölümündən sonra onun birinci növbə vərəsəsi kimi arvadı Qızılgül, övladları Natiq, Namiq, Cəmilə, Israfil, Rəna, Aydın, Zakir və Iradə adlı övladları qalmışdır. Torpaq sahəsi üzərində hüquqlar X10 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş, lakin miras qalmış avtomobillə bağlı ## ###### 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələr Qızılgül Cəbrayılovaya və cavabdeh2 miras əmlakdan bərabər pay verilmiş, sonra Qızılgül Cəbrayılovanın öz miras payını “miras payın bağışlanma müqaviləsi” nə əsasən cavabdeh2 bağışlamış, hazırda avtomobil cavabdeh cavabdeh2 adınadır.
82. Işin mübahisəsiz hallarından görünür ki, miras qalmış torpaq sahəsində iki ev mövcuddur. Həmin evlərdən birində iddiaçı iddiaçı3, digərinin bir hissəsində isə cavabdeh cavabdeh2 daimi yaşamaqla mirası faktiki şəkildə qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər.
83. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan Cəbrayıl Cəbrayılovun ölümündən sonra qeyd olunan evin bir hissəsində arvadı Qızılgül Cəbrayılova ilə oğlu Zakir Cəbrayılov yaşamışdır.
84. Kollegiya hesab etmişdir ki, vərəsələr Namiq, Cəmilə və Rəna və Israfil mütəmadi olaraq həmin miras qalmış torpaqda yerləşən evə gedib-gəlməklə, evin təmizliyini həyata keçirdiklərini, miras qalmış avtomobilə sahiblənib sürmələrini bildirsələr də, ikinci apellyasiya icraatı zamanı həmin işin halları mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmadığından, qeyd olunan iddiaçılar mirası faktiki şəkildə qəbul etmiş hesab oluna bilməzlər.
85. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı3 istisna olmaqla digər iddiaçıların mərhum anasından və atasından miras qalmış rəsmi reyestrdə qeyd alınmalı olmayan əşyaların istifadə etməsi, həqiqətən də mərhum Qızılgül və Cəbrayıl Cəbrayılovlardan qalması və miras kütləsinə aid olması müəyyən edilmir.
86. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçılar iddiaçı5, iddiaçı2, Manafova (Cəbrayılova) Rəna Cəbrayıl qızı, Məmmədova (Cəbrayılova) Cəmilə Cəbrayıl qızının mərhum valideynlərindən miras qalmış torpaqda yerləşən evdə daimi yaşamaları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından (miras qoyanların öldüyü vaxt artıq ailə qurub digər ünvanda valideynlərindən ayrı yaşamaları), onların mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz.
87. Məhkəmə kollegiyası nəzərə almışdır ki, əgər adıçəkilən şəxslərin mirası qəbul etmək kimi niyyətləri var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib idilər. Lakin, işdən göründüyü kimi bu hərəkət yerinə yetirilməmişlər. Halbuki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir.
88. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Cəbrayıl Cəbrayılov öləndən sonra yalnız iddiaçı3, cavabdeh2, Qızılgül Cəbrayılova və Zakir Cəbrayılov miras əmlaka daxil olan torpaqda yerləşən evlərdə yaşamaqla mirası faktiki qəbul etmişlər. Odur ki, vərəsələrin miras əmlaka daxıl olan avtomobilə və torpağa payları aşağıdakı qaydada müəyyən olunmalıdır: Qızılgül Cəbrayılova - ½ + 1/8 hissə, iddiaçı3- 1/8 hissə, cavabdeh2-1/8 hissə və Zakir Cəbrayılov- 1/8 hissə.
89. Məhkəmə kollegiyası Zakir Cəbrayılovun fəaliyyət qabiliyyətli şəxs olub-olmamasını araşdırmış, Sumqayıt Şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2016-cı il tarixli Sərəncamından müəyyən olunmuşdur ki, Zakir Cəbrayılov Sumqayıt şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş, iddiaçı4 ##.##.1957-ci il təvəllüdlü Cəbrayılov Zakir Cəbrayıl oğluna qəyyum təyin edilmişdir.
90. Həmçinin müəyyən olunmuşdur ki, Zakir Cəbrayılov ##.##.2021-ci il tarixdə vəfat etmiş və onun miras payı (1/8 hissə) birinci növbəli vərəsəsi kimi onunla birgə yaşamış və mirası faktiki qəbul etmiş anası Qızılgül Cəbrayılovaya keçmişdir.
91. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, Qızılgül Cəbrayılova ##.##.2023cü il tarixdə öldüyü zaman ondan qalan miras əmlak avtomobilə və torpağa 6/8 hissəsi təşkil etdiyindən, məhz bu miras əmlak onun ölümündən sonra mirası faktiki qəbul etmiş (yəni torpaq sahəsinin üzərində olan tikililərdə daimi yaşamaqla) iddiaçı3 və cavabdeh2 arasında bərabər bölünməlidir.
92. Yekun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Qızılgül Cəbrayılovanın ölümündən sonra iddiaçı3 və cavabdeh2 avtomobilə və torpağa hər birinin ½ (3/8+1/8=4/8=1/2) hissədə payları müəyyən olunmalıdır.
93. Qeyd olunanlardan göründüyü kimi yol verilmiş qanun pozuntuları səbəbindən cavabdeh miras üzrə paylarını rəsmiləşdirməyə müvəffəq olması iddiaçı iddiaçı3 vərəsəlik hüququ pozulmuş, dolayısı ilə iddiaçı iddiaçı3 ona çatmalı olan miras payından məhrum olmuşdur.
94. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Sumqayıt * saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən ##.##.2015-ci ildə verilmiş 2V120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsi ləğv edilməli, ##.##.2015-ci il tarixli *M-*** nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməli, “Volqa” markalı avtomaşına dair cavabdeh cavabdeh2 adına verilmiş şəhadətnamə ləğv edilməlidir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a). Kassasiya şikayətinin dəlilləri:
95. Qətnamədən iddiaçılar iddiaçı2, iddiaçı5, iddiaçı4 qızı, iddiaçı1 (vəkil vəkil1) birgə qaydada kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
96. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı2 atası dünyasını dəyişdikdən sonra sözügedən evin dam örtüyünü öz vəsaiti hesabına dəyişmiş, həyətdə örtüklü talvar (naves) tikdirmiş miras əmlakı yaxşılaşdırmış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. iddiaçı5 sözügedən evdə iddiaçılarla birlikdə mətbəx, sanitar qovşaq inşa etdirmiş, öz şəxsi vəsaiti hesabına isə evin həyətinə, həyətyanı sahəsinə asvalt örtüyü çəkdirmiş, miras əmlakı yaxşılaşdırmış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. iddiaçı1 atası dünyasını dəyişdikdən sonra mübahisəlin mənzilin açarını əldə etmiş, atasından qalmış mənzildə olan ev əşyalarına- xalça palaz və s. əmlakları qəbul etmiş, yuxarıda qeyd olunduğu kimi mənzildə sanitar qovşaq, mətbəx inşa etdirmiş, evin bütün komunal xərclərini ödəmiş, (bununla bağlı bütün kassa mədaxil orderlərini məhkəməyə təqdim olunmuşdur) və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bundan başqa, iş üzrə cavabdeh cavabdeh2la iddiaçı1 arasında olan cinayət mühakimə icraatı zamanı (MADDƏ 128) təqsirləndirilən şəxs qismində dindirilən cavabdeh2 ifadəsində bildirmişdir ki, “15 ildən artıqdır ki, bu qızlar yəni Cəmilə və Rəna məndən əl çəkmirlər” “Atamdan qalmış əşyaları, xalça palazları, qiymətli əşyaları əldə etməklərinə baxmayaraq gözləri doymur, atamdan qalan yüzdən artıq qoyun sürüsü öz aralarında bölüblər deyərək iddiaçı1 mirası faktiki olaraq qəbul etdiyini bir daha təsdiq etmiş, iddiaçıların nümayəndəsi olaraq şəxsən onun (vəkil1) verdiyi suala (bacılarınla aranızda uzun müddətli problemin səbəbi nədir?) cavab olaraq “evdən pay istəyiblər” deyə cavab vermişdir. Bu xüsusat özü də bir daha sübut edir ki, bacılar Rəna və Cəmilə miras əmlakı faktiki olaraq qəbul etmişlər və ən azı 15 ildən artıqdır ki, cavabdehlə aralarında mənzillə bağlı mübahisəli məsələ var, mübahisələr nəticəsində yekunda cavabdeh tərəfindən cinayət xarakterli əməl törədilmiş, (cavadeh iddiaçıya bədən xəsarəti yetirmişdir.) Qeyd: Bu barədə ittiham aktı və izahat məhkəmə iclas zalında tərəfindən məhkəməyə təqdim olunmuşdur. Hazırkı iş üzrə cavabdeh iddiaçılar iddiaçı4 və iddiaçı1 qarşı Sumqayıt şəhər Məhkəməsində iddia qaldıraraq mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, həmin işə Sumqayıt Şəhər Məhkəməsində baxılır (Hazırkı işə görə icraat dayandırılmışdır.)
97. iddiaçı4 da atası dünyasını dəyişdikdən sonra mübahisəli mənzilin açarını əldə etmiş, atasından qalmış mənzildə olan ev əşyalarına xalça palaz və s. əmlakları qəbul etmiş, yuxarıda qeyd olunduğu kimi mənzildə sanitar qovşaq, mətbəx inşa etdirmiş, evin bütün komunal xərclərinin ödəməsində iştirak etmiş, (bununla bağlı bütün kassa mədaxil orderləri məhkəməyə təqdim olunmuşdur) və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bundan başqa Sumqayıt Şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2016-cı il tarixli Sərəncamından müəyyən olunmuşdur ki, Zakir Cəbrayılov Sumqayıt şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş, iddiaçı4 ##.##.1957-ci il təvəllüdlü Cəbrayılov Zakir Cəbrayıl oğluna qəyyum təyin edilmişdir. Zakir Cəbrayılova çatası pay da iddiaçı4 çatmalıdır.
98. Təkrar apellyasiya baxışı zamanı məhkəmə bildirmişdir ki, “ iddiaçılar tərəfindən mirasın qəbul edilməsini təsdiq edən hallar kimi, iddiaçıların müvafiq aktlar və kommunal ödənişlərin həyata keçirməsi ilə bağlı qəbzlər də təqdim etmələrinə, apellyasiya icraatı zamanı cavabdeh cavabdeh2 da bunları inkar etməməsinə, evin digər hissənin açarlarının bacı və qardaşlarında olmasını, sonuncuların mütəmadi olaraq həmin evə gəlib-getdiklərini, həmin hissə ilə bağlı kommunal xidmətlərin onlar tərəfindən ödənildiyini qəbul etməsini qeyd etsə də, məhkəmə iclası protokolunda cavabdeh cavabdeh2 göstərilən məzmunlu izahatı yoxdur” Məhkəmənin bu mövqeyi tamamilə subyektiv mülahizələrə əsaslanır. Belə ki, istər əvvəlki məhkəmə icraatları zamanı, istərsə də sonuncu apellyasiya baxışı zamanı cavabdeh bu xüsusatları dəfələrlə qeyd etmişdir.
b). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
99. Cavabdehin vəkili vəkil3 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası.
100. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
101. Maddə 29. VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
## ######## 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
102. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
103. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
104. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
105. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
106. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
107. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
108. Maddə 554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər.
109. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
110. Maddə 563. Miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. (##.##.2000-ci il redaksiyada)
111. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
112. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
113. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
114. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
115. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
116. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
117. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
118. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
119. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
120. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
121. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
122. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
123. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
124. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
125. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
126. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. (## ###### 2023cü il tarixədək qüvvədə olan redaksiyada)
127. Maddə 1253.1 Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. (## ###### 2023cü il tarixədək qüvvədə olan redaksiyada)
128. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. (## ###### 2023cü il tarixədək qüvvədə olan redaksiyada)
129. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
##.##.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi.
130. Maddə 23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəlirləri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzürlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da, onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.
131. Maddə 29. Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah müddətində onların hədiyyə şəklində və ya vərəsəlik qaydasında aldıqları əmlak onlardan hər birinin öz mülkiyyətidir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.
132. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı.
133. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. ...miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
134. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
135. Maddə **.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
136. Maddə **.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
137. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
138. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
139. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
140. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
141. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
142. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
143. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
144. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4**.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
145. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
146. Maddə 4**.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya baxışının hədləri:
147. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
148. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
149. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
150. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
151. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə bir daha qeyd edir ki, vərəsələr Namiq, Cəmilə və Rəna və Israfil mütəmadi olaraq həmin miras qalmış torpaqda yerləşən evə gedibgəlməklə,
152. evin təmizliyini həyata keçirdiklərini, miras qalmış avtomobilə sahiblənib sürmələrini bildirsələr də, ikinci apellyasiya icraatı zamanı həmin işin halları mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmadığından, qeyd olunan iddiaçılar mirası faktiki şəkildə qəbul etmiş hesab oluna bilməzlər. iddiaçı3 istisna olmaqla digər iddiaçıların mərhum anasından və atasından miras qalmış rəsmi reyestrdə qeyd alınmalı olmayan əşyaların istifadə etməsi, həqiqətən də mərhum Qızılgül və Cəbrayıl Cəbrayılovlardan qalması və miras kütləsinə aid olması müəyyən edilmir. Iddiaçılar iddiaçı5, iddiaçı2, Manafova (Cəbrayılova) Rəna Cəbrayıl qızı, Məmmədova (Cəbrayılova) Cəmilə Cəbrayıl qızının mərhum valideynlərindən miras qalmış torpaqda yerləşən evdə daimi yaşamaları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından (miras qoyanların öldüyü vaxt artıq ailə qurub digər ünvanda valideynlərindən ayrı yaşamaları), onların mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz.
153. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
154. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
155. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, 2(105)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.