Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5715/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport”da göstərilən X2 X6 və X7 ilə eyni şəxsin olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə məhrum atası X5 məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Atası xx.xx.1984cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ona məxsus olmuş yuxarıda qeyd etdiyi ünvanda yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum atasına məxsus olması ilə bağlı arayışın verilməsi xahişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, idarə tərəfindən qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə onun mərhum atasının ata adı Əliyusif deyil, Əliyusub oğlu kimi qeyd edilməsini əsas gətirilərək, sözügedən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun atası X5 məxsus olması ilə bağlı arayışın verilməsindən, torpaq sahəsinə və fərdi yaşayış evinə dair mərhumun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Atasına aid bütün digər sənədlərdə onun ata adı Əliyusif kimi qeyd edilmişdir. Ona görə də, atasına məxsus hüquqmüəyyənedici sənədlərdə, yəni ünvan 1 ünvanına dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən X2 X6 və X8 ilə eyni şəxsin olması faktının məhkəmə qətnaməsi əsasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizənin dəqiqləşdirilməsi Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” və xx.xx.1984-cü il tarixli, İİİ-JQ seriyalı, 274659 nömrəli ölüm haqqında şəhadətnamənin ərizəçinin atası X5 məxsus olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhər İcraiyyə Komitəsi Texniki İnventarizasiyası Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evi X4 məxsusdur. xx.xx.1964-cü il tarixli, AZ seriyalı, 005981 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 və X10 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 342 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Zəkiyev, arvada Zəkiyeva soyadı verilmişdir. xx.xx.1968-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X8, anası X10) xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1984-cü il tarixli, İİİ-JQ seriyalı, 274659 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2022-ci il tarixli, 2V-91 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – X12, oğlu – Ərizəçi, ünvan 3 ünvanında qeydiyyatda olan qızı – X9r və onların hər biri miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, mərhum X5 məxsus, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubunun surətindən müəyyən olunur ki, təqdim edilən sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluq mövcud olması, hüquq sahibinin ata adı təqdin edilən ölüm haqqında şəhadətnamədə “Əliyusuf”, doğum haqqında şəhadətnamədə “Əliyusif”, fərdi yaşayış evinə dair texniki pasportda isə “Əli Yusub” kimi qeyd edilməsi, elektron kadastr məlumatlarına əsasən, texniki pasportla faktiki göstərilən torpaq sahəsi arasında perimetrik ölçü fərqlərinin mövcud olması, sahə daxilindən bir hissənin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlakla üst-üstə düşməsi bildirilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Ərizəçi xx.xx.1984-cü il tarixdə vəfat etmiş X3 oğludur. Bakı şəhər İcraiyyə Komitəsi Texniki İnventarizasiyası Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi ünvanında yerləşən 28 nömrəli fərdi yaşayış evinin X4 məxsus olduğu qeyd edilmişdir. xx.xx.1984-cü il tarixli, İİİ-JQ seriyalı, 274659 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçinin mərhum atası X3 (doğum haqqında şəhadətnamədə qeyd edilən versiyada) adına tərtib edilmiş hər iki hüquqmüəyyənedici sənəddə, yəni həm şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportda, həm də ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı qrafasında uyğunsuzluq mövcuddur. Belə ki, pasportda ərizəçinin mərhum atasının ata adı “Əli Yusub”, ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı “Əliyusuf” kimi qeyd edilmişdir. Məhz bu səbəbdən, ərizəçinin inzibati orqana müraciəti əsasında hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi
Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə ərizəçinin xahişinin məhz hüquqi əhəmiyyətli faktın – sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı olmasına dair ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi xx.xx.1984-c üil tarixdə vəfat etmiş X3 oğludur. Ərizəçinin mərhum atası X3 (doğum haqqında şəhadətnamədə qeyd edilən versiyada) adına tərtib edilmiş hər iki hüquqmüəyyənedici sənəddə, yəni həm şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportda, həm də ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı qrafasında uyğunsuzluq mövcuddur. Belə ki, pasportda ərizəçinin mərhum atasının ata adı “Əli Yusub”, ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı “Əliyusuf” kimi qeyd edilmişdir. Məhz bu səbəbdən, ərizəçinin inzibati orqana müraciəti əsasında hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-91 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – X12, oğlu – Ərizəçi, ünvan 3 ünvanında qeydiyyatda olan qızı – X9r və onların hər biri miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, mərhum X5 məxsus, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir. Göründüyü kimi, ərizəçi qanundan irəli gələn vərəsəlik hüquqlarını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə baxmayaraq, hüquqmüəyyənedici sənədlərdə mərhum atasının ata adı hissəsində yaranmış uyğunsuzluq səbəbindən həyata keçirə bilmir. Məhkəmə hesab edir ki, sənədlərdəki bu adla bağlı uyğunsuzluq ərizəçinin atasının ata adının kiril əlifbası ilə yazılışından qaynaqlanmışdır. Belə ki, mərhum X3 ata adı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda “Əli Yusub” kimi, ölüm haqqında şəhadətnamədə isə “Əliyusuf” kimi qeyd edilmişdir. Ərizəçinin mərhum atasının ata adının doğum haqqında şəhadətnamədə, eləcə də iş materiallarına əlavə edilmiş bir sıra digər sənədlərdə məhz “Əliyusif” kimi qeyd edilməsi sənədlərdə yaranmış uyğunsuzluğun məhz kiril əlifbasının tətbiqi ilə bağlı yarandığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə ona görə bu qənaətə gəlmişdir ki, iş materiallarında olan sənədlər “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportun məhz X5 məxsus olduğu nəticəsinə gəlməyə imkan verir. Nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Məhkəmə tərəfindən ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər İcraiyyə Komitəsi Texniki İnventarizasiyası Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun və xx.xx.1984-cü tarixli, İİİ-JQ seriyalı, 274659 nömrəli ölüm haqqında şəhadətnamənin X5 məxsus olması müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsi Texniki İnventarizasiyası Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun və xx.xx.1984-cü tarixli, İİİ-JQ seriyalı, 274659 nömrəli ölüm haqqında şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.