Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5758/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X10, Maraqlı şəxs X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan 01.07.1957-ci il təvəllüdlü atası X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 iddia tələbini müdafiə edib, ünvan 2 ünvanda yaşayan yaşayan 01.07.1957-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən birinci dərəcəli əlildir və kənar şəxsin köməyinə ehtiyacı vardır. X2 onunla yaşayır və hərtərəfli qayğı ilə təmin edilir. X8 ərizə ilə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti 099 saylı, 10.03.2021-ci il tarixli məktubu ilə atasının üzərində qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə etmişdir. ünvan 3 ünvanda yaşayan yaşayan 01.07.1957-ci il təvəllüdlü atası X1 yaşaya bilmir və ona görə də onun üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Belə ki, atası psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Odur ki, ərizəçinin nümayəndəsi ünvan 1 ünvanda yaşayan 01.07.1957-ci il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X7 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən 01.10.2021-ci il tarixli verilmiş arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10.03.2021-ci il tarixli məktuba əsasən, 01.07.1957-ci il təvəllüdlü əri X7 üzərində qəyyum təyin edilməyi haqqında ərizəyə Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasında baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən arayışa əsasən X7 müddətsiz İ qrup əlillik dərəcəsi verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli, 4137 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, X5 orta dərəcəli əqli gerilik davraniş pozuntulari ilə (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, Bakı Şəhər Ruhi X9 ambulator müşahidədə olması, xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsi, İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhavli- ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışı üzərində nəzarətinin zəifləməsi, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 01.07.1957-ci il tarixdə anadan olmuş X5 hazırda hansı psixi xəstəlik aşkar olunur? Cavab: X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 1-ci sual: X7 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 1-cü sual: X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilərmi? Cavab: X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, vətəndaş X3 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 01.07.1957-ci il tarixdə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X7 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-5758/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5758/2021
29.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver